23 Oktyabr 2026 13:04
2582
Qəbullar
A- A+
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib YENİLƏNİB

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib.

AZƏRTAC xəbər verir ki, Fərhad Xəlilovu təbrik edən Prezident İlham Əliyev dedi:

- Hörmətli Fərhad müəllim, sizi qarşıdan gələn yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, yeni uğurlar arzulayıram.

Siz uzun illər öz sənətinizlə xalqımızı sevindirirsiniz, cəmiyyətdə böyük rəğbət qazanmısınız. Əsərləriniz dünyanın müxtəlif yerlərində nümayiş olunur. Siz Azərbaycanın gözəlliyini təsvir edirsiniz, ölkəmizi dünyada tanıdırsınız. Buna görə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Xüsusilə müstəqillik illərində Azərbaycanın müasir ölkə, istedadlarla zəngin ölkə kimi tanıdılmasında sizin böyük rolunuz vardır. Eyni zamanda, siz gənc rəssamları yetişdirərək yeni nəsil rəssamlar yetişdirmisiniz. Onlar da sizin əsərlərinizdən ilhamlanıb öz istedadlarını göstərirlər.

Bir də 40 ilə yaxındır ki, Rəssamlar İttifaqının sədri kimi böyük fəaliyyət göstərirsiniz. Ölkəmizin ictimai həyatında da çox fəalsınız. Bütün məsələlərlə bağlı sizin çox gözəl vətəndaşlıq mövqeyiniz var, bunu da xalqımız yaxşı bilir. Sizi tanıyanlar həm sizə böyük hörmət bəsləyirlər, həm də ən xoş fikirlər ifadə edirlər, o cümlədən də mən. Biz sizinlə 50 ildən çoxdur ki, tanışıq və bu illər ərzində həmişə görüşəndə xoş hisslər keçiririk. Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir. Siz bir neçə yüksək dövlət ordenləri ilə təltif olunmusunuz - “Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Əmək” ordenləri ilə. Bu gün isə yubileyiniz ərəfəsində mən sizi dövlətimizin yüksək mükafatı olan “İstiqlal” ordeni ilə təltif edirəm. İcazə verin, bu ordeni sizə təqdim edim.

Dövlətimizin başçısı “İstiqlal” ordenini Fərhad Xəlilova təqdim etdi.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Fərhad Xəlilov: Çox sağ olun, cənab Prezident. Çox sağ olun. Bu ordenin şəkilini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam.

Prezident İlham Əliyev: Sən özün düzəltmisən. Bunun müəllifi də sizsiniz.

Sonra çıxış edən Fərhad Xəlilov dedi: “Cənab Prezident, icazə verin, mənə verilən bu qiymətə, dövlətimizin qiymətinə görə Sizə dərin təşəkkürümü bildirim. Təşəkkür edirəm. Doğrudan da həyatımda çalışmışam ölkəmizə sədaqətli olum, əlimdən gələni edim, bundan sonra da edəcəyəm. Fürsətdən istifadə edərək deyirəm ki, xeyli vaxtdır görüşmürük. Ona görə də lap səmimi deyirəm, bir az darıxmışam. Amma fürsətdən istifadə edərək, hərdən Sizə yazıram. Amma bu gün burada Sizə demək istəyirəm ki, Azərbaycan qısa zamanda bütün dünyaya sübut etdi ki, onunla hesablaşmaq lazımdır. Bu, doğrudan fantastik bir məsələdir. Ona görə ki, hələ bir neçə müddət bundan qabaq Azərbaycanı tanımırdılar, harada olduğunu bilmirdilər”.

Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdiyini, dövlətimizin başçısının Ümummilli Liderin siyasətini uğurla davam etdirdiyini vurğulayan Xalq rəssamı dedi: “44 günlük müharibədə qazanılmış Zəfər və Sizin müsahibələr dünyaya göstərdi ki, Azərbaycan nədir, Azərbaycan kimdir. Doğrudan da bu, ağıla sığmayan bir məsələdir. Doğrudan da Sizin təcrübəniz təbiətdən gələn bir keyfiyyətdir. Əlbəttə, bu yolu bizim Ulu Öndərimiz, dahi siyasi xadimimiz açdı. O, hər zaman - lap gənc vaxtınızdan Sizinlə məşğul olurdu.

Sizin şəxsiyyətinizə olan məhəbbətim hədsizdir. Ona görə də mən Sizə cansağlığı arzu edirəm. Siz çox gözəl görünürsünüz. Əsas müttəfiqiniz Mehriban xanımdır. Sizin bir yerdə olmağınız, bir-birinizi tamamlayan bu tandem doğrudan da təbiətdən gələn bir məsələdir. Sizə, gözəl övladlarınıza cansağlığı arzulayıram”.

Leyla Əliyevanın yaradıcılığından da söz açan, onun əsərlərinin böyük maraqla qarşılandığını bildirən Fərhad Xəlilov dedi: “Biz Leyla xanımla Aşqabadda idik, orada səmimi dedim ki, mənim ən çox xoşuma gələn işlər bunlardır. O, doğrudan da çox gözəl əsərlər yaradır. Leyla xanım orada çıxış etdi, məhəbbət haqqında, sevgi haqqında çox gözəl, sadə danışdı. Fantastik danışdı! Əsərlərini də göstərdi. Arzu xanıma, Heydərə cansağlığı, uğurlar. Mən bu gün Sizinlə görüşümə çox şadam ki, sizi belə gümrah, belə yaxşı formada görürəm”.

Prezident İlham Əliyev: Çox sağ ol, Fərhad müəllim. Xoş sözlərə görə təşəkkür edirəm. Siz Ulu Öndər haqqında danışdınız. Əlbəttə ki, o, mənim həyatımda həmişə bir nümunə olub, örnək olub. Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim. Onu da bildirməliyəm ki, bizim atalarımız da uzun illər bir yerdə işləyiblər, həm Azərbaycanda o vaxt rəhbərlik səviyyəsində təmsil olunublar, - demək olar ki, üç rəhbərdən ikisi elə onlar idi, - həm də onların arasında çox səmimi dostluq əlaqələri var idi. Siz də bunu xatırlayırsınız, mən də. Mən o vaxt yeniyetmə idim, siz isə gənc rəssam idiniz. Bax, bu ənənələr bizi yaşadır. Böyük rəhbərlərimizə sədaqət, onların işini davam etdirmək böyük şərəfdir. Əminəm ki, onların ruhları şaddır bu gün. Azərbaycan azaddır, torpaqlarımız işğaldan tam azad olunub. Onların övladları da hərəsi öz sahəsində böyük zirvələrə çatıblar. Deyə bilərəm ki, hərə öz sahəsində ən yüksək zirvədədir. Ona görə bizi sizinlə böyük tarix bağlayır - ailə münasibətləri, həmişə xoş münasibət, qarşılıqlı hörmət. Müxtəlif dövrlərdən asılı olmayaraq, bu, çox böyük bir sərvətdir. Sizi mən ürəkdən sevirəm. Sizə həmişə böyük hörmətlə yanaşmışam, böyük sənətkar kimi, gözəl insan kimi və öz mövqeyini ifadə edən, onu müdafiə edə bilən bir şəxsiyyət kimi. Ona görə sizə də cansağlığı. Siz də, maşallah, çox yaxşı görünürsünüz. Arzu edirəm ki, həmişə belə gümrah, həmişə, necə deyərlər, gözəl bir insan və gözəl sənətkar kimi xalqımızı bundan sonra da sənətinizlə sevindirəsiniz.

Fərhad Xəlilov: Çox sağ olun.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

23:39
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

22:13
21 Noyabr

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

21:56
21 Noyabr

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır  

19:36
21 Noyabr

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub  

18:21
21 Noyabr

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb  

17:31
21 Noyabr

Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib  

17:22
21 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:38
21 Noyabr

Bakıda Kəlağayı Festivalının açılışı olub 

15:43
21 Noyabr

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar

15:31
21 Noyabr

Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq 

15:03
21 Noyabr

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır 

14:59
21 Noyabr

Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq 

14:53
21 Noyabr

To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur VİDEO  

14:51
21 Noyabr

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

14:47
21 Noyabr

Krivoy-Roqa hava hücumu nəticəsində ölənlər və yaralananlar var  

14:17
21 Noyabr

Polis narkotik və güclü təsiredici dərman preparatlarının qanunsuz satışına qarşı əməliyyat keçirib VİDEO  

13:39
21 Noyabr

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

13:32
21 Noyabr

Sabahın hava proqnozu açıqlanıb  

13:17
21 Noyabr

ABŞ-də aqrar təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub  

13:01
21 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB

12:01
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!