29 Dekabr 2024 20:01
225
CƏMİYYƏT
A- A+
Laçınlılar Həmrəylik Gününü və Yeni il bayramını qeyd edirlər

Laçınlılar Həmrəylik Gününü və Yeni il bayramını qeyd edirlər


Laçında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı silsilə tədbirlərlə qeyd olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 29-da Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşəbbüsü, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, “Laçın Abadlıq Xidməti” ASC-nin və “Hoçazfilm” yaradıcılıq studiyasının təşkilatçılığı ilə bayram tədbiri keçirilib. Əvvəlcə Laçının balaca sakinləri üçün seyrəngahda bayram şənliyi təşkil edilib. Şaxta baba və Qar qız uşaqların sevincinə sevinc qatıb. Həmçinin balacalar üçün kreativ oyunlar, master klaslar, face-art təşkil edilib.

Bayram tədbiri günün ikinci yarısında Həkəri çayı sahilində davam etdirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin və dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Çıxışlar zamanı bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qüdrətli Azərbaycan Ordusunun gücü sayəsində Laçın azadlığına qovuşub. Görülən quruculuq işləri nəticəsində qısa müddətdə şəhərdə həyat öz axarına qayıdıb.

Qeyd edilib ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.

Silsilə tədbirlər çərçivəsində "Can Laçın qış möcüzəsi" yarmarkası da açılıb. Yarmarkada laçınlı xanımların və uşaqların hazırladığı əl işləri, kənd təsərrüfatı, eləcə də arıçılıq məhsulları, milli mətbəximizin nümunələri yer alıb.

Yarmarkaya baxış keçirilib, sərgilənən məhsullar haqqında ətraflı məlumat verilib.

Daha sonra "Ay Laçın" adlı konsert təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kuba Respublikasının Prezidenti Zati-aliləri cənab Migel Dias-Kanel Bermudesə

13:11
01 Yanvar

Rumıniya və Bolqarıstan Şengen zonasına daxil olub

13:07
01 Yanvar

Bu gündən Azərbaycanda minimum əməkhaqqı artır  

11:33
01 Yanvar

Arnold Ruutel vəfat edib

11:09
01 Yanvar

Makron: Parlamentin buraxılması qeyri-sabitliyə səbəb oldu

10:47
01 Yanvar

Yeni il gecəsi atəşfəşanlıq Almaniyada dörd nəfərin həyatına son qoyub  

10:01
01 Yanvar

Fransa həbsxanalarında saxlananların sayı rekord həddə çatıb

09:05
01 Yanvar

Azərbaycanda 2025-ci ilin ilk körpəsi dünyaya gəlib

01:33
01 Yanvar

Yeni il münasibətilə Xankəndidə atəşfəşanlıq olub 

01:02
01 Yanvar

Naxçıvanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə möhtəşəm atəşfəşanlıq olub

00:49
01 Yanvar

Dövlət suverenliyi tam bərpa edilmiş Azərbaycanın paytaxtında Yeni il münasibətilə bayram atəşfəşanlığı 

00:19
01 Yanvar

Prezident İlham Əliyev: Ümid edirəm ki, gələn il yanvarın sonlarından Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq  

00:15
01 Yanvar

Prezident: Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb

00:14
01 Yanvar

Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə xəbərdarlıq edib

00:13
01 Yanvar

Prezident İlham Əliyev bu il Azərbaycan üçün ən narahatedici məqamı açıqlayıb  

00:11
01 Yanvar

Azərbaycan Prezidenti: Bütün dünya Cənubi Qafqazda yaratdığımız yeni reallıqları qəbul edib  

00:10
01 Yanvar

Prezident: Azərbaycan əmin-amanlıq, şəraitində yaşayır və əminəm ki, bundan sonra əmin-amanlıq əbədi olacaqdır  

00:07
01 Yanvar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

00:01
01 Yanvar

Prezident İlham Əliyev: İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapıb  

23:57
31 Dekabr

Londonda evdən 10 milyon funt sterlinq dəyərində zinət əşyası oğurlanıb  

19:39
31 Dekabr

Türkiyənin hüquq-mühafizə orqanlarının 310 minə yaxın əməkdaşı Yeni il tədbirləri ilə bağlı təhlükəsizliyi təmin edir  

19:23
31 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!