24 Yanvar 2025 08:50
164
İQTİSADİYYAT
A- A+
Köhnə problemə yeni yanaşma

Köhnə problemə yeni yanaşma


Müasir proqramlar işaxtaran şəxslərin potensialını üzə çıxarır


Ölkədə həyata keçirilən sosial islahatların əsas istiqamətlərindən biri də əhalinin daha çox iş yeri ilə təminatıdır. Yeni istehsal və xidmət sahələrinin açılması da ilk növbədə buna hesablanır. Özü də bu istiqamətdə şəhərlərlə yanaşı, bölgələrdə də çox iş görülür. 

Konkret rəqəmlərə nəzər salaq: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2020-2025-ci illəri əhatə edən proqramlarla 396,7 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 160 min nəfəri münasib işlə təmin olunub, qalan 17,3 min nəfəri kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. 

Dövlət Məşğulluq Agentliyi tərəfindən gənc nəslin əmək bazarına uyğun düzgün peşə seçiminə dəstək verilməsi üçün peşəyönümü xidmətlər də göstərilir. Bu xidmətlərlə əhatə olunanların illik sayı 2018-ci ildəki 118 mindən 1,7 dəfə artaraq 2024-cü ildə 204 minə çatıb. Təkcə ötən il 203 mindən artıq şəxsə peşəyönümü məsləhət xidməti göstərilib. Onlardan 181 min 617 vətəndaş fərdi, 112 min nəfərsə qrup peşəyönümü məsləhət xidmətləri alıb. Həmin şəxslər karyera planlaması, düzgün ixtisas, peşə seçimi, iş axtarışı yolları, CV, istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq kimi mövzular barədə məlumatlandırılıblar. Peşəyönümü məsləhət tədbirləri işsiz və işaxtaran şəxslərlə yanaşı, şagirdlər, abituriyentlər və tələbələri də əhatə edib. 

Özünüməşğulluq proqramının əhatə etdiyi fəaliyyət sahələri siyahısına yeni istiqamətlər də əlavə olunub. Artıq işsiz və işaxtaran şəxslərin həmin sahələr üzrə özünüməşğulluq proqramına müraciət etmək və proqramın dəstəyi ilə bu sahələrdə öz kiçik bizneslərini qurmaq imkanları var. Hazırda proqram çərçivəsində iştirakçılara kənd təsərrüfatı və istehsal-xidmətyönlü 32-dək iqtisadi fəaliyyət sahəsi üzrə zərf təqdim edilir. 

Bu günlər Dövlət Məşğulluq Agentliyi əhalinin məşğulluğunu təmin etmək üçün daha bir yeni layihə hazırlayıb. Həmin layihə üzrə oxşar-əlaqəli iqtisadi fəaliyyət növləri üzrə aktivlər verilmiş şəxslərin eyni məkanda birgə klaster müəssisə kimi fəaliyyəti təmin ediləcək. Dövlət Məşğulluq Agentliyinin yerli icra hakimiyyətləri və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə həyata keçirdiyi yeni "Avtoklaster" layihəsi çərçivəsində eyni və ya oxşar iqtisadi fəaliyyət sahələri üzrə özünüməşğulluq proqramına cəlb edilərək aktivlərlə təmin olunacaq şəxslərin eyni məkanda yerləşdirilməklə klaster müəssisə formasında birgə fəaliyyət göstərmələrinə imkan yaradılacaq.

Layihənin ilkin mərhələdə Oğuz rayonunda reallaşdırılması nəzərdə tutulur. Həmin rayonda özünüməşğulluq proqramına cəlb edilmiş  bir qrup şəxsin əmək bazarının tələbi və iqtisadiyyatın prioritet sahələri nəzərə alınaraq "Avtodəmirçi xidmətləri-PDR batıqların bərpası", "Avtorəngsaz", "Avtoçilingər xidməti-Katalizatorların təmizlənməsi xidməti", "Avtoelektrik - Kondisioner təmiri",  "Avtoyağlama xidməti", "Avtorazval xidməti", "Avtotəmizləmə xidməti", "Özünüxidmət avtotəmizləmə xidməti", "Avtodisk təmiri - avtomobil şinlərinin bərpası" üzrə əmlaklarla təmin edilməsi və onların eyni məkanda birgə fəaliyyətinin təşkili planlaşdırılır. Məqsəd özünüməşğulluq proqramının səmərəliliyini daha da yüksəltmək, proqramdan yararlanan şəxslərin biznes fəaliyyətlərinin rəqabətə davamlılığını təmin etmək və gəlirlərini artırmaqdır. Layihə iştirakçılarının seçimi zamanı qeyd edilən sahələrdən biri üzrə təcrübəsi olan şəxslərə üstünlük veriləcək. Gələcəkdə layihə digər bölgələrdə də həyata keçiriləcək.

 Ötən il 1500-ə yaxın şəxsin sosial kvota üzrə iş yerlərində məşğulluğu təmin edilib. Bununla yanaşı, 2024-cü il əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə müxtəlif sektorlardan olan işəgötürənlərlə əməkdaşlıq edilib, müqavilə bağlanmış işəgötürənlərin sayı 111-ə çatdırılıb. Proqram üzrə 391 nəfər işlə təmin olunub. Bundan başqa, il ərzində işsiz və işaxtaran şəxslərin işlə təmin edilməsi və işəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisas və təcrübəyə malik olan kadrların seçiminə kömək göstərilməsi üçün 147 əmək yarmarkası təşkil edilib. İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirlərdə ümumilikdə 1800-ə yaxın müəssisə iştirak edib və işsiz və işaxtaran şəxslərə 15,7 min vakansiya təqdim olunub.

"Məşğulluğa Dəstək Layihəsi"nə bu il daha 5 minədək şəxsin cəlb edilməsi gözlənilir. Bu o deməkdir ki, 2020-2025-ci illəri əhatə edən "Məşğulluğa Dəstək Layihəsi"nə cari il daha bu sayda şəxsin cəlb edilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan bu layihə özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədi daşıyır. Layihə gənclər, qadınlar, əlilliyi olan şəxslər, şəhid və aztəminatlı ailələrin üzvləri, digər həssas qruplara aid işsiz şəxslərin istehsal və xidmət sahələri üzrə avadanlıqlar əldə edərək əmək bazarına  çıxışına imkan yaradır. 22 min işsiz şəxsi əhatə etməsi nəzərdə tutulan layihə uğurla alınarsa, bu ilin sonunadək həmin rəqəmi 25 minə çatdırmaq hədəflənib.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Energetika naziri Qobustanda vətəndaşlarla görüşüb

14:42
24 Yanvar

Britaniya hökuməti “Rolls-Royce” ilə 11 milyard dollarlıq müqavilə imzalayıb  

14:41
24 Yanvar

Orban: Rusiyaya qarşı sanksiyalar Macarıstana 19 milyard avro zərər vurub

14:26
24 Yanvar

Ötən il Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 29 faiz artıb

14:26
24 Yanvar

Mərmərə Qrupunun sədri “Heydər Əliyevin 100 illiyi” medalına layiq görülüb  

13:59
24 Yanvar

İrakli Kobaxidze: Sanksiyalardan ölkəmizə qarşı şantaj vasitəsi kimi istifadə olunurdu  

13:51
24 Yanvar

Azərbaycan ilə Pakistanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

13:47
24 Yanvar

Kanat Bozumbayev: “Qara qutu”ların məlumatları əvvəllər internetdə dərc olunmuş informasiyadan fərqlidir  

13:46
24 Yanvar

Sabah hava əsasən yağmursuz olacaq

13:23
24 Yanvar

Ötən il məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərdə artım olub  

13:23
24 Yanvar

Aktauda baş verən təyyarə qəzasında xəsarət alan 4 pasiyentin stasionar müalicəsi hazırda davam etdirilir  

12:53
24 Yanvar

Aktau yaxınlığında təyyarə qəzası ilə bağlı istintaqın ilkin nəticələri gələn həftə açıqlana bilər

12:52
24 Yanvar

Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir

12:51
24 Yanvar

99 saylı Bərdə seçki dairəsində keçirilən maarifləndirici treninqlər başa çatıb

12:50
24 Yanvar

Azərbaycanda Mükəmməllik Mərkəzi təsis olunacaq

12:41
24 Yanvar

Ötən il Almaniyadan 20 mindən çox qanunsuz miqrant deportasiya edilib

12:09
24 Yanvar

Ankarada Türkiyə ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

12:03
24 Yanvar

Tramp: ABŞ dünyanı yüz illər boyu enerji ilə təmin edə bilər

11:53
24 Yanvar

Kaliforniyada meşə yanğınları incəsənət əsərləri kolleksiyalarını məhv edib

11:52
24 Yanvar

Vətəndaşlar üç tibb müəssisəsində göndəriş olmadan stasionar xidmətlərdən yararlana biləcəklər

11:51
24 Yanvar

Yanvarın 24-ü Beynəlxalq Təhsil Günüdür

11:49
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!