24 Yanvar 2025 11:01
169
İQTİSADİYYAT
A- A+
Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakı çərçivəsində İqtisadiyyat Nazirliyi bir sıra görüşlər keçirib  

Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakı çərçivəsində İqtisadiyyat Nazirliyi bir sıra görüşlər keçirib  


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunda (DİF) iştirakı çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellə görüşüb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı şirkətin yaşıl enerji keçidində fəal iştirakı, ölkəmizlə səmərəli əməkdaşlığı və birgə fəaliyyət istiqamətlərinin şaxələndirilməsi müzakirə edilib.

İqtisadiyyat naziri, həmçinin Davos İqtisadi Forumu çərçivəsində “Vestas Wind Systems A/S” şirkətinin vitse-prezidenti Morten Dirholm ilə görüşüb. Tərəflər yaşıl texnologiyaların tətbiqinin əhəmiyyəti, sənayedə innovativ həllərin səmərəli nəticələri və külək enerjisindən istifadə istiqamətində şirkətlə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Forum çərçivəsində təşkil olunan “Ticarət və İnvestisiya Rəhbərliyi Naharı” sessiyasında bu il üçün ticarət və sərmayələr sahəsində fəaliyyətin prioritet istiqamətləri nəzərdən keçirilib. İqtisadi diversifikasiya prosesinə geosiyasi təsirlər, innovasiya və səmərəlilik, idarəçilik və inkişaf kimi mövzular müzakirə olunub.

İqtisadiyyat nazirinin müavini Anar Axundov “HSA Group” şirkətinin İdarə Heyətinin üzvü Fuad Hayel Saeed Anam ilə görüş keçirib. Görüşdə Azərbaycanda xarici investorlar üçün yaradılmış əlverişli biznes mühiti barədə məlumat verilib. Aqrar sektor, sənaye və istehsal proseslərində dayanıqlı yanaşmaların tətbiqi və birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“İRS” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb

17:07
24 Yanvar

DİN: 2024-cü ildə qanunsuz dövriyyədən 4714 kiloqram narkotik vasitə çıxarılıb

16:19
24 Yanvar

Milli Məclisin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  

16:15
24 Yanvar

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində 14 məsələyə baxılıb

15:58
24 Yanvar

Media: Trampın ilk təşəbbüsləri ABŞ hökumətinin fəaliyyətində xaos yaradıb

15:57
24 Yanvar

“ASAN xidmət”in “Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir

15:55
24 Yanvar

Ötən il qrup halında baş verən cinayətlərin sayında azalma qeydə alınıb  

15:54
24 Yanvar

Braziliyada keçiriləcək COP30 inkişaf etməkdə olan ölkələrin iqlim maliyyəsi ehtiyaclarına həsr ediləcək

15:50
24 Yanvar

Azərbaycan Bəstəkarlar İttifaqının XI qurultayı keçirilib

15:49
24 Yanvar

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Göyçayda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb  

15:47
24 Yanvar

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib  

15:33
24 Yanvar

Ötən il Fransada 67 mindən çox uğursuz biznes qeydə alınıb

15:29
24 Yanvar

bp “Qarabağ" neft yatağının işlənilməsi üçün SOCAR ilə müzakirə aparır  

15:01
24 Yanvar

Energetika naziri Qobustanda vətəndaşlarla görüşüb

14:42
24 Yanvar

Britaniya hökuməti “Rolls-Royce” ilə 11 milyard dollarlıq müqavilə imzalayıb  

14:41
24 Yanvar

Orban: Rusiyaya qarşı sanksiyalar Macarıstana 19 milyard avro zərər vurub

14:26
24 Yanvar

Ötən il Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 29 faiz artıb

14:26
24 Yanvar

Mərmərə Qrupunun sədri “Heydər Əliyevin 100 illiyi” medalına layiq görülüb  

13:59
24 Yanvar

İrakli Kobaxidze: Sanksiyalardan ölkəmizə qarşı şantaj vasitəsi kimi istifadə olunurdu  

13:51
24 Yanvar

Azərbaycan ilə Pakistanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

13:47
24 Yanvar

Kanat Bozumbayev: “Qara qutu”ların məlumatları əvvəllər internetdə dərc olunmuş informasiyadan fərqlidir  

13:46
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!