08 Yanvar 2026 18:24
366
İQTİSADİYYAT
A- A+
Deputat: 2030-cu ilədək Azərbaycanda tələbatdan dəfələrlə artıq elektrik enerjisi istehsal olunacaq  

Deputat: 2030-cu ilədək Azərbaycanda tələbatdan dəfələrlə artıq elektrik enerjisi istehsal olunacaq  


Müasir dövrdə dövlətlərin enerji təhlükəsizliyinin təmin olunması milli təhlükəsizliyin təmin olunması qədər əhəmiyyətli və prioritet məslədir. Dayanıqlı enerji təminatı olmadan ticarətin, istehsalın, kənd təsərrüfatının və iqtisadiyyatın digər sahələrinin inkişafından söhbət gedə bilməz. Xüsusilə bu gün texniki tərəqqinin inkişaf edərək yüksək səviyyəyə çatmasını, süni intellektin tətbiqini, elektron hökumətin yaradılmasını dayanıqlı enerji olmadan təsəvvür eləmək mümkün deyil.

Bu sözləri AZƏRTAC-a Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə deyib.

O bildirib ki, gələcəkdə enerji tələbatının daha dayanıqlı olması üçün Prezident İlham Əliyevin həyata keçirdiyi enerji transformasiyası siyasəti artıq öz bəhrəsini verməkdədir.

“Bu gün “ACWA Power” şirkəti tərəfindən icra olunan 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının istismara verilməsi ilk növbədə dövlətimizin enerji potensialını və təminatını artırır. İqtisadiyyatın müxtəlif sahələrində istifadə olunan enerjinin dayanıqlılığını təmin etməklə yanaşı yeni istehsal və emal müəssisələrinin yaradılmasına imkan verir. 2020-ci ildə Azərbaycanda 2030-cu ilə qədər elektrik enerjisinin istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənib. Ölkəmizdə yaşıl enerji mənbələrinin texniki potensialı quruda 135 giqavat, dənizdə 157 giqavatdır. Bu potensial qarşıya qoyulan məqsədə çatmaq üçün fürsət yaradıb. Digər tərəfdən isə Azərbaycan karbon emissiyasını azaldaraq yaşıl enerjiyə keçid edir və ölkəmizin gələcəkdə yaşıl iqtisadiyyata transformasiya olunması üçün platforma yaradır”, - deyə deputat nəzərə çatdırıb.

Ziyad Səmədzadə bildirib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl enerji zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamın icrası istiqamətində Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığa başlanılıb və müvafiq konsepsiya sənədi hazırlanıb: “Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında Günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur. Bu texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilib. Eyni zamanda, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu müəyyən edilib. Bununla yanaşı, Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensialı var. 2030-cu ilədək Azərbaycanda tələbatdan dəfələrlə artıq elektrik enerjisi istehsal olunacaq ki, bu da onun ixracı zərurətini yaradacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib  

22:01
14 Mart

Azərbaycan güləşçisi Avropa ikincisi olub

21:49
14 Mart

Misli Premyer Liqası: “Sabah”dan darmadağın, “Qarabağ”dan inamlı qələbə

21:19
14 Mart

Mədəniyyət naziri Hacıqabul rayonunda vətəndaşların müraciətini dinləyib  

20:47
14 Mart

BMT Baş katibi İsrail və Hizbullahı müharibəni dayandırmağa çağırıb  

20:18
14 Mart

BƏƏ-nin İraqdakı Baş Konsulluğu bir həftə ərzində ikinci dəfə vurulub  

19:39
14 Mart

Tramp: Tezliklə Hörmüz boğazını açıq, təhlükəsiz və azad edəcəyik

19:01
14 Mart

Bugünkü iməcilikdə Bakının 537 küçəsi yuyulub

18:52
14 Mart

“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb 

18:50
14 Mart

Vircil Popesku: Rumıniya Azərbaycan kimi etibarlı tərəfdaşla əməkdaşlığı gücləndirməlidir  

18:25
14 Mart

Peşəkar Çövkən Liqasında yeni mövsümə başlanılıb

18:24
14 Mart

WUF13-ün tematik prioritetləri, regional əhəmiyyəti və iştirak imkanları barədə məlumat təqdim olunub  

18:21
14 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:11
14 Mart

Azərbaycan Su İdmanı Növləri Federasiyasına yeni sədr seçilib

16:39
14 Mart

“YouTube”un bu funksiyası geri qayıdıb

16:20
14 Mart

Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək  

16:18
14 Mart

Mərkəzi Komandanlıq: ABŞ İranın Xark adasında 90-dan çox hərbi hədəfə uğurla zərbə endirib  

16:03
14 Mart

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana təxliyə olunub

15:41
14 Mart

Komandanlıq: Bəhreyn indiyədək İrana məxsus 124 raketi və 203 PUA-nı zərərsizləşdirib  

15:31
14 Mart

Pakistanın İrandakı səfirliyinin əməkdaşı Astara sərhədindən təxliyə olunub VİDEO  

15:12
14 Mart

Azərbaycan sülhə, təhlükəsizliyə və əməkdaşlığa mühüm töhfələr verir

15:04
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!