24 Yanvar 2025 12:53
163
CƏMİYYƏT
A- A+
Aktauda baş verən təyyarə qəzasında xəsarət alan 4 pasiyentin stasionar müalicəsi hazırda davam etdirilir  

Aktauda baş verən təyyarə qəzasında xəsarət alan 4 pasiyentin stasionar müalicəsi hazırda davam etdirilir  


Ötən il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından bir ay keçir. Hadisədən dərhal sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Dövlət Komissiyası yaradılıb. Sərəncamla aidiyyəti dövlət qurumları, eləcə də Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müvafiq tədbirlər üçün zəruri tapşırıqlar verilib. Müvafiq tapşırıqların ardından qəza nəticəsində yaralanan vətəndaşlarımızın ölkəyə gətirilməsi təmin olunub və zərərçəkənlərin müalicəsi üçün lazımi şərait yaradılıb.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB birgə məlumat yayıblar.

Yeni Klinikaya hospitalizasiya olunan 17 nəfərdən 4-ü birbaşa tibb müəssisəsinin Reanimasiya şöbəsinə, 13 nəfər isə Stasionar şöbəyə qəbul edilib. Təxliyə olunan pasiyentlərə, əsasən, müxtəlif bədən nahiyələrinin travmaları (sınıq, əzilmə, kəllə-beyin travması, döş qəfəsinin küt travması) iki tərəfli pnevmo-hemotoraks, tənəffüs çatışmazlığı diaqnozları təyin edilib. Onların hər biri ixtisaslı həkim-mütəxəssislər (ortoped-travmatoloq, neyrocərrah, reanimatoloq, torakal cərrah, ümumi cərrah, infeksionist) tərəfindən, eləcə də zəruri instrumental-diaqnostik müayinələr olunublar. Ümumilikdə təxliyə edilən 17 yaralıdan 13 nəfəri artıq ambulator müalicə üçün evə yazılıb. Onların müalicələri yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır. Qəza nəticəsində xəsarət alanlardan 3 nəfərin üzərində cərrahi əməliyyat icra olunub. Hazırda 4 pasiyentin (1 kişi və 3 qadın olmaqla) stasionar müalicəsi davam etdirilir. Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1 nəfərin vəziyyəti ağır stabil, Stasionar şöbədə müalicəsi davam etdirilən digər 3 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq dəyərləndirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Kəpəz” yeni futbolçu transfer edib

21:45
24 Yanvar

“Meta” bu il süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq

21:01
24 Yanvar

Bakıda Hindistanın Respublika Günü qeyd edilib

20:47
24 Yanvar

Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasının yekununa dair protokol imzalanıb

20:17
24 Yanvar

Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib

20:06
24 Yanvar

Nazir müavini: Son 4 ildə Azərbaycana səyahət edən hindistanlı turistlərin sayı 40 dəfədən çox artıb 

19:57
24 Yanvar

Səfir: Hindistan və Azərbaycan dərin mədəni əlaqələrə malikdir 

19:45
24 Yanvar

Təhlükəsiz tullantıların idarə olunması üzrə fəaliyyətin səmərəli təşkil edilmədiyi aşkarlanıb

19:31
24 Yanvar

Hesablama Palatası Dövlət Ehtiyatları Agentliyində nöqsanlar aşkarlayıb

19:15
24 Yanvar

“İnklüziv sosial inkişaf və sosial təminat” İşçi qrupunun növbəti iclası keçirilib

19:14
24 Yanvar

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025-ci ilin fevral ayında vətəndaşların qəbulu CƏDVƏLİ

19:08
24 Yanvar

Ali Məhkəmə Plenumunun ötən ilin yekunlarına həsr olunmuş iclası keçirilib

19:07
24 Yanvar

“Azərpoçt” Şuşada poçt məntəqəsi açıb

19:05
24 Yanvar

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin fevral ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

19:00
24 Yanvar

Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində keçirdiyi auditin nəticələrini açıqlayıb  

18:57
24 Yanvar

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın iclası keçirilib

18:50
24 Yanvar

Nazir müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

18:49
24 Yanvar

Belarus Prezidenti 15 məhbusu əfv edib

18:48
24 Yanvar

Bahar Muradova Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

18:45
24 Yanvar

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ilk iclası olub

18:44
24 Yanvar

Fransa xəstəxanalarında acınacaqlı vəziyyət: insanlar növbədə ölürlər

18:44
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!