29 Dekabr 2024 16:05
158
CƏMİYYƏT
A- A+
“İslahat icmalı”: Minimum əməkhaqqı artımı müxtəlif iqtisadi sektorlarda orta aylıq nominal əməkhaqlarının yüksəlməsinə səbəb olacaq  

“İslahat icmalı”: Minimum əməkhaqqı artımı müxtəlif iqtisadi sektorlarda orta aylıq nominal əməkhaqlarının yüksəlməsinə səbəb olacaq  


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) dövlət başçısının “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamı ilə 2025-ci ilin yanvar ayından reallaşacaq növbəti sosial islahatlara həsr olunan “İslahat icmalı” hazırlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İİTKM-dən AZƏRTAC-a verilən məlumatda bildirilir.

Mərkəzin İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov qeyd edib ki, 3 milyon nəfəri əhatə edəcək sosial paket 2019-cu ildən bu günədək qəbul edilən beşinci sosial islahat zərfidir. Bu yeni sosial paket əvvəlki islahatların məntiqi davamı olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının yaxşılaşdırılması məqsədini daşıyır. Sosial islahatlar əməkhaqqı artımlarını, pensiya, sosial müavinət və təqaüdlərin artırılması tədbirlərini nəzərdə tutur.

Onun sözlərinə görə, ümumilikdə, bu islahatlar çərçivəsində 700 min və daha çox vətəndaş əməkhaqqı artımlarından, təxminən 1,1 milyon nəfər pensiya artımlarından, 1,2 milyon nəfər isə sosial müavinət və təqaüdlərin artımından faydalanacaq. Bu tədbirlər xüsusilə aztəminatlı ailələr üçün əhəmiyyətli olacaq və onların maddi vəziyyətinin yaxşılaşdırılmasına dəstək məqsədi daşıyır.

E.Ələkbərov əlavə edib ki, minimum əməkhaqqı artımının iqtisadiyyatda geniş əhatəli müsbət təsir yaratması gözlənilir. 2025-ci ildən etibarən minimum əməkhaqqı artımı müxtəlif iqtisadi sektorlarda orta aylıq nominal əməkhaqlarının yüksəlməsinə səbəb olacaq.

Sosial islahatların əhatə dairəsi barədə daha geniş məlumatların əks olunduğu “İslahat icmalı” ilə ereforms.gov.az saytında İcmallar bölməsindən tanış olmaq mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kuba Respublikasının Prezidenti Zati-aliləri cənab Migel Dias-Kanel Bermudesə

13:11
01 Yanvar

Rumıniya və Bolqarıstan Şengen zonasına daxil olub

13:07
01 Yanvar

Bu gündən Azərbaycanda minimum əməkhaqqı artır  

11:33
01 Yanvar

Arnold Ruutel vəfat edib

11:09
01 Yanvar

Makron: Parlamentin buraxılması qeyri-sabitliyə səbəb oldu

10:47
01 Yanvar

Yeni il gecəsi atəşfəşanlıq Almaniyada dörd nəfərin həyatına son qoyub  

10:01
01 Yanvar

Fransa həbsxanalarında saxlananların sayı rekord həddə çatıb

09:05
01 Yanvar

Azərbaycanda 2025-ci ilin ilk körpəsi dünyaya gəlib

01:33
01 Yanvar

Yeni il münasibətilə Xankəndidə atəşfəşanlıq olub 

01:02
01 Yanvar

Naxçıvanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə möhtəşəm atəşfəşanlıq olub

00:49
01 Yanvar

Dövlət suverenliyi tam bərpa edilmiş Azərbaycanın paytaxtında Yeni il münasibətilə bayram atəşfəşanlığı 

00:19
01 Yanvar

Prezident İlham Əliyev: Ümid edirəm ki, gələn il yanvarın sonlarından Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq  

00:15
01 Yanvar

Prezident: Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb

00:14
01 Yanvar

Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə xəbərdarlıq edib

00:13
01 Yanvar

Prezident İlham Əliyev bu il Azərbaycan üçün ən narahatedici məqamı açıqlayıb  

00:11
01 Yanvar

Azərbaycan Prezidenti: Bütün dünya Cənubi Qafqazda yaratdığımız yeni reallıqları qəbul edib  

00:10
01 Yanvar

Prezident: Azərbaycan əmin-amanlıq, şəraitində yaşayır və əminəm ki, bundan sonra əmin-amanlıq əbədi olacaqdır  

00:07
01 Yanvar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

00:01
01 Yanvar

Prezident İlham Əliyev: İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapıb  

23:57
31 Dekabr

Londonda evdən 10 milyon funt sterlinq dəyərində zinət əşyası oğurlanıb  

19:39
31 Dekabr

Türkiyənin hüquq-mühafizə orqanlarının 310 minə yaxın əməkdaşı Yeni il tədbirləri ilə bağlı təhlükəsizliyi təmin edir  

19:23
31 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!