08 Yanvar 2026 18:52
302
DÜNYA
A- A+
Rusiya XİN Ukraynada Britaniya və Fransa qoşunlarının yerləşdirilməsi planlarını şərh edib  

Rusiya XİN Ukraynada Britaniya və Fransa qoşunlarının yerləşdirilməsi planlarını şərh edib  


Rəsmi Moskva yanvarın 6-da Böyük Britaniya, Fransa və Ukrayna liderləri tərəfindən Parisdə imzalanan, atəşkəs rejimi əldə olunacağı təqdirdə Ukrayna ərazisində Britaniya və Fransa qoşunlarının yerləşdirilməsini nəzərdə tutan niyyətlər bəyannaməsinə münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın qeyd etdiyinə görə, Rusiya tərəfi bu planları atəşkəsdən sonra London və Parisin Ukraynada öz hərbi bazalarını, eləcə də silah və hərbi texnikanın saxlanılması üçün obyektlər yaratmaq niyyəti kimi qiymətləndirir.

“Rusiya Xarici İşlər Nazirliyi xəbərdarlıq edir ki, Ukrayna ərazisində Qərb ölkələrinin hərbi bölmələrinin, hərbi obyektlərinin, anbarlarının və digər infrastrukturunun yerləşdirilməsi təkcə Rusiyanın deyil, Avropanın digər ölkələrinin də təhlükəsizliyinə birbaşa təhdid yaradan xarici müdaxilə kimi qiymətləndiriləcək”, – deyə M.Zaxarova bildirib. O əlavə edib ki, “onlar Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəflər hesab olunacaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!