03 Avqust 2024 08:05
553
Səhiyyə
A- A+

Naxçıvanda Ailə Sağlamlıq Mərkəzi inşa ediləcək

 

Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair təsdiq edilən dövlət proqramında səhiyyənin inkişafı ön planda dayanıb.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, dövlət proqramı çərçivəsində ilkin səhiyyə xidmətini təkmilləşdirmək, operativ xidmət göstərmək, vaxt itkisini və ixtisaslaşdırılmış tibb müəssisələrində sıxlığı aradan qaldırmaq, həmçinin dövlət tibb müəssisələrinin fəaliyyətinin effektiv təşkili və idarəolunmasını təmin etmək üçün Naxçıvan şəhərində Ailə Sağlamlıq Mərkəzinin tikintisi nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, ilk Ailə Sağlamlıq Mərkəzinin Naxçıvan şəhərinin Babək məhəlləsində inşa olunması müəyyən edilib. Bununla bağlı layihələndirmə sənədləri artıq yekunlaşmaq üzrədir. Layihələndirmə işləri başa çatdıqdan sonra yaxın günlərdə tikinti işləri üzrə satınalmanın keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Ailə Sağlamlıq Mərkəzinin inşası nəticəsində tibbi profilaktik tədbirlər, eləcə də ana və uşaqların sağlamlığının mühafizəsi, tibbi-sanitar maarifləndirmə işinin aparılmasından ibarət tibbi yardım xidməti həyata keçiriləcək. Mərkəzin yaradılmasında məqsəd sağlam həyat tərzinin təbliği, əhalinin sağlamlığının qorunması, ictimai səhiyyə xidmətinin yüksək səviyyədə yerinə yetirilməsi, evdə baxım xidməti, xəstəliklərin erkən aşkarlanması və sakinlərin ailə həkimləri ilə ünsiyyətinin möhkəmləndirilməsidir. Bir sözlə, Ailə Sağlamlıq Mərkəzinin tikintisi başa çatdıqdan sonra vətəndaş yaşadığı ərazidə yerləşən həmin mərkəzə müraciət edərkən müvafiq istiqamətlər üzrə ehtiyac olduğu təqdirdə daha dərin ixtisaslaşmış müayinələrə yönləndiriləcək.


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video