04 Iyul 2024 09:15
206
Mədəniyyət
A- A+

Keçmiş şöhrətinə qovuşan Şuşa

 

Qarabağın döyünən qəlbi, Azərbaycan musiqisinin beşiyi Şuşa 1992-ci il mayın 8-də Ermənistan ordusu tərəfindən işğal olundu. İşğal dövründə bu gözəl diyardakı yüzlərlə tarixi abidə dağıntılara məruz qaldı, məhv edildi. 
İşğal zamanı erməni qəsbkarları XIX əsrin görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın evini vəhşicəsinə yandırdılar. Şərq memarlıq sənətinin incisi və Şuşanın rəmzi sayılan Gövhər ağa məscidi viran qoyuldu. Şuşaəsilli böyük Azərbaycan musiqiçiləri Üzeyir bəy Hacıbəylinin və Bülbülün ev-muzeyləri dağıdıldı. Şuşanın gerçək tarixi və mədəni siması yer üzündən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Xurşidbani Natəvanın, Üzeyir bəyin və Bülbülün heykəlləri erməni vandalları tərəfindən güllələndi.
Şuşa təkcə tarixi tikililəri ilə deyil, eyni zamanda havasının saflığı və müalicəvi əhəmiyyəti baxımından da çox qiymətli və dəyərlidir. XIX əsrin sonu XX əsrin əvvəllərində Qafqazın musiqi mərkəzinə çevrilən Şuşada dünyanın heç bir yerində olmayan xarıbülbül gülü bitir. Qarabağ xanlığının paytaxtı olan Şuşanı zaman-zaman "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırıblar. Şuşada dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin böyük əməyi sayəsində Azərbaycanda ilk dəfə peşəkar musiqi təhsilinin bünövrəsi qoyulub.
Uzun illərdən bəri Şuşanın işğalda qalması hər bir azərbaycanlının qəlbini göynədirdi, ürəyini yandırırdı. Ordumuz gücləndikcə bu gözəl şəhərin işğaldan azad olunacağına xalqımızın inamı artırdı. Gözəl payız günlərinin birində ümidlərimiz, arzularımız çiçək açdı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi alovlandı. Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uğurlu əks-hücum əməliyyatına başladı.
Şuşa şəhəri 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində düşməndən azad olundu. 8 noyabr  Azərbaycan xalqının və dövlətinin müasir  tarixinə  qızıl hərflərlə yazıldığı  gün oldu.  Əziz Şuşamızın erməni cəlladlarının caynağından azad olması xəbəri  dünyada yaşayan  bütün azərbaycanlıları ürəkdən sevindirdi. Bizə qələbə sevinci bəxş edən  Azərbaycan Ordusu  dünya hərb sənətində  öz dədə-baba torpaqlarının işğaldan azadlığı uğrunda parlaq döyüş nümunəsi göstərdi.  
Bu gün azad nəfəs alan Şuşa keçmiş şöhrətinə qovuşur. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq göstəriş və sərəncamlarına əsasən hazırda şəhərdə tarixi abidələrin, yolların, kommunikasiya xətlərinin, ümumiyyətlə, bütün infrastrukturun bərpası və yenilənməsi ilə bağlı mühüm işlər aparılır. Şuşa yenidən dünya mədəni irsinə öz töhfəsini verməyə hazırlaşır.
Təmir və bərpa işləri başa çatandan sonra bu məkanda həyat yenidən qaynayacaq. Təbiətin Azərbaycana  bəxş elədiyi qədim diyar yenə də öz gözəlliyi ilə gələnləri, görənləri heyran edəcək, dünyaya meydan oxuyacaq. Böyük beynəlxalq tədbirlərə evsahibliyi edəcək. Şanı, şöhrəti yenə də dünyaya yayılacaq.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video