08 Yanvar 2026 19:31
403
DÜNYA
A- A+
Donald Tramp ABŞ hərbi büdcəsinin 50 faiz artırılmasını tələb edir  

Donald Tramp ABŞ hərbi büdcəsinin 50 faiz artırılmasını tələb edir  

 

ABŞ Prezidentinin dediyinə görə, 1,5 trilyon dollarlıq hərbi büdcə Vaşinqtona "xəyal ordusu" yaratmağa imkan verəcək. Artım ölkə Konqresi tərəfindən təsdiqlənməlidir.

ABŞ-nin 2027-ci il üçün hərbi büdcəsinin 1,5 trilyon dollara (1,3 trilyon avro) çatacağı gözlənilir. Prezident Donald Tramp "TruthSocial" sosial media platformasında buna əmin olduğunu bildirib.

"Reuters" agentliyinin verdiyi məlumata görə, bu məbləğ Konqres tərəfindən 2026-cı il üçün təsdiqlənmiş 901 milyard dollardan (771 milyard avro) xeyli çoxdur.

DTramp bildirib ki, o, bu qərarı senatorlar, Konqres üzvləri, katiblər icra departamenlərinin rəhbərləri  və digər siyasi nümayəndələrlə uzun və çətin danışıqlardan sonra verib.

Ağ Ev rəhbəri bu addımın Vaşinqtona "xəyal ordusu" yaratmağa, habelə "təhlükəsizlik və mühafizəni" təmin etməyə imkan verəcəyini iddia edib.

 

ABŞ Prezidenti xərclərin "tariflər sayəsində" ödəniləcəyini vurğulayıb

 

 O, həmçinin ABŞ-nin milli borcun azaldılmasına davam edərək "orta gəlirli" amerikalılara dividend ödəyə biləcəyinə inandığını bildirib.

Təklif ABŞ Konqresi tərəfindən təsdiqlənməlidir.

Bu arada, "Reuters" qeyd edir ki, hərbi büdcədə hər hansı bir artım ABŞ Konqresi tərəfindən təsdiqlənməlidir və qeyd edir ki, hazırda həm Senatda, həm də Nümayəndələr Palatasında respublikaçıların kiçik bir çoxluğu var.

AFP-nin məlumatına görə, ABŞ artıq hərbi ehtiyaclara digər ölkələrdən daha çox pul xərcləyir. Daha əvvəl Tramp sosial mediada Vaşinqtonun NATO müttəfiqlərinin sədaqətinə şübhə ilə yanaşmışdı.

Bu arada, "Məsuliyyətli Federal Büdcə Komitəsi" analitik mərkəzi iddia edir ki, Trampın təkliflərinin həyata keçirilməsi 2035-ci ilə qədər 5 trilyon dollar (4 trilyon avro) tələb edəcək, təşəbbüs isə ABŞ-nin milli borcuna 5,8 trilyon dollar (4,9 trilyon avro) əlavə edəcək. Mərkəzin ekspertləri  hesab edirlər ki, xərclərin yalnız yarısı mövcud tariflərlə ödənilə bilər.

 

"Qızıgünbəz"dən "Qızıdonanma"ya

 

"Politico"nun yazdığına əsasən, "böyük artım", ehtimal ki, Donald Trampın "Qızıgünbəz" hava hücumundan müdafiə sistemindən tutmuş Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsi üçün "Qızıdonanma" layihəsinə qədər bir neçə proqramının yüksək qiyməti ilə əlaqədardır. Ağ Evin məlumatına görə, hərbi dəniz qüvvələrinin yaxın illərdə inanılmaz dərəcədə genişmiqyaslı imkanlara malik yeni nəsil döyüş gəmiləri ilə təchiz edilməsi gözlənilir.

Rekord səviyyədə 901 milyard dollarlıq hərbi xərcləri nəzərdə tutan 2026-cı maliyyə ili üçün ABŞ müdafiə büdcəsi ilə bağlı  qanun layihəsi Konqres tərəfindən 17 dekabr 2025-ci ildə qəbul edilib. Sənəddə, digər məsələlərlə yanaşı həm də, hərbi qulluqçuların əmək haqqının 3,8 faiz artırılması, hərbi texnikanın alınması və ABŞ-nin əsas rəqibləri Çin və Rusiyaya qarşı rəqabət qabiliyyətini gücləndirmək üçün tədbirlər nəzərdə tutulur.

 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakının diktəsi, İrəvanın etirafları

08:30
03 Aprel

Təhlükəsizliyin və sabitliyin Azərbaycan nümunəsi

08:25
03 Aprel

Fermerlərin işini asanlaşdıran qabaqcıl texnologiyadır

08:23
03 Aprel

Siyasi reallığın rəsmi etirafı

08:20
03 Aprel

TDT qlobal iqtisadi aktora çevrilmək potensialına malikdir

08:15
03 Aprel

Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş "dəyirmi masa" keçirilib

08:10
03 Aprel

Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatlarına təqdim edilən əsərlərin adları açıqlanıb

08:05
03 Aprel

Bizi birləşdirən təkcə kökümüz deyil

08:00
03 Aprel

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib  

07:07
03 Aprel

Paytaxtın bir sıra obyektləri və memarlıq abidələri mavi rəngə bürünüb  

22:59
02 Aprel

Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb  

21:13
02 Aprel

“Reuters”: Dron hücumları səbəbindən Rusiyada neft hasilatının azalması qaçılmazdır

20:58
02 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:42
02 Aprel

40 ölkə Hörmüz boğazının fəaliyyətinin bərpasını müzakirə edir

19:59
02 Aprel

Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatlarına təqdim edilən əsərlərin adları açıqlanıb 

19:42
02 Aprel

Benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib  

18:49
02 Aprel

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

18:49
02 Aprel

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri olub

18:48
02 Aprel

Cevdet Yılmaz: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakter daşıyır  

18:46
02 Aprel

Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur  

18:31
02 Aprel

Türkiyənin Vitse-prezidenti: Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir  

18:22
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!