26 Fevral 2025 21:26
397
CƏMİYYƏT
A- A+
Küveyt Azərbaycanın etibarlı və mühüm tərəfdaşıdır 

Küveyt Azərbaycanın etibarlı və mühüm tərəfdaşıdır 


Azərbaycan  dövlət müstəqilliyi əldə edəndən sonra onun xarici siyasət kursunda müsəlman dünyası, ərəb ölkələri özünəməxsus yer tutur. Bu mənada ərəb dünyasının incisi sayılan Küveyt Dövləti xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Küveyt xalqları vaxtilə müştərək tarixə, mədəniyyətə, dinə malik olmuşlar və bu amillərin təsiri altında müstəqil dövlət qurandan sonra da onlar öz münasibətlərini müsbət məcrada inkişaf etdirirlər. Onları bir-birilə yaxınlaşdıran amillərdən ən mühümü xarakterinə və mənəvi keyfiyyətlərinə görə yaxın olmalarıdır. Görünür, elə bu amillərin təsiri altında onlarda zaman-zaman yüksək mənəvi keyfiyyətlər, azadlıqsevərlik, haqq-ədalətin tərəfini saxlamaq, inkişafsevərlik, qonaqpərvərlik, səxavətli olmaq, qonşusuna dar gündə əl uzatmaq kimi yüksək bəşəri normalar elə həmin dövrdə formalaşmışdır.              

19 iyun 1961-ci ildə Böyük Britaniya ilə 1899-cu il tarixli İngiltərə-Küveyt Müqaviləsini ləğv edən və buna görə də onun müstəqilliyini təmin edən notalar mübadiləsindən sonra Küveyt tam müstəqil oldu. Tarixdə üç dünyəvi dinin beşiyi olan Ərəbistan yarımadası indiki Almaniya ərazisindən beş dəfə böyük olsa da ərazicə kiçik olan müstəqil Küveyt Dövləti bu arealda ulduz kimi parlamağa başladı. Bu dövlət öz tarixində ən böyük sınağa məruz qaldı. Onun ərazisinin beynəlxalq hüquq normalarını kobudcasına tapdalayan Səddam rejimi tərəfindən  işğal edilməsi bu xalqa iztirab və məşəqqətlər yaşatdı. İraqın Küveytə müdaxiləsi 1990-cı ilin avqustunda İraq və Küveyt arasında dörd gün davam edən və İraq ordusunun qələbəsi ilə bitdi. Daha sonra Küveytin İraq tərəfindən işğalı və ilhaqı ilə nəticələnən qanlı hərbi münaqişə nəticəsində Fars körfəzində müharibə baş verdi.

Dünya birliyi, o cümlədən Azərbaycan xalqı tərəfindən qətiyyətlə pislənilən bu işğalın 1991-ci ildə  tezliklə aradan qaldırılmasından sonra  Küveyt Dövləti olduqca qısa zaman kəsiyində dağıdılmış iqtisadi infrastrukturları bərpa etdi və yenilərini də yaratdı. Buna görə də hər il Küveytdə və ona dost ölkələrdə fevralın 23-ü Küveyt Dövlətinin yaranmasının və işğaldan azad edilməsinin ildönümləri tənrənəli surətdə qeyd olunur.

Küveyt Ərəbistan yarımadasının şimal-şərqində və Fars körfəzinin ona yaxın adalarında yerləşən şəhərləşmiş və dinamik inkişaf edən əmirlikdir. Ərazicə kiçik olsa da geoiqtisadi və geosiyasi əhəmiyyətə malikdir. Bu ölkə şimaldan və qərbdən İran İslam Respublikası, cənubdan Səudiyyə Ərəbistanı Krallığı ilə həmsərhəddir. Dünyada kəşf olunmuş neft ehtiyatlarının təxminən 70 faizindən çoxu bu regionun payına düşür. Təsadüfi deyil ki, regionda hər hansı bir münaqişənin və ya hərbi-siyasi qarşıdurmanın yaranması dərhal dünya iqtisadiyyatına ciddi təsir göstərir.

 Küveytin 3,2 milyonluq əhalisinin 34 faizi yerli sakinlərdən ibarətdir. Yerdə qalan əhali əsasən qonşu müsəlman ölkələrindən iş dalınca buraya gələnlərdən ibarətdir. İslamdan təsirlənən ərəb mədəniyyəti və ənənələri müasir Küveyt Dövlətinin əsasını təşkil edir. Neftin kəşfinin gətirdiyi həyat tərzində baş verən metamorfoz Küveyt xalqının kimliyini dəyişmədi.

Küveyt ərazisinin böyük hissəsini səhra və quraq torpaqlar təçkil edir. Belə bir hal ölkədə kənd təsərrüfatının inkişafını məhdudlaşdırır. Bu səbəbdən onun ərazisinin yalnız 1 faizi əkin üçün yararlıdır. Ölkədə neftdən gələn gəlirin böyük bir hissəsi yerli kənd təsərrüfatı infrastrukturlarının yaradılmasına yönəldilmişdir. Demək olar ki, qısa zamanda bu sahədə böyük uğurlar əldə edilmişdir. Heyvandarlıq yaxşı inkişaf etmişdir. Bu sahə Küveytdə neft yataqları kəşf edilənə qədər onun sakinlərinin əsas məşğuliyyəti olmuşdur.

Hazırda  Küveyt iri neft ixracatçılarından biridir. Ölkə sənayesinin əsasını təçkil edən neft emalı və neft kimyası da inkişaf etdirilir. Təsadüfi deyil ki, Küveyt yüksək gəlirli iqtisadiyyata və dünyada altıncı ən böyük neft ehtiyatlarına malik inkişaf etməkdə olan ölkədir. Küveyt dinarı dünyanın ən qiymətli valyutasıdır. İşğal dövründə Səddam rejimi Küveyt milli bankında olan valyuta ehtiyatlarını daşıyıb aparmışdı. Buna görə də ölkə iğaldan azad ediləndən sonra köhnə əskinazlar ləğv edildi və dövriyyəyə yeni kəsilmiş, əvvəlkilərdən də dəyərli pullar buraxıldı. Küveyt dinarı ABŞ valyutasının dəyişkənliyinə davamlıdır.

Qeyd etmək lazımdır ki, Küveyt iqtisadiyyatının əsasını regionun digər ölkələri kimi neft və qaz sənayesi təşkil edir. Hazırda Küveyt mübahisəli ərazilər də daxil olmaqla yeni layihələr vasitəsilə orta müddətli perspektivdə neft hasilatını demək olar ki, iki dəfə artırmağı planlaşdırır.      

Küveytin dünya neft ehtiyatlarının 9 faizinə malik olması gələcəkdə ona ölkə infrastrukturlarının daha da modernləşdirilməsi imkanlarını vəd edir. Neft-qaz satışından əldə olunan vəsait ümumi daxili məhsulun təqribən 50 faizini, ixrac gəlirlərinin 95 faizini və ölkənin dövlət büdcəsinin gəlirlərinin 95 faizini təşkil edir. İllik neft hasilatı təqribən 100 milyon ton, təbii qaz hasilatı isə 4,5 milyard kubmetrdən çoxdur. Neft ehtiyatları 101,5 milyard barrel olan Küveyt bu göstəriciyə görə dünyada 7-ci yerdədir. Tanrının bu insanların üzünə güldüyü ölkədə zəngin insanların çoxsaylı bir təbəqəsi yaranmışdır. Hazırda Küveytdə 146.000 milyonçu yaşayır ki, bu da yerli əhalinin 10 faizdən çoxunu təşkil edir.

Bu diyar özünün mədəniyyəti, milli mətbəxi ilə diqqəti cəlb edir. Onun özünəməxsus ənənəvi ərəb mətbəxi var. Çoxlu ət yeməkləri təbii ki, düyü ilə birlikdə hazırlanır. Yerli xörəklər arasında makbus adlı xörək daha çox məşhurdur. İçərisi düyü, ədviyyat, qoz-fındıqla doldurulmuş və qızardılmış quzu əti də burada çox sevilən xörəkdir. Ona həmçinin hil, darçın, mixək, bibər və zəncəfil də vurulur. Zəfəran və qızılgül suyu ilə ətirli, zəif odda bişirilmiş uzun dənəli basmati düyüsü ilə hazırlanan xörəkləri də çox dadlıdır. Bu cəhətdən Azərbaycan mətbəxinə bənzərlik də duyulur.

Küveyt Dövləti yarandığı gündən etibarən beynəlxalq təşkilatların fəaliyyətində fəal iştirak etməklə yanaşı bir sıra sülhsevər təşəbbüslərlə də çıxış edir. Yaxın-uzaq ölkələrlə dinc yanaşı yaşamaq xətti yeridən bu dövlət özünün iqtisadi qüdrətinin artırılmaq üçün münbit zəmin yaratmışdır. Təsadüfi deyil ki, 2024-cü ilin Qlobal Sülh İndeksinə görə, Küveyt dünyanın 25-ci ən sülhsevər ölkəsidir.

Küveyt həmçinin regional böhranların aradan qaldırılması sahəsində BMT-nin etibarlı tərəfdaşı kimi çıxış edir. Yəmən, Suriya və Liviyadakı münaqişələrin həlli, İŞİD-ə qarşı mübarizədə İraqa dəstək verilməsi, fələstinlilərin vəziyyətinin yaxşılaşdırılması, eləcə də Fars körfəzindəki böhranın aradan qaldırılması - bütün bu məsələlərdə o, BMT-nin yanında olmuş, özünün vasitəçilik və donorluq missiyasını əsirgəməmişdir. Bu cəhətdən Küveytin xarici siyasətində onun humanitar sahədə aparıcı rolu yüksək qiymətləndirilə bilər.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyinə qovuşduqdan sonra onun xarici siyasətində bu dost ölkəyə ciddi fikir verilmişdir. Məlum olduğu kimi Azərbaycan və Küveyt xalqları arasında dostluq əlaqələri tarixi və mədəni köklərə söykənir. Bu əlaqələrin bünövrəsi hələ Ərəb xilafəti dövründə qoyulmuş və sonrakı əsrlərdə daha da formalaşmışdır.  

Ötən əsrin 90-cı illərinin əvvəllərində həm ərəb şərqində, həm də Cənubi  Qafqazda gərgin hərbi-siyasi hadisələr baş verdi. O zaman Küveytin işğala məruz qalması Azərbaycan xalqının da hiddət və qəzəbinə səbəb oldu. Maraqlı haldır ki, Küveytin işğaldan azad olunması ilə Azərbaycanın dövlət müstəqilliyi əldə etməsi eyni dövrə təsadüf etdi.

Nəticədə 1994-cü il oktyabrın 10-da iki ölkə arasında diplomatik münasibətlər quruldu. O dövrdən etibarən Küveyt Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləməyə başladı. Ümummilli Lider Heydər Əliyev ilə Küveyt Dövlətinin Əmiri Cabir Əl-Əhməd Əs-Sabah arasında keçirilən görüşlərdə ölkələrimiz arasında əlaqələrin bünövrəsi qoyuldu və bunun üçün möhkəm hüquqi baza yaradıldı. Təbii ki, qarşılıqlı siyasi münasibətlərin normal məcrada inkişafı həyatın digər sahələrində də faydalı əməkdaşlığın qurulmasına münbit zəmin yaratdı. Sonralar bu proses Prezident İlham Əliyev tərəfindən daha yüksək zirvəyə qaldırıldı.


Ötən il Azərbaycanda COP29 kimi mötəbər tədbirin çox yüksək səviyyədə keçirilməsi və həmin tədbir çərçivəsində yaranan ideyalar Küveyt ilə Azərbaycan arasında yeni-yeni layihələrin ərsəyə gəlməsinə də səbəb olacaq. Prezident İlham Əliyev COP29 tədbirləri çərçivəsində Küveytin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşü müsbət addım oldu.


Küveyt tərəfi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunmuş Qoşulmama Hərəkatının fəaliyyətində də yaxından iştirak edir. İki ölkə arasında beynəlxalq arenada bir çox məsələlərdə, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərin qarşılıqlı dəstəklənməsi barədə sıx əməkdaşlıq və əlaqələndirmə mövcuddur. Bu iki dost ölkə arasında bir sıra beynəlxalq forumlarda, xüsusilə də BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər mühüm beynəlxalq platformalar daxilində fəal əməkdaşlıq buna bariz nümunədir.

İki ölkə parlamentləri arasında əlaqələr, xüsusilə dostluq qruplarının görüşləri və müzakirələri konstruktiv platformalarda inkişaf edir. Qarşılıqlı səfərlər və işgüzar görüşlərin keçirilməsi buna müsbət təsir göstərir. Ötən il yanvarın 24-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Küveyt Ümmət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirdi.

2025-ci il fevralın 13-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Küveyt Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin 1-ci raundu keçirildi. Məsləhətləşmələr zamanı ikitərəfli siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı, turizm, təhsil, humanitar və digər sahələrdə əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparıldı. Görüşdə həmçinin cari ilin aprel ayında keçirilməsi nəzərdə tutulan Azərbaycan və Küveyt arasında Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasına hazırlıq məsələləri də müzakirə edildi.

İşğaldan azad edilmiş Azərbaycan ərazilərində tikinti və bərpa-quruculuq işlərinə Küveyt tərəfi də öz töhfələrini verir. Bu dost ölkə Azərbaycana özünün humanitar yardımlarını da heç vaxt əsirgəməmişdir.

Hazırda qarşılıqlı faydalı iqtisadi əlaqələr durmadan inkişaf edir. Bunu xüsusilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsində görmək olar. 2024-cü il iyulun 9-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Küveyt şirkətləri ilə əlaqələrinin genişləndirilməsi perspektivləri, energetika sektoruna dair əməkdaşlıq imkanları  nəzərdən keçirib. 

Təhsil sahəsində əlaqələr də getdikcə genişlənir. Belə ki, 2024-2025-ci tədris ilində Küveyt Dövlətinin Azərbaycan Respublikası vətəndaşları üçün ayırdığı kvota hesabına 7 nəfər tələbə Küveyt Universitetində təqaüdlə təhsil alacaq. Onlar Küveyt Universitetinin Dillər Mərkəzində bir il müddətində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak etmək imkanı əldə ediblər. Bu gənclərdən 4-ü BDU-nun Şərqşünaslıq fakültəsinin məzunlarıdır.  Təqdirəlayiq haldır ki, təqaüdə layiq görülən tələbələrin yaşayış, təhsil və beynəlxalq nəqliyyat xərcləri Küveyt Dövləti tərəfindən qarşılanır.   

2024-cü il mayın 15-də Bakı Dövlət Universitetində “Azərbaycan-Küveyt dostluq körpüsü” layihəsi çərçivəsində “Küveyt dərsi” keçirildi. Azərbaycanla Küveyt arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunan tədbir Elm və Ali Təhsil üzrə Dövlət Agentlyinin dəstəyi, BDU SABAH Mərkəzinin təşkilatçılığı baş tutub.  Bu layihəsinin məqsədi Küveyti Azərbaycanlılara, həmçinin Azərbaycanı Küveytlilərə yaxından tanıtmaq, vətəndaş cəmiyyəti və diaspor olaraq iki ölkə arasında əlaqələrin güclənməsinə töhfə verməkdir.     

Təhlükəsizlik amili Küveytdən ölkəmizə gələn turist sayında əhəmiyyətli artıma gətirib çıxarıb. Ötən ilin dekabrında Küveyt turizm agentliyinin nümayəndələri Bakıda tanışlıq səfərində oldular.  Onlar Bakının turizm məkanları ilə yanaşı, “Şahdağ” Turizm Mərkəzini ziyarət edərək, ölkəmizin qış turizm imkanları və qış xizək mərkəzində təqdim olunan xidmətlərlə tanış oldular. Səfər çərçivəsində, ikitərəfli əlaqələrin yaradılması və inkişaf etdirilməsinə dəstək məqsədilə 45-ə yaxın yerli şirkətlə B2B (biznesdən-biznesə) formatında görüşlər keçirildi.

Küveytin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Feysal əl-Mutairi bildirib ki, 2024-cü il ərzində Azərbaycana gələn Küveytli turistlərin sayı əvvəlki illərə nisbətən daha da artaraq 31 min 400 nəfərə yaxın olub. Hazırda iki ölkə arasında həftədə 4 aviareys həyata keçirilir.

Küveyt tərəfi həmçinin Azərbaycanda səhiyyənin vəziyyəti ilə maraqlanır və bu sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Keçən il mayın 17-də Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə keçirilən görüş bu istiqamətdə atılan addımlardan biri oldu.

Böyük əminliklə qeyd edə bilərik ki, Azərbaycanın xarici siyasətində özünəməxsus yer tutan Küveyt ilə həyatın müxtəlif sahələrində əlaqələrin inkişafı hər iki ölkə xalqlarının rifahının yüksəldilməsi ilə yanaşı bu ölkələrin iqtisadi cəhətdən çiçəklənməsinə də münbit zəmin yaradır. Hazırda Azərbaycan özünün iqtisadi yüksəlişində dost ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığa ciddi önəm verir. Bu sahədə Küveyt ilə etibarlı və faydalı tərəfdaşlıq mühüm rol oynayır.


Atamoğlan   MƏMMƏDLİ,  

BDU-nun dosenti.       

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb

16:20
16 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

15:21
16 Mart

Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 50 nəfər ölüb

14:16
16 Mart

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub 

13:41
16 Mart

Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır

12:29
16 Mart

Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar

12:14
16 Mart

“Diplomatic World Sweden” saytı “Yaşıl enerji dəhlizi” layihəsi haqqında yazıb  

12:08
16 Mart

ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb  

11:07
16 Mart

Media: ABŞ Sənadakı husilərin siyasi şurasının qərargahını hədəfə alıb

10:15
16 Mart

Bilmək istəyirəm

09:30
16 Mart

Heydər Əliyev seyrəngahı Novruza hazırlaşır 

09:25
16 Mart

Zəfər estafeti

09:20
16 Mart

Tranzit imkanları Azərbaycanı tezliklə dünya ticarətinə yön verən ölkəyə çevirəcək

09:15
16 Mart

"Cənub qaz dəhlizi"nin birləşdirici halqası

09:10
16 Mart

Saatlıda pambığın becərilməsində yeni texnologiyaların tətbiqindən danışılıb

09:05
16 Mart

Yerlərdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində ağacəkmə aksiyaları keçirilir

09:00
16 Mart

Dövlətin daha bir sosial layihəsi - "Himayədar ailə" qayğı modeli

08:55
16 Mart

Qərbi Azərbaycana qayıdış mövzusu Gəncədə də gündəmdən düşmür

08:50
16 Mart

Kəndlinin yeni ili bahardan başlayır

08:45
16 Mart

Yanlış yolla addımlayan Ermənistanı qarşıda uçurumlar gözləyir

08:40
16 Mart

Ermənistan "sülh" oyunu oynayır

08:35
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!