26 Noyabr 2026 09:05
149
Oxucu məktubları
A- A+
Uşaqların uşaqlığı niyə ekrana köçür?

Uşaqların uşaqlığı niyə ekrana köçür?


Bir vaxtlar uşaqların günləri dostlarla həyət oyunları, oyuncaqlarla qurulan kiçik dünyalar və bitib-tükənməyən suallarla keçirdi. İndi isə onların hamısını kiçik bir smartfon ekranı əvəz edir. Cizgi filmləri, rəngarəng videolar və sürətlə dəyişən görüntülər uşaqların gündəlik həyatında getdikcə daha çox yer tutur. Bu dəyişiklik təkcə əyləncə vərdişlərinin yenilənməsi deyil, uşaqlığın necə yaşandığı barədə də düşünməyə əsas verir.

Müasir valideynlərin buna yol vermələrinin səbəbləri anlaşılandır. İş və ev qayğıları, yorğunluq və gündəlik məsuliyyətlər arasında uşağı bir müddət sakit saxlamaq bəzən zərurət kimi görünür. Telefon həmin problemi həll edir. Ağlayan, yemək yeməyən uşağa smartfon vermək valideynin işini xeyli yüngülləşdirir. Ancaq bu "rahatlıq" vərdişə çevrildikdə ekran uşağın gününün böyük hissəsini tutmağa başlayır. Problem texnologiyanın özündə deyil, onun uşağın həyatına daxil olmasındadır. Xüsusən də uşaqlığın yalnız məlumat almaq və görüntülərə baxmaqdan ibarət olmadığı üçün. Uşaq ətraf aləmi əşyalara toxunaraq, onları araşdıraraq, böyüklərə suallar verərək, yaşıdları ilə oynayaraq böyüməlidir. Bunlar onun təxəyyülünü, ünsiyyətini və problem həll etmək bacarığını inkişaf etdirir. Ekran qarşısında keçirilən uzun zaman isə hərəkətə, canlı ünsiyyətə və yaşına uyğun fəaliyyətlərə ayrılan vaxtı azaldır, hələ sağlamlığı demirik. Üstəlik,  ünsiyyətsizlik də bəzi xəstəliklərin yaranmasının başlanğıcı kimi diqqətdə saxlanılmalıdır. Azyaşlı uşaqların texnologiyanı tez mənimsəməsini onun uğuru kimi qiymətləndirib "maşallah, 2-3 yaşı var, telefonu sökür", - deyib qürurlanmaq vəziyyətin normal olmadığını anlamamaqdan yaranır. 

Uşağın erkən yaşlarda inkişafı üçün valideynlə canlı ünsiyyət mühüm əhəmiyyət daşıyır. Böyüyün üz ifadəsinə baxmaq, səsini dinləmək, deyilən sözlərə cavab vermək və qarşılıqlı oyunlarda iştirak etmək dil və sosial bacarıqların formalaşmasına kömək edir. Smartfonda barmaq toxunuşu ilə sürətlə dəyişən görüntülər isə uşağın canlı ünsiyyətdən əldə etdiyi təcrübəni tam əvəz etmir. 

Məsələnin başqa bir tərəfi də valideyn nümunəsidir. Böyüklər yemək zamanı, söhbət edərkən, hətta birlikdə vaxt keçirərkən daim telefona baxırlarsa, uşağın da ekrana maraq göstərməsi təəccüblü deyil. Uşaqlar tərbiyəni yalnız deyilən sözlərdən deyil, müşahidə etdikləri davranışlardan da alırlar.

Bununla belə, uşaqları texnologiyadan tamamilə uzaqlaşdırmaq da məqsəd olmamalıdır. Əsas məsələ yaşa uyğun məzmun seçmək, ekran vaxtını məhdudlaşdırmaq və onun yuxunu, hərəkəti, ünsiyyəti əvəz etməsinə imkan verməməkdir. Xüsusilə iki yaşdan kiçik uşaqlarda ekran istifadəsinə ciddi yanaşmaq, videozəng kimi istisnalar xaricində mümkün qədər canlı ünsiyyətə və birgə oyuna üstünlük vermək lazımdır. Unutmayaq ki, bəzən uşağa verilə biləcək ən qiymətli hədiyyə yeni oyuncaq və ya bahalı cihaz deyil, onunla keçirilən yarım saatlıq səmimi vaxtdır. Birlikdə kitab vərəqləmək, top-top oynamaq, şəkillər çəkmək, parkda gəzmək və ya sadəcə, onun suallarını cavablandırmaq uşağın yaddaşında ekranda gördüklərindən daha dərin iz buraxır. Amma uşaqların uşaqlığını qorumaq texnologiyaya qarşı çıxmaq kimi də qiymətləndirilməməlidir. Bütün hallarda axına qarşı üzmək mümkün deyil. Əvəzində uşaqların uşaqlığının bütünlüklə ekrana köçməsinin qarşısını almaq mümkündür.


Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müharibənin qaranlığında yanan vicdan işığı

09:40
26 Noyabr

Əlisəfa Azayevin qələmində "Əlfi Qasımov fenomeni"

09:35
26 Noyabr

Mümkünsüz görünəni mümkün edən cəsarət və məharət 

09:30
26 Noyabr

Gözəllik abadlıqdan başlayır

09:25
26 Noyabr

Səyyar qəbulda qaldırılan problem həll olundu

09:20
26 Noyabr

Bu şəhər bizimdir

09:15
26 Noyabr

Problem tezliklə aradan qaldırıldı

09:10
26 Noyabr

Uşaqların uşaqlığı niyə ekrana köçür?

09:05
26 Noyabr

Masallıda xeyriyyəçilik ənənələri yaşadılır

09:00
26 Noyabr

Piyada keçid körpüsü təmir edildi

08:55
26 Noyabr

Şahmat turniri

08:50
26 Noyabr

Qazi kimi mənə olan diqqətdən razıyam

08:45
26 Noyabr

Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının yeni hədəfləri

08:40
26 Noyabr

Regionun əsas logistika mərkəzi

08:35
26 Noyabr

Azərbaycan-ABŞ əlaqələri ən yüksək səviyyədədir

08:30
26 Noyabr

Regionda dayanıqlı sülhün bərqərar olması üçün atılan mühüm siyasi-hüquqi addım

08:25
26 Noyabr

"Vətən Müharibəsi Qəhrəmanı" - şücaətin və fədakarlığın ali təcəssümü

08:20
26 Noyabr

Güclü dövlət, ədalətli hüquq sistemi, fəal vətəndaş cəmiyyəti milli inkişaf strategiyasının əsas istiqamətləridir

08:15
26 Noyabr

Azərbaycanın Avropa üçün artan əhəmiyyəti Cənubi Qafqazda yeni iqtisadi perspektivlər yaradır 

08:10
26 Noyabr

"Sabit neft hasilatı təmin edilməlidir"

08:05
26 Noyabr

MƏĞLUBİYYƏTİN ETİRAFI VƏ TƏSDİQİ

08:00
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!