08 Yanvar 2026 13:41
341
SİYASƏT
A- A+
Türk professor: Azərbaycan regionun gələcəyini formalaşdıran məsuliyyətli aktor kimi çıxış edir  

Türk professor: Azərbaycan regionun gələcəyini formalaşdıran məsuliyyətli aktor kimi çıxış edir  


Prezident İlham Əliyev müsahibəsində yalnız daxili auditoriya üçün deyil, həm də regionun geosiyasi gələcəyi üçün mühüm mesajlar verib. Prezidentin Türkiyə-Azərbaycan əlaqələri, Zəngəzur dəhlizi və beynəlxalq hüquq barədə səsləndirdiyi fikirlər, regionun yeni reallıqlarını əks etdirir və Bakı-Ankara strateji müttəfiqliyinin möhkəmlənməsinə dair aydın perspektiv təqdim edir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Qars Qafqaz Universitetinin professoru Elnur Hasan bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev bir çox çıxışlarında Azərbaycan və Türkiyə arasında əlaqələrin qarşılıqlı hörmət və strateji maraqlarla formalaşan müttəfiqlik səviyyəsinə yüksəldiyini, regional sabitliyi qorumaq üçün bu əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Bu baxış, yalnız diplomatik ifadə deyil, 44 günlük Vətən müharibəsindən sonra formalaşan geosiyasi kontekstdə iki ölkə arasında təhlükəsizlik, iqtisadi inteqrasiya və çoxtərəfli əməkdaşlığın əsasını təşkil edir.

Professorun fikrincə, Ankara-Bakı strateji tərəfdaşlığı çərçivəsində Zəngəzur dəhlizi məsələsi xüsusi yer tutur. “Zəngəzur dəhlizi, sadəcə, bir nəqliyyat xətti deyil, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa, fasiləsiz əlaqəni təmin edən strateji layihədir. Zəngəzur dəhlizi Avrasiya nəqliyyat xəritəsində həm Qərb-Şərq, həm də Şimal-Cənub dəhlizlərinin birləşdirici hissəsi kimi çıxış edəcək. Bu, təkcə iqtisadi inteqrasiyanın yox, həm də regional təhlükəsizlik və stabilizasiya mexanizmlərinin işləməsi baxımından da böyük əhəmiyyət daşıyır”, - deyə E.Hasan bildirib.

Türkiyə-Azərbaycan müttəfiqliyinin hüquqi və strateji cəhətdən yalnız iki ölkənin sərhədləri ilə məhdudlaşmadığına diqqət çəkən ekspert qeyd edib ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin dərinləşdirilməsinin vacibliyini də vurğulayır və bu çərçivədə təhlükəsizlik sahəsində də daha sıx əməkdaşlıq çağırışı edir. Bu, yalnız regional sabitlik üçün deyil, həm də beynəlxalq sistemdə yeni nizam və qarşılıqlı təhlükəsizlik mexanizmlərinin yaradılması baxımından əhəmiyyətlidir.

Elnur Hasan sonda əlavə edib ki, Prezident İlham Əliyevin açıqlamaları Azərbaycanın balanslı, prinsipial və uzaqgörən xarici siyasət xəttinin məntiqi davamıdır. Azərbaycan bu gün yalnız öz milli maraqlarını deyil, regionun və daha geniş coğrafiyanın ədalətə, əməkdaşlığa və davamlı sülhə əsaslanan gələcəyini də formalaşdıran məsuliyyətli aktor kimi çıxış edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT-də süni intellektin uşaqlar üçün artan təhlükələri barədə xəbərdarlıq edirlər  

10:46
01 Fevral

Azərbaycan ilə Oman arasında opera sənəti sahəsində əməkdaşlıq müzakirə olunub  

23:22
31 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

21:03
31 Yanvar

Zelenski: Putinlə görüş olmadan ərazi məsələlərinin həlli mümkünsüzdür  

20:31
31 Yanvar

Misli Premyer Liqası: "Şamaxı" "Kəpəz"i, "Sabah" isə "Zirə"ni məğlub edib

18:59
31 Yanvar

Uşaqlar arasında xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib  

18:03
31 Yanvar

Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib YENİLƏNİB

17:36
31 Yanvar

“Yüksəliş” müsabiqəsinin qalibləri üçün “Ədibin Evində Yüksəliş” silsilə görüşlərinin ilk sessiyası keçirilib  

17:17
31 Yanvar

Xalq rəssamı Ömər Eldarov heykəltaraşlıq sənətinin incəliklərini gənclərlə bölüşüb  

16:43
31 Yanvar

Bakıda Qafqazda ilk ürək transplantasiyasına həsr olunmuş dəyirmi masa keçirilib YENİLƏNİB

16:26
31 Yanvar

Xəzər dənizinin ekoloji problemlərinin beynəlxalq səviyyədə gündəmə gətirilməsi gücləndirilir 

15:47
31 Yanvar

Hazırda Azərbaycan üzrə minlərlə xəstə donor orqanı gözləyir

14:33
31 Yanvar

Kamran Musayev: Ötən il Azərbaycan səhiyyəsinin tarixində unudulmaz bir səhifə oldu 

14:16
31 Yanvar

Nazir müavini: Ürək transplantasiyası illərlə aparılan sistemli işin nəticəsidir 

14:06
31 Yanvar

Qafqazda ürək transplantasiyasının ilk pasiyenti: Artıq rahat gəzə və hərəkət edə bilirəm 

13:59
31 Yanvar

Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 132 min şəxsə 411 min xidmət göstərilib  

13:46
31 Yanvar

Türkiyə XİN: BMT Müvəqqəti Sülhməramlı Qüvvələrinin mandatının uzadılması ilə bağlı Şimali Kipr tərəfindən verilən bəyanatı qətiyyətlə dəstəkləyirik  

13:17
31 Yanvar

Sabah Bakıda hava yağmursuz olacaq, dağlıq ərazilərə qar yağacaq  

12:59
31 Yanvar

Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi uğuru beynəlxalq səviyyədə tanınıb

12:10
31 Yanvar

Milli Məclisdə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri ilə görüş olub

12:08
31 Yanvar

Akademik Əhliman Əmiraslanov: Orqan transplantasiyasının uğuru güclü qanunvericilik və icra mexanizmlərindən asılıdır  

11:56
31 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!