16 Fevral 2026 14:36
691
Mədəniyyət
A- A+
İordaniya mediasında Azərbaycanın şəhərsalma təcrübəsi barədə məqalələr dərc olunub

İordaniya mediasında Azərbaycanın şəhərsalma təcrübəsi barədə məqalələr dərc olunub


Azərbaycanda səfərdə olmuş iordaniyalı jurnalist Nidal Zubeydi öz təəssüratlarını "Jordan Daily" qəzetində yayımlanan məqalələrində oxucularla bölüşüb.

Məqalələrində o, xalqımızın qonaqpərvərlik ənənələri, Azərbaycanın şəhərsalma təcrübəsi və "Sea Breeze" layihəsi barədə ətraflı məlumat verir.

AZƏRTAC xəbər verir ki, N.Zubeydi "Azərbaycanda kiçik anlar və böyük təəssüratlar" adlı məqaləsində ölkəmizdəki kiçik anların insanlarda necə böyük təəssüratlar yaratdığını vurğulayır. Yazıda Azərbaycana səfər edən turistlərin yaddaşlarında qalan unudulmaz təcrübələrindən bəhs edilir. Hər bir yerdə turistlər üçün təəccüblü anlar mövcuddur. Bu, sadəcə təbii gözəlliklərdən deyil, həm də səmimi və qonaqpərvər Azərbaycan insanından qaynaqlanır. Azərbaycanın qonaqpərvərlik ənənələri iordaniyalı jurnalist tərəfindən xüsusi olaraq qeyd olunur.

Məqalədə həmçinin Bakı şəhərinin müasirliyi və tarixi zənginlikləri ilə turistləri necə valeh etdiyi qeyd olunur. Fəvvarələr meydanı, İçərişəhər və Bibiheybət məscidi kimi tarixi abidələr turistlərə unudulmaz anlar yaşadır. Azərbaycan mətbəxinin zənginliyi də məqalədə diqqət mərkəzindədir. Məqalə müəllifi, plov, dolma və kabab kimi yeməklərin, Azərbaycan mətbəxinin nə qədər unikal və cazibədar olduğunu vurğulayır.

N.Zubeydi "Sea Breeze" layihəsi ilə bağlı yazdığı məqaləsində isə, Xəzər dənizinin sahilində həyata keçirilən bu böyük şəhərsalma nümunəsinin beynəlxalq turizm üçün necə əlverişli və cəlbedici olduğunu qeyd edir. "Sea Breeze" layihəsi ekoloji tarazlığı qorumaqla yanaşı, həm də regionun iqtisadi inkişafına mühüm töhfə verir. Layihə çərçivəsində inşa edilən müasir otellər, istirahət kompleksləri və digər turizm obyektləri Xəzər sahilini ilin bütün fəsillərində turistlər üçün cazibədar bir məkana çevirir.

Məqalədə, həmçinin bu layihənin Azərbaycanın turizm potensialını əhəmiyyətli dərəcədə artırdığı qeyd edilir. Xəzər sahilində yerləşən lüks otel və istirahət kompleksləri turistlərə həm yayda, həm də qışda müasir şəraitdə istirahət etmə imkanı təqdim edir. "Sea Breeze" layihəsi həm də sosial və iqtisadi inkişafı dəstəkləyir.

Qeyd edilir ki, bu layihə çərçivəsində yaradılan yeni iş yerləri və turizm sektorundakı irəliləyişlər yerli əhalinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ sürücülərə müraciət edib

11:42
18 Aprel

Azərbaycan nefti 104 dollara satılır

11:39
18 Aprel

Bu gündən qatarlar Kürdəmirdə də dayanır

10:59
18 Aprel

Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir

10:09
18 Aprel

Media: ABŞ-də UNO və nüvə fizikası ilə məşğul olan alimlər müəmmalı şəkildə yoxa çıxır və ölür

09:36
18 Aprel

Tramp: ABŞ və İran rəsmiləri zənginləşdirilmiş uranın çıxarılması üçün birgə çalışacaqlar  

09:25
18 Aprel

Bilmək istəyirəm

09:07
18 Aprel

Milli kimliyimizi yaşadan irs

09:05
18 Aprel

Lənkəranda "Sağlam və dayanıqlı şəhər naminə" daha 600 ağac əkildi

09:00
18 Aprel

Payızda bol məhsul götürmək üçün...

08:55
18 Aprel

161 hektarda kartof, 295 hektarda tərəvəz, 462 hektarda şəkər çuğunduru 

08:50
18 Aprel

Qubada keçirilən tədbirdə rayonun tarix və mədəniyyət abidələrindən söz açılıb

08:45
18 Aprel

Göygöldə rayon Ağsaqqallar Şurasının yığıncağı keçirilib

08:40
18 Aprel

Yaz aratı yüksək məhsuldarlığa zəmindir

08:35
18 Aprel

Topçu İsgəndər

08:30
18 Aprel

Başlıbeldə əsrə bərabər 113 gün

08:25
18 Aprel

Azərbaycan-Latviya iqtisadi əməkdaşlığında perspektivli sahələr

08:20
18 Aprel

Azərbaycan-Rusiya: regional əməkdaşlığın Şərqi Zəngəzur mərhələsi

08:15
18 Aprel

Ədaləti təmin edən qətiyyət

08:10
18 Aprel

Dövlət həmişə vətəndaşının yanındadır

08:07
18 Aprel

Uşaqların hüquqları dövlət tərəfindən qanunla qorunur

08:05
18 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!