08 Dekabr 2025 14:56
279
SİYASƏT
A- A+
“Heydər Əliyev - suveren Azərbaycanın konstitusionalizminin və parlamentarizminin banisi” mövzusunda beynəlxalq konfrans keçirilib  

“Heydər Əliyev - suveren Azərbaycanın konstitusionalizminin və parlamentarizminin banisi” mövzusunda beynəlxalq konfrans keçirilib  


Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının (MDB PA) iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq İnstitutu (DİMBİ) Bakı filialının təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə və Azərbaycan parlamentinin 107 illiyinə həsr olunmuş “Heydər Əliyev- suveren Azərbaycanın konstitusionalizminin və parlamentarizminin banisi” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı MDB PA DİMBİ Bakı filialının direktoru Ramin Rzayev açaraq, filialın əməkdaşları və ekspertləri tərəfindən aparılmış elmi-tədqiqat işinin nəticəsi olaraq hazırlanmış nəşrlər barədə məlumat verib. Bildirib ki, nəşrlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkədə konstitusionalizm və parlamentarizmin formalaşmasında və inkişafında tarixi rolunun və çoxşaxəli xidmətlərinin hərtərəfli və sistemli təhlilinə həsr olunub. R.Rzayev, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə olunmuş mühüm nailiyyətlər, eləcə də Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən strateji xəttinin ardıcıl və uğurlu şəkildə davam etdirilməsinin bariz göstəricisidir.

MDB Parlamentlərarası Assambleyası Şurası Baş katibinin müavini – Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası Assambleyasında səlahiyyətli nümayəndəsi Aydın Cəfərov tədbir iştirakçılarına MDB PA Şurası Katibliyinin rəhbəri – Baş katib Dmitri Arkadyeviç Kobitskinin adından salamlama nitqini çatdırıb. O, konfransın təşkilinə göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Milli Məclisinə və MDB PA Şurası Katibliyinə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən deputatlar Arzu Nağıyev, Nizami Səfərov və Göydəniz Qəhrəmanov Azərbaycanda parlamentarizm ənənələrinin inkişafının, konstitusionalizmin nəzəri və praktiki aspektlərinin dərindən öyrənilməsinin dövlətçilik quruculuğunun təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Onlar, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna rolunu xüsusi qeyd ediblər.

MDB PA DİMBİ-nin direktor müavini Yelena Yeremenko çıxışında Azərbaycanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində belə bir tədbirin keçirilməsinin aktuallığını qeyd edib.

Konfrans iştirakçıları Azərbaycan Respublikasının Konstitusiyasının ölkənin hüquq yaradıcılığı sistemində əsas baza rolunu oynadığını, eləcə də Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin banisi kimi tarixi rolunu xüsusilə qeyd ediblər.

Tədbirin sonunda bu ilin noyabr ayında keçirilmiş “Dünya ölkələrinin seçki sistemləri” VI beynəlxalq tələbə internet-olimpiadasının qalibləri mükafatlandırılıb.

Sonda konfrans iştirakçılarına MDB PA DİMBİ Bakı filialı və ekspertləri tərəfindən hazırlanan, Azərbaycan Respublikasının Konstitusiyası və parlamentinin tarixini əks etdirən “Heydər Əliyev – suveren Azərbaycanın konstitusionalizminin banisi” və “Azərbaycan Respublikasında parlamentarizmin formalaşması: tarix və müasirlik” adlı kitablar təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Senatı Venesuelaya növbəti müdaxiləni məhdudlaşdıran qətnamə qəbul edib  

21:36
08 Yanvar

“Waymo”nun robotaksisi yeni adla təqdim olunur  

21:01
08 Yanvar

Yeni kamera texnologiyası sayəsində ənənəvi sistemlərin əsas məhdudiyyəti aradan qaldırılacaq  

20:49
08 Yanvar

“Ludens AI” yeni robotunu nümayiş etdirib  

20:02
08 Yanvar

Donald Tramp ABŞ hərbi büdcəsinin 50 faiz artırılmasını tələb edir  

19:31
08 Yanvar

ABŞ Senatında Trampın Venesuelaya qarşı daha çox hücum etmək qabiliyyətini məhdudlaşdıran qətnamə üzrə səsvermə keçiriləcək  

19:29
08 Yanvar

Rusiya XİN Ukraynada Britaniya və Fransa qoşunlarının yerləşdirilməsi planlarını şərh edib  

18:52
08 Yanvar

Deputat: 2030-cu ilədək Azərbaycanda tələbatdan dəfələrlə artıq elektrik enerjisi istehsal olunacaq  

18:24
08 Yanvar

Ali təhsil haqqında dövlət sənədlərinin verilməsi qaydası təsdiqlənib  

17:52
08 Yanvar

Rayonlarda yanvarın 9-u gündüzdən 10-u axşamadək hava yağıntılı olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ  

17:51
08 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

17:51
08 Yanvar

Tikintilərin Dövlət reyestri ilə bağlı qaydalarda dəyişiklik olunub  

17:50
08 Yanvar

Güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib  

17:31
08 Yanvar

Qazaxıstan taxılının Azərbaycana daşınma həcmi üç dəfə artıb  

17:03
08 Yanvar

Ombudsman uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi  

16:53
08 Yanvar

Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar dünyanın supergücləri tərəfindən də qəbul edilir

16:45
08 Yanvar

“Azerbaijan Open” beynəlxalq turnirinin ilk qalibi: “Şahdağ”ın xizək yolları çox gözəldir 

16:44
08 Yanvar

Mütəxəssis-ekspert: Hazırda yayılan infeksiya mövsümi qripdir

16:31
08 Yanvar

Ekspert : Prezident İlham Əliyevin təşəbbüsü Türk dünyasının inkişaf trayektoriyasını müəyyənləşdirir

16:23
08 Yanvar

Ötən il gecikdirilmiş 840 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub  

16:16
08 Yanvar

İsrail: Livanın “Hizbullah”ı tərk-silah etmək səyləri yetərli deyil  

16:13
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!