20 Noyabr 2026 15:01
174
SİYASƏT
A- A+
Milli Məclisin sədri Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib  

Milli Məclisin sədri Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib  


Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 20-də Türkmənistanda MDB Parlamentlərarası Assambleyasının 61-ci plenar iclasında çıxış edib.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Parlamentin sədri çıxışında Assambleyanı açıq dialoq platforması kimi xarakterizə edərək, bu çərçivədə qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunacağını və dövlətlərin milli prioritetlərini nəzərə alaraq razılaşdırılmış yanaşmalar tapıla biləcəyini qeyd edib.

S.Qafarova Azərbaycan Milli Məclisinin MDB Parlamentlərarası Assambleyası çərçivəsində əməkdaşlığa əhəmiyyət verdiyini, parlament əlaqələrinin genişləndirilməsinə və ölkələrimiz arasında çoxtərəfli qarşılıqlı fəaliyyətin daha da inkişafına yönəlmiş təşəbbüsləri dəstəklədiyini bildirib.

Qeyd olunub ki, humanitar sahədə əməkdaşlıq əhəmiyyətli istiqamətlərdən biridir və Azərbaycan MDB məkanında xalqlar arasında dostluq və qarşılıqlı anlaşma ənənələrinin qorunmasına kömək edən mədəni və humanitar mübadilələrin genişləndirilməsinin tərəfdarıdır.

MDB çərçivəsində ölkəmizdə keçirilmiş tədbirlərdən danışan Milli Məclisin sədri 2025-ci ilin iyun ayında Azərbaycanın Şərqi Zəngəzur regionunun Laçın şəhərində MDB Mədəniyyət Paytaxtı ilinin təntənəli açılış mərasimi çərçivəsində genişmiqyaslı tədbirlərin təşkil edildiyini, həmin ilin sentyabr-oktyabr aylarında respublikamızın yeddi şəhərində 13 dövlətdən 1600-dən çox idmançının iştirak etdiyi III MDB Oyunlarının keçirildiyini qeyd edib. O, MDB PA çərçivəsində həyata keçirilən "MDB uşaqları" və "Yaddaş qatarı" kimi humanitar layihələri də xatırladaraq bildirib ki, bu layihələr gənc nəslə xalqlarımızın tarixi və mədəni irsi ilə daha yaxından tanış olmaq, yeni dostluq əlaqələri qurmaq imkanı verir.

Qeyd olunub ki, MDB Parlamentlərarası Assambleyası çərçivəsində əməkdaşlığın mühüm istiqaməti seçkilərin müşahidəsi və parlamentarizmin inkişafı məsələləri olaraq qalır. Azərbaycan nümayəndələri MDB PA-nın monitorinq fəaliyyətində mütəmadi olaraq iştirak edirlər. S.Qafarova cari ilin ikinci yarısında Milli Məclisin deputatlarının Qazaxıstan Respublikası Qurultayının birinci çağırış deputatlarının və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının doqquzuncu çağırış deputatlarının seçilməsi üzrə müşahidə missiyalarında fəal iştirak etdiklərini diqqətə çatdırıb. O, bu kontekstdə MDB PA-nın iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialının fəaliyyətini də qeyd edərək, filialın gördüyü işlərin və təşkil etdiyi tədbirlərin əhəmiyyətindən danışıb.

Milli Məclisin sədri Assambleya çərçivəsində formalaşmış konstruktiv qarşılıqlı fəaliyyət ənənələrinin və toplanmış təcrübənin bundan sonra da parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinə və dövlətlər arasında münasibətlərin inkişafına kömək edəcəyinə əminliyini ifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fransada polisə silahdan istifadə imtiyazı verən qanun layihəsinə etiraz edilib  

16:27
20 Noyabr

Qətər Hörmüz boğazı böhranına qarşı beynəlxalq birgə fəaliyyətə çağırıb

16:13
20 Noyabr

Beyin fəaliyyəti ilə bağlı yeni araşdırma aparılıb  

16:03
20 Noyabr

Azərbaycan və Vyetnam arasında çoxşaxəli əlaqələrin bugünü və gələcəyi  

16:01
20 Noyabr

Baş prokuror paytaxtın Binəqədi rayonunda vətəndaşlarla görüşüb  

15:53
20 Noyabr

Azərbaycan əhalisinin sayı açıqlanıb

15:43
20 Noyabr

UEFA Millətlər Liqasında 1/4 final mərhələsinin püşkü atılıb

15:39
20 Noyabr

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Qubadlıdan olan vətəndaşlarla görüşüb  

15:32
20 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüb  

15:27
20 Noyabr

Nikol Paşinyan: Yeni Konstitusiyanın mətni noyabrın 23-də dərc olunacaq  

15:14
20 Noyabr

Milli Məclisin sədri Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib  

15:01
20 Noyabr

Əkin işləri bitmədən pul hesabda olacaq – Fermerlər üçün yeni dəstək mexanizmi  

14:49
20 Noyabr

Azərbaycanla Vyetnam arasında iqtisadi əlaqələr böyük potensiala malikdir

14:47
20 Noyabr

Ngiem Vu Khay: Ümid edirəm ki, gənc azərbaycanlılarla vyetnamlılar arasında da bizim nəslin nümayəndələri arasında olduğu kimi qarşılıqlı anlaşma olacaq – MÜSAHİBƏ

14:41
20 Noyabr

Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib

14:32
20 Noyabr

Heydər Əliyev ideyaları ilə başlayan böyük siyasi yol

14:24
20 Noyabr

Emin Hüseynov: Ağdam şəhərində 3 mindən çox sakin yaşayır

14:23
20 Noyabr

Güləş millimiz Gürcüstanda çempion olub

14:21
20 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb YENİLƏNƏCƏK

14:15
20 Noyabr

Kiyevə raket hücumu nəticəsində üç nəfər həlak olub, 15 nəfər yaralanıb  

14:01
20 Noyabr

“Instagram” hekayələrini redaktə etmək olacaq  

13:57
20 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!