24 Yanvar 2025 08:05
504
SİYASƏT
A- A+
Davos Forumu iqtisadi inkişaf üçün yeni perspektivlər açır

Davos Forumu iqtisadi inkişaf üçün yeni perspektivlər açır


"Prezident İlham Əliyevin öz təsir və əhatə dairəsinə görə dünyanın ən böyük forumu hesab olunan Davos İqtisadi Forumunda iştirakı və dövlət başçıları, aparıcı şirkətlərin rəhbərləri ilə görüşləri ölkəmizin gələcək iqtisadi inkişafı üçün yeni perspektivlər açır. Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə də Azərbaycan bu foruma böyük önəm verib və onun fəal iştirakçılarından olub".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Komitə sədri bildirib ki, dünyanın ən nüfuzlu iqtisadi platformalarından sayılan forumda dünya liderləri, ictimai-siyasi xadimlər, görkəmli mütəxəssislər, beynəlxalq səviyyəli şirkətlərin rəhbərləri bir araya gələrək iqtisadiyyatın mövcud durumunu və problemlərini müzakirə edir, əlaqələrin genişləndirilməsi üçün tədbirlər müəyyənləşdirirlər.

Azərbaycan da Davos İqtisadi Forumunda iştirak etməkdə maraqlıdır. Forumun təşkilatçıları da Azərbaycanın bu tədbirə qatılmasını yüksək dəyərləndirir və qarşılıqlı fikir mübadilələrini əhəmiyyətli hesab edirlər. Uzun illərdir bu forumda iştirakımız məqbul sayılır və Azərbaycan öz təşəbbüskarlığı ilə dövlətlər arasında seçilməkdədir: "Ulu Öndər Heydər Əliyev 1995-ci ildə ilk dəfə olaraq bu yüksəksəviyyəli tədbirdə iştirak edib və dövlətimizin mövqeyini ortaya qoyub. Ümummilli Lider hələ o illərdə forumun keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirmiş, beynəlxalq əlaqələrin genişləndirilməsinin faydalı olduğunu və ölkəmizin iqtisadi gücünün artırılmasına imkanlar yaratdığını bildirmişdi. 2002-ci ildə Nyu Yorkda keçirilən beynəlxalq forumda isə Ulu Öndərimiz dünyanı narahat edən bir çox məsələyə, xüsusilə terrorizmə, separatizmə öz kəskin münasibətini bildirmiş, bu mübarizədə dünya ölkələrinin birləşməsinin vacibliyini qeyd etmişdi. Dahi rəhbər erməni faşizminə diqqəti cəlb etməklə, Azərbaycanın təcavüzə məruz qaldığını dünya ictimaiyyətinə çatdırmışdı". Komitə sədrinin sözlərinə görə, dünyanın əksər ölkə rəhbərlərinin, beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdiyi belə bir tədbirdə Azərbaycan həqiqətlərini dünyaya bəyan etmək, bunun üçün dövlət rəhbərlərini birliyə səsləmək və müəyyən məqsədlərə nail olmaq, əlbəttə, erməni təcavüzünün kökünü kəsmək üçün əsaslar hazırlamaq baxımından çox əhəmiyyətli idi. Heydər Əliyev bu missiyanı siyasi müdrikliklə yerinə yetirirdi. O, ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiya olunmasının əsasını qoymaqla zamanı qabaqlayır və hazırkı inkişafımız üçün perspektivlər yaradırdı.

Komitə sədri xatırladıb ki, Prezident İlham Əliyev 2007-ci ildən Davos İqtisadi Forumunda iştirak edir və çıxışları, qaldırdığı qlobal məsələlər, verdiyi müsahibələr, keçirdiyi görüşlərlə bu tədbirə yeni ab-hava gətirir. Əlbəttə, bu, Azərbaycanın beynəlxalq aləmdə qazandığı yüksək nüfuza yeni bir töhfədir. Azərbaycanın Cənubi Qafqazda lider kimi tanınması, sosial-iqtisadi sahədə qazanılan uğurlu nəticələr, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu, beynəlxalq əməkdaşlığa imkanlar yaradılması və bu məqamların, nəticələrin bəyan edilməsi, qiymətləndirilməsi, gələcək inkişaf üçün stimul yaratması yeni uğurlara hesablanıb və bunun əsasında dövlət başçısının siyasi kursu durur. 

Tahir Rzayev qeyd edib ki, Davos Forumunun regional iclasının 2013-cü ildə Bakıda keçirilməsi Azərbaycanın nəinki iqtisadi, eləcə də beynəlxalq əməkdaşlıq sahəsində ən layiqli və etibarlı tərəfdaş olduğunu dünyaya sübut edib və ölkəmizin imkanlarını daha da genişləndirib: "Cənab İlham Əliyevin Davosa builki səfəri və tədbirdə fəal iştirakı bunun əyani nümunəsidir. Prezidentimizin İsrailin, İraqın, Latviyanın prezidentləri, Almaniyanın kansleri, bir çox tanınmış şirkət rəhbərləri ilə görüşləri, CGTN telekanalına verdiyi müsahibə dünyanın diqqət mərkəzindədir. Bu görüşlərdə dünyanı narahat edən məsələlər, iqtisadiyyatın şaxələndirilməsi, investisiyaların cəlb edilməsi, sərmayələrin artırılması, əməkdaşlığın daha da genişləndirilməsi, biznes mühitinin formalaşdırılması, iş adamları arasında birbaşa təmasların yaradılması, forumların  keçirilməsi əsas müzakirə mövzusu olub".

T.Rzayev bildirib ki, Prezident İlham Əliyevin Almaniyanın kansleri Olaf Şoltsla görüşü xüsusi maraq doğurub. Görüşdə Azərbaycan-Almaniya münasibətlərinin yaxşılaşdırılması, əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişaf etdirilməsi müzakirə edilib və perspektivlər nəzərdən keçirilib. Cənubi Qafqaz regionunda sülhün və əmin-amanlığın təmin olunmasının əhəmiyyəti və zəruriliyi bildirilib, bu istiqamətdə səylərin artırılması və qüvvələrin birləşdirilməsi vacib hesab edilib.

Sonda komitə sədri vurğulayıb ki, Davos  İqtisadi Forumu və dövlətimizin başçısının tədbirdə fəal iştirakı ölkəmizin gələcək inkişafı, özünü daha yaxından tanıtdırması, gələcək mühüm layihələrdə iştirak etməsi üçün imkanlara sahib olması baxımından çox əhəmiyyətlidir. Dövlətimiz və rəhbərimiz bu imkanları dəqiq müəyyənləşdirdiyinə görədir ki, Azərbaycan nəinki regionda, eləcə də dünyada öz yeri, sözü və uğurları olan bir dövlət kimi tanınır, seçilir və qiymətləndirilir.


Əsmər QARDAŞXANOVA,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!