29 Dekabr 2024 15:59
165
CƏMİYYƏT
A- A+
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Ali Attestasiya Komissiyasında akkreditasiyadan keçib

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Ali Attestasiya Komissiyasında akkreditasiyadan keçib


“Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxs Ali Attestasiya Komissiyasında (AAK) akkreditasiyadan keçib.

Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Qurumda “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsə akkreditasiya haqqında şəhadətnamə təqdim edilməsinə dair tədbir keçirilib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov qeyd edib ki, son illər Prezident İlham Əliyevin ölkəmizdə qeyri-neft sektoruna göstərdiyi yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoyub.

“Müasir dövrdə aqrar sahənin elmi əsaslarla inkişaf etdirilməsi və elmi-texniki tərəqqinin aqrar sahəyə tətbiqi ən mühüm prioritetlərdən sayılır. Kənd təsərrüfatında elm və innovasiyaların tətbiqinin genişləndirilməsi, aqrar sahədə aparılan tədqiqatlar məhsuldarlığın yüksəldilməsi və davamlı inkişafın təmin edilməsində mühüm amillərdən biridir. Elmi potensialdan, müasir yanaşmalardan səmərəli istifadə olunması effektiv nəticələrin əldə edilməsi, ölkədə elmi əsaslı innovativ təsərrüfatların yaradılması prosesini daha da sürətləndirir”,- deyə nazir əlavə edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayev akkreditasiyanın keçirilməsi proseduru, bununla bağlı normativ-hüquqi aktların ölkədə aparılan islahatlar çərçivəsində təkmilləşdirilməsi, bu sahədə komissiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.

Professor akkreditasiya prosesinin müəssisələrdə elmi fəaliyyətin təşkili və idarə edilməsinin, elmi proqramların və elmi tədqiqatların səmərəliliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan Respublikasının “Elm haqqında” Qanunun 24-cü maddəsi və “Elmi təşkilatların akkreditasiyadan keçirilməsi qaydaları”na əsasən “Elmi təşkilatların doktorantura hazırlığı üzrə Akkreditasiyadan keçirilməsi” layihəsi əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti 2022-ci il 28 oktyabr tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsinin akkreditasiyadan keçirilməsi barədə qərar qəbul edib.

Sonra “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin akkreditasiyası haqqında şəhadətnamə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədova təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən yaradılmış işçi qrupu tərəfindən İnstitutda bütün istiqamətlər üzrə müvafiq monitorinqlər aparılıb. Bu monitorinqlər elm, istehsalat, kadr hazırlığı, maliyyə menecmenti, maddi-texniki baza, bütün növ hüquqi və elmi sənədləşmənin vəziyyəti, laborator xidmətlər və tədqiqatlar və digər istiqamətləri əhatə edib. Monitorinqlərin nəticəsi olaraq 11 bənddən ibarət tövsiyələr İnstituta təqdim edilib və bu işlərin icrası üçün 2 il möhlət verilib. Ötən dövr ərzində bütün bəndlər üzrə işlər tam olaraq icra olunub.

2024-cü ilin noyabr ayında təkrar monitorinqlər zamanı bütün işlərin yüksək səviyyədə yerinə yetirildiyi işçi qrupu tərəfindən müəyyən edilib və bütün təsdiqedici sənədlər Ali Attestasiya Komissiyasına təqdim edilib. AAK-nın Rəyasət Heyətinin iclasında “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin akkreditasiyadan keçirilməsi və müvafiq şəhadətnamənin verilməsi barədə qərar qəbul olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kuba Respublikasının Prezidenti Zati-aliləri cənab Migel Dias-Kanel Bermudesə

13:11
01 Yanvar

Rumıniya və Bolqarıstan Şengen zonasına daxil olub

13:07
01 Yanvar

Bu gündən Azərbaycanda minimum əməkhaqqı artır  

11:33
01 Yanvar

Arnold Ruutel vəfat edib

11:09
01 Yanvar

Makron: Parlamentin buraxılması qeyri-sabitliyə səbəb oldu

10:47
01 Yanvar

Yeni il gecəsi atəşfəşanlıq Almaniyada dörd nəfərin həyatına son qoyub  

10:01
01 Yanvar

Fransa həbsxanalarında saxlananların sayı rekord həddə çatıb

09:05
01 Yanvar

Azərbaycanda 2025-ci ilin ilk körpəsi dünyaya gəlib

01:33
01 Yanvar

Yeni il münasibətilə Xankəndidə atəşfəşanlıq olub 

01:02
01 Yanvar

Naxçıvanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə möhtəşəm atəşfəşanlıq olub

00:49
01 Yanvar

Dövlət suverenliyi tam bərpa edilmiş Azərbaycanın paytaxtında Yeni il münasibətilə bayram atəşfəşanlığı 

00:19
01 Yanvar

Prezident İlham Əliyev: Ümid edirəm ki, gələn il yanvarın sonlarından Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq  

00:15
01 Yanvar

Prezident: Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb

00:14
01 Yanvar

Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə xəbərdarlıq edib

00:13
01 Yanvar

Prezident İlham Əliyev bu il Azərbaycan üçün ən narahatedici məqamı açıqlayıb  

00:11
01 Yanvar

Azərbaycan Prezidenti: Bütün dünya Cənubi Qafqazda yaratdığımız yeni reallıqları qəbul edib  

00:10
01 Yanvar

Prezident: Azərbaycan əmin-amanlıq, şəraitində yaşayır və əminəm ki, bundan sonra əmin-amanlıq əbədi olacaqdır  

00:07
01 Yanvar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

00:01
01 Yanvar

Prezident İlham Əliyev: İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapıb  

23:57
31 Dekabr

Londonda evdən 10 milyon funt sterlinq dəyərində zinət əşyası oğurlanıb  

19:39
31 Dekabr

Türkiyənin hüquq-mühafizə orqanlarının 310 minə yaxın əməkdaşı Yeni il tədbirləri ilə bağlı təhlükəsizliyi təmin edir  

19:23
31 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!