05 Oktyabr 2026 15:17
112
SİYASƏT
A- A+
Keçmişə verilən yüksək siyasi qiymət, gələcəyə yönəlmiş yeni fəaliyyət proqramı  

Keçmişə verilən yüksək siyasi qiymət, gələcəyə yönəlmiş yeni fəaliyyət proqramı  


Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı ölkəmizin keçdiyi şərəfli yolun, əldə olunan tarixi Zəfərlərin və qarşıda duran strateji vəzifələrin aydın siyasi konsepsiyasını ortaya qoydu. Bu qurultayın ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası ilk dəfə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi yeni reallıqda keçirir. Bu, sadəcə olaraq, siyasi təqvimdə növbəti qurultay deyil, Zəfərdən sonra Azərbaycanın yeni inkişaf mərhələsinə keçidinin siyasi ifadəsidir.

Milli Məclisin deputatı Sevinc HÜSEYNOVA qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın bugünkü uğurlarının təməlində Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin və siyasi irsinin dayandığı bir daha aydın şəkildə göstərildi: "Yeni Azərbaycan Partiyasının yaradılması da məhz ölkəmizin ən ağır dövründə xalqın dövlətçilik iradəsinin və Heydər Əliyev siyasi kursuna inamının ifadəsi idi. Bu gün həmin siyasi xətt Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, iqtisadi gücünün artırılmasında, beynəlxalq mövqelərinin güclənməsində və nəhayət, ərazi bütövlüyünün və suverenliyinin bərpasında öz tarixi nəticəsini göstərib" .

Deputat qeyd edib ki, 2020-ci ilin Zəfəri və 2023-cü ilin sentyabrında suverenliyimizin tam bərpası Azərbaycan dövlətçiliyinin ən böyük nailiyyətlərindəndir. Bu zəfərlər Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün, ordumuzun qüdrətinin və siyasi iradəmizin nəticəsidir. "Prezidentin çıxışının mühüm mesajlarından biri də budur ki, əldə etdiyimiz Zəfər üzərimizə düşən yeni məsuliyyətlərin başlanğıcıdır. Bu gün qarşımızda duran əsas vəzifələr dövlətimizin təhlükəsizliyini daha da möhkəmləndirmək, hərbi gücümüzü artırmaq, iqtisadi müstəqilliyimizi qorumaq, insan kapitalını inkişaf etdirmək və Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirməkdir. Xüsusilə ideoloji təhlükəsizlik məsələsinə diqqət yetirilməsi dövrün reallıqları baxımından mühüm əhəmiyyət daşıyır. Müasir dünyada informasiya məkanı dövlətlərin milli təhlükəsizliyinin mühüm komponentinə çevrilib. Buna görə də Azərbaycan həqiqətlərinin dünyaya və öz cəmiyyətimizə, xüsusilə gənc nəslə düzgün çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması və vətənpərvərlik ruhunun gücləndirilməsi mühüm vəzifədir", - deyə o bildirib.

Yeni Azərbaycan Partiyasının qarşısında da yeni vəzifələr dayandığını vurğulayan S.Hüseynova əlavə edib ki, partiyanın ideoloji işi müasir dövrün çağırışlarına uyğun qurulmalı, cəmiyyətə real təsir göstərən, gənclərlə işləyən, müasir kommunikasiya imkanlarından istifadə edən yeni siyasi və ictimai fəaliyyət modeli ön plana çəkilməlidir. Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri isə milli maraqlara əsaslanan müstəqil və çoxşaxəli siyasətdir. Bu gün ölkəmizin müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı hörmət və etimad əsasında əməkdaşlıq qurması Azərbaycanın beynəlxalq nüfuzunun mühüm göstəricisidir.

Deputat bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın Zəfərdən sonra qarşısına qoyduğu ən mühüm vəzifələrdəndir: "Böyük Qayıdış artıq yalnız strateji məqsəd deyil, real nəticələri görünən tarixi prosesdir.VIII Qurultayın əsas siyasi mesajını bir cümlə ilə belə ifadə etmək olar: Azərbaycan Zəfər qazandığı mərhələdən gücünü daha da artıran, inkişafını sürətləndirən və gələcəyə daha böyük hədəflərlə gedən mərhələyə daxil olur. Yeni Azərbaycan Partiyası bu tarixi prosesin mühüm siyasi dayaqlarından biridir. Partiyanın hər bir üzvünün və fəalının əsas vəzifəsi Azərbaycanın əldə etdiyi  nailiyyətləri qorumaq, dövlətçilik dəyərlərini yaşatmaq və Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsinə öz töhfəsini verməkdir. VIII Qurultay bu baxımdan həm keçmişə verilən yüksək siyasi qiymət, həm də gələcəyə yönəlmiş yeni fəaliyyət proqramıdır".

O sonda qeyd edib ki, Azərbaycanın Zəfəri artıq tariximizdir. İndi əsas vəzifəmiz həmin Zəfəri davamlı inkişaf, güclü dövlət və yüksək rifah ilə möhkəmləndirməkdir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

15:37
05 Oktyabr

Böyük qayıdış daha da sürətlənəcək  

15:34
05 Oktyabr

Güclü dövlət, müstəqil siyasət, sarsılmaz iradə  

15:26
05 Oktyabr

Keçmişə verilən yüksək siyasi qiymət, gələcəyə yönəlmiş yeni fəaliyyət proqramı  

15:17
05 Oktyabr

Yeni geosiyasi reallıqlar və Azərbaycanın xarici siyasət strategiyası  

15:01
05 Oktyabr

Masallıda “Vətəndaş müraciətlərinə həssas yanaşma” mövzusunda tədbir  

14:54
05 Oktyabr

Azərbaycan öz taleyinin sahibidir  

14:46
05 Oktyabr

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur

14:40
05 Oktyabr

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib  

14:39
05 Oktyabr

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

14:37
05 Oktyabr

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

14:36
05 Oktyabr

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB

14:33
05 Oktyabr

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur  

13:26
05 Oktyabr

Sabah yağış yağacaq

13:24
05 Oktyabr

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib  

13:23
05 Oktyabr

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib  

12:33
05 Oktyabr

Yaxın Şərqdən neft ixracının həcmi müharibədən əvvəlki səviyyəni ötüb  

12:33
05 Oktyabr

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

12:31
05 Oktyabr

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

12:27
05 Oktyabr

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib  

12:26
05 Oktyabr

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir

12:23
05 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!