06 Mart 2026 18:40
968
Təhsil
A- A+
Nazir: Azərbaycan məktəbinin formalaşmasında qadın müəllimlərin xüsusi rolu var  

Nazir: Azərbaycan məktəbinin formalaşmasında qadın müəllimlərin xüsusi rolu var  


Elm və təhsil naziri Emin Əmrullayev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təqaüddə olan bir qrup qabaqcıl qadın təhsil işçisi ilə görüşüb.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə ümumi təhsil müəssisələrində uzun illər pedaqoji fəaliyyət göstərmiş müəllimlər və məktəb direktorları iştirak ediblər.

Nazir qeyd edib ki, ömrünün ən məhsuldar illərini müəllimliyə və təhsil idarəçiliyinə həsr etmiş pedaqoqlar Azərbaycan təhsilinin inkişafında mühüm rol oynayıblar. Onların yetişdirdiyi minlərlə məzun bu gün cəmiyyətin müxtəlif sahələrində fəaliyyət göstərərək ölkənin inkişafına töhfə verir.

Emin Əmrullayev çıxışında Azərbaycan məktəbinin formalaşmasında və milli-mənəvi dəyərlərin yeni nəsillərə ötürülməsində qadın müəllimlərin xüsusi rolunu vurğulayıb. Nazir bildirib ki, qadın pedaqoqlar yalnız bilik ötürən deyil, həm də cəmiyyətin mənəvi dayaqlarından biri kimi gənc nəslin formalaşmasında iştirak edirlər.

Görüş zamanı müəllim peşəsinin nüfuzunun artırılması, pedaqoji fəaliyyətin cəmiyyət tərəfindən yüksək qiymətləndirilməsi və müəllimlərin sosial statusunun gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verilib.

Nazir, həmçinin uzun illər ərzində formalaşmış pedaqoji təcrübənin qorunmasının və gənc müəllimlərə ötürülməsinin təhsil sisteminin davamlı inkişafı üçün əhəmiyyət daşıdığını bildirib. Vurğulanıb ki, təqaüddə olan təcrübəli pedaqoqların mentorluq fəaliyyəti və məsləhətləri gənc müəllimlərin peşəkar inkişafına mühüm töhfə verə bilər.

Söhbət zamanı nazir son illərdə təhsil sahəsində həyata keçirilən islahatlar barədə də danışıb. O bildirib ki, bu islahatların əsas məqsədi təhsil sistemində keyfiyyətin yüksəldilməsi və müasir tələblərə cavab verməsidir. Bu prosesdə müəllimlərin peşəkarlığı, təşəbbüskarlığı və yeniliklərə açıq olması həlledici rol oynayır.

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, iştirakçıların fikirləri və təklifləri dinlənilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

11:22
14 Aprel

“The New York Times”: İran nüvə proqramından imtina etməyə hazır idi  

11:17
14 Aprel

Pakistanlı ekspert: Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təminatçısı kimi mühüm rol oynayır  

11:15
14 Aprel

Xəzər dənizində növbəti zəlzələ olub – YENİLƏNİB

11:14
14 Aprel

Azərbaycandan Ermənistana dizel yanacağı və gübrədaşıyan növbəti qatar yola salınıb

11:10
14 Aprel

Orta Dəhlizlə konteyner daşımalarının həcmində 34 faizlik artım

11:02
14 Aprel

Azərbaycanda qadın sahibkarların payı 3 faizdən 23 faizə yüksəlib  

10:53
14 Aprel

Akademik Zərifə Əliyevanın oftalmologiyanın inkişafına verdiyi töhfələr hər zaman öz aktuallığını saxlayır  

10:50
14 Aprel

Dünya bazarında qızıl 16 dollar bahalaşıb

10:49
14 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:39
14 Aprel

Nazir Məcnun Məmmədovun Zəngilanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

10:33
14 Aprel

Bahar Muradova: Qadın sahibkarların regional inkişaf proseslərində iştirakı əhəmiyyətlidir  

10:31
14 Aprel

Akademik Zərifə Əliyeva həyatını elmə və xeyirxahlığa həsr etmişdi

10:25
14 Aprel

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!