28 Dekabr 2024 21:37
163
CƏMİYYƏT
A- A+
Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı olub  

Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı olub  


Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) dekabrın 28-də açılışı olub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Mədəniyyət naziri Adil Kərimli Leyla Əliyevaya Mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, Yaradıcı Mərkəzin əsas məqsədi gənc istedadları dəstəkləmək, onların ixtisaslarını artırmaq və yaradıcılıq potensialının reallaşdırılmasına şərait yaratmaqdır. Eləcə də mədəni və yaradıcı sənayelər sahəsində layihələr həyata keçirmək, bu sahədə yeni sahibkarlıq subyektlərinin, startapların formalaşmasına və inkişafına dəstək verməkdir. Həmçinin yerli yaradıcı məhsul və xidmətlərin yaradılması və ixracının artırılmasına kömək göstərmək, müvafiq istiqamətlər üzrə regionlardan istedadlı gəncləri cəlb etməkdir.

Diqqətə çatdırılıb ki, hazırda Yaradıcı Mərkəz bir sıra uğurlu layihələr, o cümlədən 3 inkubasiya proqramı həyata keçirir: Musiqi, “Gametech”, “Cultech”. Bu proqramlar çərçivəsində artıq 20 yeni startap yaradılıb və ümumilikdə 50-dən çox rezident Mərkəzin xidmətlərindən istifadə edir.

Adil Kərimli qeyd edib ki, nazirliyin təşkilatçılığı ilə 2023-cü ildən etibarən “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi həyata keçirilir. “Yaradıcı müzakirələr” layihəsi paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasının dəstəklənməsinə yönəlib.

Mərkəzdə animasiya, musiqi və kino sənayesi, dizayn, yaradıcılıq sahələrində “Ai4Art” layihəsi çərçivəsində süni intellektin istifadəsi üzrə ustad dərsləri və təlimlər keçirilir. Bu təhsil proqramlarında 200-dən çox gənc iştirak edir. Mərkəzin tərkibinə, həmçinin “Yaradıcı Market” bazar platforması, “Yaradıcı Edu.az” tədris mərkəzi də daxildir.

Burada müxtəlif yaradıcı sahələrdə yüksəkkeyfiyyətli işlərin ərsəyə gəlməsi üçün müasir texnologiyalarla təchiz olunmuş foto və video, səsyazma, animasiya, rəqs və digər studiyalar var.

Yaradıcı Mərkəzin tərəfdaşları arasında həm yerli qurumlar, təşkilatlar, həm də xarici beynəlxalq təşkilatlar yer alır.

Qeyd edək ki, Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi (Yaradıcı Mərkəz) 2022-ci il 22 iyulda Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiqlənib. Mərkəz “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na dair Tədbirlər Planının icrası məqsədilə 2024-cü ildə Mədəniyyət Nazirliyi tərəfindən təsis edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Unikal avtomobil hərraca çıxarılıb

16:43
29 Dekabr

Sabah yağış yağacaq, dağlıq ərazilərdə qar gözlənilir - XƏBƏRDARLIQ

16:30
29 Dekabr

İnsanın öləcəyi vaxtı proqnozlaşdıran süni intellekt yaradılıb

16:30
29 Dekabr

“Bild” qəzeti: “Qəhrəman pilotlar möcüzəni belə bacardılar”

16:18
29 Dekabr

Xorvatiyada prezident seçkilərində səsvermə keçirilir  

16:15
29 Dekabr

İranda terror aktı baş verib

16:07
29 Dekabr

“İslahat icmalı”: Minimum əməkhaqqı artımı müxtəlif iqtisadi sektorlarda orta aylıq nominal əməkhaqlarının yüksəlməsinə səbəb olacaq  

16:05
29 Dekabr

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN MÜRACİƏTİ

16:04
29 Dekabr

Hərbi Hava Qüvvələrində "Zabit ixtisas kursu"nun növbəti buraxılış mərasimi keçirilib  

16:03
29 Dekabr

Kanadada sərnişin təyyarəsi yanıb

16:03
29 Dekabr

MSK sədri: Hazırda bələdiyyə üzvlüyünə qeydə alınan namizədlərin sayı 15 min 696 nəfərdir

16:02
29 Dekabr

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Ali Attestasiya Komissiyasında akkreditasiyadan keçib

15:59
29 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayev Astarada dəfn edilib

15:57
29 Dekabr

Azərbaycan Prezidenti: Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik  

15:54
29 Dekabr

Prezident İlham Əliyev: Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər

15:34
29 Dekabr

Hökümə Əliyevanın stüardessa həmkarı: “Hər uçuşdan əvvəl mənə ismarış yazıb, uğurlar arzulayardı...”  

15:33
29 Dekabr

Azərbaycan Prezidenti təyyarə qəzası ilə bağlı sual kimi qalan məsələləri sadalayıb

15:31
29 Dekabr

Prezident: Günahını etiraf etmək, dost ölkə Azərbaycandan vaxtında üzr istəmək görüləsi tədbirlər idi

15:30
29 Dekabr

Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri ilə bağlı bir sıra faktları açıqlayıb

15:30
29 Dekabr

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib YENİLƏNİB

15:29
29 Dekabr

Laçında Həmrəylik Günü və Yeni il qeyd edilir

15:23
29 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!