26 Noyabr 2026 09:35
138
SİYASƏT
A- A+
Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır

Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır


Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır və iki ölkə uzun illərdir regionda mühüm layihələri birgə həyata keçirir.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili ölkənin Birinci Kanalda (1tv.ge) yayımlanan “Günün mövzusu” proqramında bildirib. Onun sözlərinə görə, müasir şəraitdə qlobal çağırışlar və mövcud geosiyasi kontekst fonunda Gürcüstan-Azərbaycan münasibətlərinə, iki ölkə arasındakı dinamikaya və əməkdaşlıq potensialına daha böyük əhəmiyyət verilir.

Boçorişvili qeyd edib ki, iki ölkənin mövcud geosiyasi kontekstdə daha yaxşı təmsil olunması üçün müntəzəm fikir mübadiləsinin aparılması və müxtəlif məsələlər üzərində daim işlənilməsi vacibdir.

“Azərbaycanla strateji tərəfdaşlığımız məzmunca çox zəngindir. Bu tərəfdaşlıq intensiv siyasi dialoqu da əhatə edir. Bu il bir sıra yüksəksəviyyəli dövlət səfərləri həyata keçirilib. Azərbaycan Prezidenti Gürcüstana, Gürcüstanın Baş naziri isə Azərbaycana rəsmi səfər edib. Həmçinin Azərbaycanın Baş nazirinin Gürcüstana səfərləri olub və iki ölkənin müxtəlif sahələr üzrə nazirləri arasında qarşılıqlı səfərlər davam edir”, - deyə Boçorişvili bildirib.

Xarici işlər naziri vurğulayıb ki, Gürcüstan-Azərbaycan siyasi dialoqu konkret layihələri, regiondakı mövcud vəziyyəti və iki ölkə arasında əməkdaşlığın potensialını əhatə edir.

Onun sözlərinə görə, nəqliyyat dəhlizinin inkişafı, enerji resurslarının tranziti və digər sahələrdə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

“Bütün bunlar Orta Dəhlizin inkişafı üçün perspektiv yaradır və bu, çox vacibdir”, - Boçorişvili əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin dekabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

10:44
26 Noyabr

Neft qiymətləri artır 

10:41
26 Noyabr

Kəlbəcərdə bayram konserti və atəşfəşanlıq olub

10:31
26 Noyabr

Qızıl və gümüş bahalaşıb

10:12
26 Noyabr

Azərbaycan nefti 100 dollardan baha satılır

10:01
26 Noyabr

"Xaqani Şirvani və İraq" mövzusunda elmi müzakirələr aparıldı

09:55
26 Noyabr

Geniş yayılmış virusun Altsheymer xəstəliyinin yaranma riskini artırdığı müəyyən edilib

09:50
26 Noyabr

Çin ABŞ-nin yeni gömrük rüsumları planını "siyasi manevr" adlandırdı

09:45
26 Noyabr

Çempionlar Liqası: “Fənərbağça” “Şaxtyor”a qalib gəlib, “Bavariya” məğlub olub  

09:43
26 Noyabr

Müharibənin qaranlığında yanan vicdan işığı

09:40
26 Noyabr

Kiyev şəhəri ballistik raketlərlə vurulub

09:37
26 Noyabr

Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır

09:35
26 Noyabr

Əlisəfa Azayevin qələmində "Əlfi Qasımov fenomeni"

09:35
26 Noyabr

Mümkünsüz görünəni mümkün edən cəsarət və məharət 

09:30
26 Noyabr

Gözəllik abadlıqdan başlayır

09:25
26 Noyabr

Səyyar qəbulda qaldırılan problem həll olundu

09:20
26 Noyabr

Bu şəhər bizimdir

09:15
26 Noyabr

Problem tezliklə aradan qaldırıldı

09:10
26 Noyabr

Uşaqların uşaqlığı niyə ekrana köçür?

09:05
26 Noyabr

Masallıda xeyriyyəçilik ənənələri yaşadılır

09:00
26 Noyabr

Piyada keçid körpüsü təmir edildi

08:55
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!