09 Mart 2026 13:42
681
CƏMİYYƏT
A- A+
Azərbaycan səfirliyi Cənub-Şərqi Asiyanın ən böyük məscidində iftar süfrəsi açıb

Azərbaycan səfirliyi Cənub-Şərqi Asiyanın ən böyük məscidində iftar süfrəsi açıb


Azərbaycanın İndoneziyadakı səfirliyi İƏT Gənclər Təşkilatı və Muhammadiyah Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində müqəddəs Ramazan ayı münasibətilə iftar süfrələri təşkil edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə İndoneziyanın müxtəlif ictimai təşkilatlarının nümayəndələri, gənclər və icma liderləri iştirak ediblər. İndoneziya İƏT Gənclər Təşkilatının prezidenti Astrid Nadya Rizqita və Muhammadiyah Mərkəzi Rəhbərliyinin İcma Təbliğatı İnstitutunun sədri Muchamad Arifin qeyd ediblər ki, belə tədbirlər Azərbaycan ilə İndoneziya arasında dostluq münasibətlərinin inkişafına, eləcə də İslam dünyasında qarşılıqlı dialoq və əməkdaşlığın genişlənməsinə töhfə verir. Həmçinin, İslam dünyasında gənclərin rolunun artırılması, cəmiyyətlərarası dialoqun təşviqi və dəyərlərə əsaslanan diplomatiyanın gücləndirilməsinin vacibliyi qeyd edilib.

Ramazan ayı çərçivəsində səfirlik Cakartada Cənub-Şərqi Asiyanın ən böyük məscidi olan “İstiqlal”da da iftar mərasimi təşkil edib. İndoneziyanın Din Nazirliyinin dəstəyi və Demokratiya və Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində keçirilən tədbirdə uşaq evlərindən olan 250 kimsəsiz uşaq üçün iftar süfrəsi verilib, onlar üçün xoş və yaddaqalan axşam təşkil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq

17:03
13 Aprel

Komitə: Ölkədə orta aylıq əməkhaqqı 5,3 faiz artıb

16:52
13 Aprel

Azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin genişlənməsi üçün institusional dəstək mexanizmləri gücləndirilib  

16:43
13 Aprel

Baş prokuror Çində səfərdədir

16:37
13 Aprel

“Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” toplusunun yeni nömrəsi çapdan çıxıb  

16:32
13 Aprel

Türk ekspert: Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib

16:23
13 Aprel

Yaxın Şərqdəki gərginlik fonunda BVF və Dünya Bankının yaz görüşləri başlayır

16:16
13 Aprel

“Xocalı” gəmisi Yaponiyadan Avstraliyaya səfərini uğurla tamamlayıb

16:11
13 Aprel

Süni intellekt: Qlobal rəqabət və Azərbaycan

16:07
13 Aprel

“Şaxtyor”un oyunu hava hücumu xəbərdarlığına görə dayandırılıb

16:01
13 Aprel

Britaniyanı Aİ-yə daha çox yaxınlaşdıracaq qanunvericilik aktı hazırlanacaq

16:00
13 Aprel

2026-cı il Dünya Kuboku qlobal iqtisadiyyata 80 milyard dollardan çox fayda gətirəcək  

15:44
13 Aprel

Macarıstanda seçkilərdə müxalifətdəki “Tisza” partiyası qalib gəlib

15:32
13 Aprel

COVID-19-un yeni variantı: narahatlığa əsas varmı?

15:27
13 Aprel

Avropada təbii qaz qiymətləri yenidən artır

15:26
13 Aprel

Ukrayna Prezidenti yeni təhlükəsizlik müqavilələrinin anonsunu verib  

15:14
13 Aprel

Enerji bazarlarında müvəqqəti "sakitlik" bitdi

15:12
13 Aprel

Alimlər: Yerə yaxın olan təqribən 40 min asteroid mövcuddur

15:02
13 Aprel

Azərbaycanda benzin və dizel yanacağı satışından əldə olunan gəlirlər 6 faizə yaxın artıb

14:58
13 Aprel

Kreml Macarıstan ilə dialoqu davam etdirməyə hazır olduğunu bildirib

14:49
13 Aprel

Media: İran və ABŞ danışıqlardan imtina etməyib

14:42
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!