Narıncı güc
Ləzzətli və ətirli portağalın faydaları saymaqla bitmir. Sitrus bitkisi olan portağal yüksək miqdarda C vitamini, kalium, fol turşusu və sitrat ehtiva edir. Ətirli meyvənin istehlakı hüceyrə zədələnməsinin qarşısını alır, xərçəngə səbəb olan sərbəst radikallarla mübarizə aparmaq, immunitet sistemini dəstəkləmək və mikroorqanizmlərdən qorunmaq kimi faydalar verir.
DNT sintezi üçün vacib vitamin olan fol turşusu portağalda da var. Bu səbəbə görə xüsusilə hamilə qadınlarda portağal istehlakı kifayət qədər fol turşusu qəbulunu dəstəkləyərək anadangəlmə qüsurları aradan qaldıra bilər.
Portağalın tərkibindəki sitrat böyrəklərdə kalsium yığılmasını əngəlləyərək daş əmələ gəlməsinin qarşısını alır.
Sitrus meyvəsinin suyu dəmir çatışmazlığı olan insanlarda dəmir qaynaqlı qidalarla birlikdə istehlak edildikdə anemiyanın müalicəsinə kömək edir.
Araşdırmalar göstərir ki, portağal yağı da orqanizmə çox faydalıdır. Bu yağ bəzi növ bakteriya və göbələklərin böyüməsini dayandırır, stress səviyyəsini azaldaraq narahatlıq və depressiyanı azalda bilir. O həmçinin üyüdülmüş zəncəfil ilə birlikdə dəriyə tətbiq edildikdə diz ağrısını azaltmağa kömək edir. 2016-cı ildə idmançılarla aparılan bir araşdırma nəticəsində məlum olub ki, portağal yağını iyləyəndən sonra ağciyərin funksiyası və işləmə müddəti əhəmiyyətli dərəcədə artır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq ...
20 Aprel
Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək
20 Aprel
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
20 Aprel
Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib
20 Aprel
Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub
20 Aprel
DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməy...
20 Aprel
Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb
20 Aprel
Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar
20 Aprel
Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər
20 Aprel
Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq
20 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!