24 Yanvar 2025 08:25
496
SİYASƏT
A- A+
ABŞ-nin Paris Sazişindən çıxmaq istəməsinin səbəbi nədir

ABŞ-nin Paris Sazişindən çıxmaq istəməsinin səbəbi nədir


Dünyada iqtisadi liderliyini qorumaq, yoxsa əlavə xərclərdən qaçmaq


Amerikalıların bir şüarı var: "ABŞ hamıdan böyükdür". Amma son zamanlar Çinin sürətli inkişafı və ABŞ iqtisadiyyatına çatmaq mərhələsinə yaxınlaşması amerikalıların təşvişinə səbəb olub. O səbəbdən Çini durdurmaq və onun Amerikanı ötməsinin qarşısını almaq ABŞ üçün "ölüm və ya olum" məsələsinə çevrilib.

Artıq tarixə qovuşmuş C.Bayden administrasiyası bu yöndə müəyyən cəhdlər etdi - Çinə qarşı müxtəlif sanksiyalara əl atdı, rəqib ölkədən idxal olunan məhsul və mallara yüksək vergi və gömrük rüsumları tətbiq etmək istədi və s. Ancaq bu cəhdlər Amerikanın maraqlarının təmini üçün yetərli olmadı, ÇXR başını aşağı salıb öz işi ilə məşğul olmaqda davam etdi.

Amerikada belə hesab edirlər ki,  Çin bir çox məsələlərlə yanaşı, ətraf mühitin qorunması üçün də heç bir standarta məhəl qoymur və onun istehsalda böyük uğurlar qazanmasının da bir səbəbi budur. Yəni Çin hər hansı bir sahə üzrə istehsal qurarkən onun ətraf mühitə təsirini azaltmaq barədə düşünmür, başqa sözlə, ətraf mühitə vurulan zərəri azaltmaq üçün əlavə xərc çəkmir ki, bu məhsulun maya dəyərində özünü göstərir. Çinin xarici və yerli şirkətlər qarşısında belə bir tələb qoymaması həm də bu ölkəyə kapital qoyuluşunu artırır. Qəribədir ki, bu fürsətdən faydalananlar arasında ABŞ şirkətləri də az deyil. Odur ki, Donald Tramp hələ seçki marafonunda bəyan edirdi ki, ABŞ şirkətlərinə daha yaxşı şərait yaratmaqla onları yenidən Amerika iqtisadiyyatına qaytaracaq və bunun üçün lazım olan bütün addımları atacaq. Və o, yanvarın 20-də andiçmə mərasimindəki çıxışında bəyan etdi ki, ABŞ Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Paris Sazişindən geri çəkiləcək. Bununla o, dünyaya göstərdi ki, seçki marafonunda verdiyi sözlər boş vədlər deyil.

Sual oluna bilər ki, D.Tramp dünyanın iqlim dəyişmələrindən əziyyət çəkdiyi indiki zamanda niyə belə addım atmaq qərarına gəlib? Bunun başlıca səbəbi,  qeyd etdiyimiz kimi, Çinin dünya birincisi olmaq istəyinin qarşısını almaqdır. Üstəlik, bu yaxınlaracan  dünyanın ən kasıb ölkələrindən olan Hindistan da sürətlə inkişaf edir. Hazırda bu ölkə dünya iqtisadiyyatında beşinci yerə yüksəlib. Bu azmış kimi, tezliklə qonşusu Çini keçmək istəyir. Buna görə xarici sahibkarlara geniş güzəştlər vəd edir və təbii ki, həmin vədlərin sırasında ətraf mühitə zərər vurmamaq tələbi yoxdur. Belə olan halda ABŞ-də də haqlı olaraq düşünürlər ki, onların yalnız iqtisadi artıma diqqət yetirməsi Amerikanı rəqabətdə uduzdura bilər. Çünki Çin və Hindistan öz iqtisadiyyatlarını əsasən karbohidrogen yanacağından istifadə etməklə inkişaf etdirirlər. Əgər ABŞ Paris Sazişində qalsa, yəni onun şərtlərinə əməl edib "yaşıl iqtisadiyyat"a üstünlük versə, dünya liderliyini əldən verəcəyi şübhəsizdir. Bu sahədə vəziyyəti gərginləşdirən həm də Çin və Hindistanın Rusiya və İrandan yanacağı çox ucuz qiymətə almalarıdır. Ucuz neft və qaz isə ucuz məhsul, yəni xarici bazardakı rəqabətdə uduzmaq deməkdir. 

ABŞ zəngin neft və qaz yataqlarına malikdir və üstəlik bu ölkənin şirkətləri dünyanın hər yerində neft və qaz yataqlarının istismarı ilə məşğuldur. Belə halda ABŞ-nin öz karbohidrogen yataqlarından istifadə etməməsi oturduğu budağı kəsməyə bənzəyir. O üzdən D.Trampın neft və qaz hasilatını artırmaq istəyi təbiidir. O, haqlı olaraq fikirləşir ki, neft və qaz hələ uzun illər iqtisadi inkişafı stimullaşdıran əsas amil olacaq. 

Amerikanın Paris Sazişindən çıxmasının səbəbini anlamaq üçün dünyadakı ənənəvi karbohidrogen ehtiyatlarının nə ilə əvəz ediləcəyini də öyrənmək lazımdır. Mütəxəssislərin hesablamalarına görə, önümüzdəki illər dünyada şist nefti və qazı qlobal iqtisadiyyatda önəmli rol oynayacaq. ABŞ-nin Enerji İnformasiyası Agentliyinin açıqladığı hesabatda bildirilir ki, Amerika dünyanın 41 ölkəsindəki mövcud şist neftinin 10 faizinə sahibdir. Ümumilikdə 41 ölkədə olan şist qazı isə dünyadakı qaz ehtiyatlarının 32 faizinə bərabərdir.

Bəs görəsən, dünya enerji təchizatına mühüm təsir edəcək şist qazı nədir? Məlumat üçün bildirək ki, şist qazının digər bir adı qaya qazıdır. Bu, yerin 4-5 min metr dərinliyində qaya laylarının arasında sıxılıb qalan metan qazıdır. Şist qazını əldə etmək hazırda qurudan və dənzidən hasil olunan neft və təbii qazla müqayisədə daha asan olsa da, maddi baxımdan heç də sərfəli deyil. Belə ki, bir quyunun istismara verilməsi təxminən 500 min dollara başa gəlir. Şist qazını əldə etmək üçün hidroparçalama üsulundan istifadə olunur, yəni əvvəlcə süni hovuz yaradılır. Hovuzun 97-98 faizi su, digər hissələri isə qum və kimyəvi maddələrdən ibarət olur. Hovuzdakı maye borular vasitəsi ilə, həm də yüksək təzyiqlə şist nefti və qazının olduğu qaya laylarına vurulur. Nəticədə şist qazının olduğu qaya layları parçalanır və yarıqlar əmələ gəlir. Daha sonra vurulan suyun təzyiqi azaldılaraq qazın yuxarı çıxmasına şərait yaradılır. 

Təxmini hesablamalara görə, dünyada şist neftinin ən böyük ehtiyatı Rusiyadadar. Burada 72 milyard barel şist nefti var. Rusiyanın ardınca ABŞ, Çin, Argentina və Liviya gəlir. Araşdırmalara görə ən çox şist qazı isə Çindədir. Argentina, Əlcəzair, ABŞ və Kanadada bu cür qaz az deyil. Çin 1 trilyon 217 milyard kubmetr şist qazı ehtiyatına sahibdir. ABŞ-da 862 milyard, Meksikada 681 milyard, Argentinada 774 milyard, Kanadada 388 milyard, Avstralyada 396 milyard kubmetr belə qaz ehtiyatı var. Avropada ən çox şist qazı əldə edilən quyular Polşada yerləşir. Bu ölkə 34 quyu ilə birincidir. Sonrakı pillələrdə Almaniya və Fransa gəlir. Onu da qeyd edək ki, Fransa hökuməti etirazlar səbəbindən şist qazı istehsal edə bilmir.

Mütəxəssislər şist qazının ətraf mühitə mənfi təsir edəcəyindən narahatdırlar. Onlar bu yöndə aparılan işlərin zəlzələyə və yeraltı su ehtiyyatlarının çirklənmə riskini artıracağını bildirirlər.

Azərbaycanda da şist nefti və qazı mövcuddur. Aşağı Kür çökəkliyində, Qobustanda və digər regionlarda 50-yədək şist yatağı var. 2011-ci ilin iyul ayında SOCAR ABŞ-nin "ConocoPhillips" şirkəti ilə ölkəmizin quru ərazisində kəşfiyyat işlərinin aparılması barədə müqavilə imzalayıb.

Donald Tramp seçki marafonunda vəd vermişdi ki, Amerikanı yenidən dünyanın ən böyüyü edəcək. Bunun üçün də ölkə iqtisadiyyatına daha çox sərmayə qoyulmasına, istehsalın həcminin artırılmasına və hər bir amerikalının varlı olmasına çalışacaq. Onun hədəfi budur. Qalan heç nəyin onun üçün heç bir önəmi yoxdur. ABŞ-nin Paris Sazişindən çıxması isə bu yolda atılan ilk addım ola bilər.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!