08 Yanvar 2026 17:52
1902
Təhsil
A- A+
Ali təhsil haqqında dövlət sənədlərinin verilməsi qaydası təsdiqlənib  

Ali təhsil haqqında dövlət sənədlərinin verilməsi qaydası təsdiqlənib  


Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi qaydası təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti müvafiq qərar qəbul edib. Qərara əsasən, ali təhsilin müvafiq səviyyələrini bitirən şəxslərə diplom və diploma əlavə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) üzərindən “Elektron imza və elektron sənəd haqqında” Qanunun tələblərinə uyğun olaraq elektron sənəd formasında təqdim ediləcək. Diplomlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə oluna biləcək və bu məlumatların təqdim edilməsi diplomun təqdim edilməsi ilə bərabər tutulacaq.

Qaydaya görə, məzunların diplomları 10 iş günü müddətində hazırlanacaq. Bakalavriat, əsas (baza ali) tibb təhsili və magistratura səviyyələri üzrə diplomlar ali təhsil müəssisəsinin rəhbərinin, rezidentura səviyyəsi üzrə diplomlar isə Azərbaycan Respublikasının səhiyyə nazirinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənəcək. Elektron qaydada yaradılan diplom və diploma əlavə məzunların elektron kabinetində yerləşdiriləcək.

Sənəddə diplom və diploma əlavədə əks etdiriləcək məlumatların siyahısı, o cümlədən ixtisas, ali təhsil səviyyəsi, akademik kreditlər, ümumi orta müvəffəqiyyət göstəricisi, kvalifikasiya səviyyəsi və sənədlərin həqiqiliyinin yoxlanılması üçün ştrix-kod tələbləri müəyyən edilib. Məzunların müraciəti əsasında təhsil haqqında dövlət sənədlərinin ingilis dilində tərtib edilməsi də nəzərdə tutulur.

Qayda diplomun verilməsindən imtina halları, diplomun dublikatının verilməsi, səhv məlumatların aradan qaldırılması, diplomların ləğv edilməsi və yenidən tərtib olunması prosedurlarını da əhatə edir. Diplom itirildikdə, korlandıqda və ya məhv olduqda dublikat yalnız elektron sənəd formasında veriləcək, diplomun və ya diploma əlavənin əvəzinə arayışın təqdim edilməsi isə qadağan olunur.

Qərarın icrası ali təhsil sahəsində rəqəmsal idarəetmənin gücləndirilməsinə, sənəd dövriyyəsinin sadələşdirilməsinə və məzunların təhsil sənədlərinə operativ çıxış imkanlarının genişləndirilməsinə yönəlib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə Şimali Kiprdə 6 ədəd qırıcı təyyarə və hava hücumundan müdafiə sistemləri yerləşdirib

14:01
09 Mart

Bəhreyn neft şirkəti fors-major elan edib

13:51
09 Mart

Azərbaycan səfirliyi Cənub-Şərqi Asiyanın ən böyük məscidində iftar süfrəsi açıb

13:42
09 Mart

Azərbaycanın və Pakistanın parlament sədrləri arasında telefon danışığı olub

13:36
09 Mart

Naxçıvan aeroportunun dron zərbəsindən zərər görmüş hissələrində təmir işləri aparılır 

13:23
09 Mart

Gün ərzində 5 nəfər İrandan Azərbaycana təxliyə olunub 

13:15
09 Mart

Sabah Bakıda hava yağmursuz keçəcək, dağlıq ərazilərdə qar yağacaq

12:27
09 Mart

Ukrayna İordaniyadakı ABŞ hərbi bazalarını qorumaq üçün tutucu dronlar və bir qrup mütəxəssis göndərib

12:27
09 Mart

AZAL Naxçıvana birbaşa uçuşları bərpa edir 

12:10
09 Mart

Paytaxtda daha 5 kəsişmədə svetoforlara velosiped bölmələri quraşdırılıb 

11:11
09 Mart

Azərbaycan ərazisindən keçməklə Ermənistana növbəti dəfə Rusiya taxılı göndərilib 

10:53
09 Mart

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib

10:42
09 Mart

Azərbaycan və İran arasında bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması bərpa olunub  

10:23
09 Mart

Şahdağda xizək alpinizmi üzrə Avropa çempionatına və Dünya Kubokuna yekun vurulub  

10:09
09 Mart

İranın yeni ali rəhbəri bu gün sədaqət andı içəcək  

09:47
09 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

23:34
08 Mart

Misli Premyer Liqası: "Qarabağ" "Araz-Naxçıvan"ı darmadağın edib

22:34
08 Mart

Təxliyə davam edir: Gün ərzində 46 vətəndaşın təhlükəsiz keçidi təmin edilib

20:35
08 Mart

Xarici diplomatların təxliyəsi davam edir

19:36
08 Mart

Macarıstanın İrandakı səfiri və səfirlik əməkdaşları təxliyə olunub 

19:09
08 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:41
08 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!