24 Yanvar 2025 09:00
458
İQTİSADİYYAT
A- A+
Qubanın qış nağılı

Qubanın qış nağılı


Ölkəmizdə turizmin bir  çox növünün  inkişafı üçün geniş imkanlar  mövcuddur. O üzdən təbiətimiz  ilin bütün fəsillərində qonaq-qaradan korluq çəkmir. Tariximiz, təbiətimiz, infrastrukturumuz, mətbəximiz, qonaqsevərliyimiz yerli qonağı da, xarici turisti də heyran edir. 

Bunların hamısını yurdumuzun dilbər guşəsi olan Quba rayonuna da birbaşa  şamil etmək olar.  Hələ sovet dönəmində  Quba  deyəndə bir onun dadı ilə seçilən  alması yada düşürdü, bir bu bölgənin bənzərsiz təbiəti. Müstəqillik dövründə, xüsusən Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafını prioritet istiqamət kimi qarşıya qoyub tədbirlər görəndən sonra Quba da yeni dövrə qədəm qoydu. Zəngin flora və faunaya, əsrarəngiz təbiətə malik olan bu rayon yayda da, qışda da  turistlərin maraq göstərdiyi və həvəsə gəldiyi məkanlar sırasında yerini daha da möhkəmləndirdi. 

Şahdağın ətəklərində və Qudyalçayın sahilində qərar tutan Quba ilin bütün fəsillərində gəlməli və görməlidir. Aydındır ki, turizm deyəndə, ilk yada düşən fəsil yay olur. Amma Quba və Qusara qışda da istirahətə gələnlərin sayı azalmır. Çünki regionda bunun üçün təbiətin səxavəti və infrastruktur var. 

Qubanın qış turizm simasını qardan korluq çəkməyən Xınalıq, Qrız, Nügədi kəndləri, ağappaq örpəyə bürünən meşələri və onlarla digər amil şərtləndirir. Bu sıraya fəsildən asılı olmayaraq, Qubanın qədim tarix-mədəniyyət abidələrini, sənətkarlıq nümunələrini də daxil etmək lazımdır. Üstəlik, xalçaçılıq, misgərlik kimi qədim peşələrin hələ də Qubada yaşadılması buranı ilin bütün aylarında cəlbedici edir.

Rayonda dağ, kənd, çadır turizmi geniş yayılsa da, qışda əsasən kənd və hotel turizminə meyil daha çox olur. Turistlərin başlıca marşrutlarından biri Xınalıq istiqamətinədir. Xınalığın tarixi, qədim yaşayış məskəni kimi indiyədək qalması kəndə marağı artırır. Əvvəllər Xınalıq yolu təmirsiz idi.  İllər öncə Prezident İlham Əliyevin  tapşırığı ilə Xınalığa gedən yol yenidən inşa edildi. Eyni zamanda ətraf kəndlərə də yol çəkildi. Bu,  həmin kəndlərdə  turizmin  inkişafı  üçün yeni imkanlar açdı.  

Haput, Qrız, Cek, Afurca, Gültəpə, Nügədi   və digər kəndlərdə əsasən kənd turizmi inkişaf edib. Qışda  bu kəndlərin  ərazilərində yerləşən evlərin çoxu turistlər tərəfindən kirayə tutulur. Gültəpə kəndinə yol çəkildikdən  sonra  bura  xeyli turist  gəlir. Rayon rəhbərliyi  soyuq havaları nəzərə alaraq maşınların rahat, təhlükəsiz hərəkətini təmin edən   xüsusi briqada  yaradıb. Briqada əsas turist marşrutlarına nəzarət edir. 

Kənd əhalisi də turistlərin istirahəti  üçün yaxşı şərait yaratmağa çalışır. Gültəpə  sakini Səmayə Qarayeva deyir ki,  yeni il ərəfəsində kənddəki evlərin əksəriyyətini  turistlər kirayələmişdir: "Hələ kəndin daxili yolları təmir edilsə,  qonaqlarımız daha çox olar. Turistlər üçün tam rahatlıq yaranar, kənd sakinlərinin ailə büdcəsinə  də   sanballı kömək olar". 

Xatırladaq ki, Qubada turistlər üçün  bir neçə  əsas marşrut var. Yayda ən çox  Xınalıq, Qrız, Qəçrəş istiqamətində turist sıxlığı olur. Qışda isə Qonaqkənd istiqamətində  turistlərin artımı  müşahidə  edilir ki, bu da yolların təmirli olması  ilə bağlıdır. İndi artıq səfalı Möhüc, Tülər, Yenikənd kimi dağ kəndləri  də yeni turist marşrutuna çevrilib. Təxmini hesablamalara görə, son iki ayda Qubaya bu istiqamətdə gələn turistlərin sayı 18 mini ötüb.  

Qışda hotel turizminə də maraq təbiidir. Dekabrın sonu, yanvarın əvvəllərində Qubanın hotellərində yer tapmaq problemə çevrilmişdi. İstifadəyə verilən yeni hotel və SPA mərkəzlərində istirahət edənlərin sayı-hesabı yox idi.    

Yaşadığımız texnologiyalar əsri bu gün Qubada da peşəkar tanıtım sektorları yaradılmasına imkan verib. Səfəröncəsi  istər yerli, istərsə də əcnəbi turist internet vasitəsilə istirahət  yerlərini araşdırır, qarşılaşdığı onlarla məkandan birini seçir. Hazırda Qubada bu istiqamətdə ciddi işlər aparılır. "Məstərgah", "Cənnət bağı", "Təngaltı", "Marxal" və digərlərinin  isə artıq öz saytları var.

Qışda istirahət üçün Qubanı seçsəniz, məmnunluğunuz yaydakından az olmayacaq. Yaya nisbətən münasib qiymətlər, ruhu təmizləyən saf  hava və şaxtalı gecələr əsl qış nağılıdır.


Akif  ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qarabağ üzərindən siyasi spekulyasiya qəbuledilməzdir

08:05
07 Aprel

TDT institusional və funksional baxımdan yeni mərhələyə qədəm qoyur

08:00
07 Aprel

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyul tarixli 289 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:54
07 Aprel

ABŞ Prezidenti: NATO-nun nüfuzuna dəyən ləkə yaddaşımdan silinməyəcək

00:50
07 Aprel

Ukrayna Rusiyaya enerji atəşkəsi təklifini çatdırıb

23:08
06 Aprel

Tramp: İran razılaşma əldə etmək istəyir

22:57
06 Aprel

“Artemis II” missiyası “Apollo 13”ün rekordunu təzələyib

22:47
06 Aprel

Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

22:11
06 Aprel

Premyer Liqa: “Qarabağ”dan darmadağın

22:02
06 Aprel

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin enerji təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur

21:53
06 Aprel

BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər

21:36
06 Aprel

ADA Universitetində Karyera Hazırlığı Həftəsinə başlanılıb  

21:35
06 Aprel

Almaniyada hərbi qeydiyyat qaydaları sərtləşir

21:12
06 Aprel

Kuba 2 mindən çox məhbusu azad edir

21:03
06 Aprel

Roma Papası dünyanı sülhə çağırdı

20:53
06 Aprel

Gia Abaşidze: Yüksəksəviyyəli görüşlər ortaq maraqlarımızın sürətli inkişafına stimul verir  

20:47
06 Aprel

İnsan beyni zamanı necə qavrayır?

20:44
06 Aprel

“SOCAR Polymer” ilin ilk iki ayında ixrac gəlirlərini 41,7 faiz artırdı  

20:43
06 Aprel

Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi yanvar-fevralda 1,8 milyard dollar oldu

20:31
06 Aprel

Gürcü ekspert: Azərbaycan və Gürcüstanın daha sıx əməkdaşlıq etməsi vacibdir

20:30
06 Aprel

Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb  

20:27
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!