Günlərdir ki, Bakı Məhkəmə Kompleksində Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesi davam etdirilir.
Xatırladaq ki, 1987-ci ilin oktyabr ayından 2024-cü il 22 aprel tarixinədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib. İstintaqa Baş Prokurorluğun, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsinin müstəntiqləri cəlb edilib.
Qeyd edildiyi kimi, hazırkı məhkəmə prosesi ədalətin bərqərar olması naminə keçirilir. Cinayət işində olan sübutlar faktlara əsaslanmaqla göstərir ki, törədilmiş cinayətlər ayrı-ayrı təsadüfi hadisələr olmayıb, onlar ən yüksək səviyyədə mütəşəkkil qaydada planlaşdırılaraq xüsusi qəddarlıqla və amansızlıqla törədilib. Məhkəmədə son 30 ildə ermənilər tərəfindən törədilən bütün vəhşiliklərin mahiyyəti açılır. Prossesin gedişindən, təqsirləndirilən şəxslərin verdiyi ifadələrdən, etdikləri etiraflardan aydın olur ki, tədqiq və təqdim edilən cinayətlər Ermənistan dövlətinin siyasi, hərbi, maddi və digər dəstəyi, bu ölkənin siyasi-hərbi rəhbərliyinin verdiyi göstəriş və təlimatları nəticəsində törədilib. Azərbaycanın 20 faiz ərazisinin işğalı Ermənistanın rəhbərliyi tərəfindən planlı şəkildə həyata keçirilib. Ermənistanın keçmiş rəhbərləri terror ideologiyasının banilərindən olub. Aparılan məhkəmə prosesinin belə dəhşətli cinayətlərin təkrarlanmasının qarşısını almaq üçün mühüm tarixi əhəmiyyəti var. Tarix sübut edir ki, müharibə cinayətkarları üçün dünyanın heç bir yerində təhlükəsiz sığınacaq, məkan yoxdur və beynəlxalq münasibətlər güc və zorakılıqla deyil, hüquq və qanunla nizamlanmalıdır.
Ermənistanın dövlət rəhbərləri törədilən cinayətlərdə iştiraklarının məhkəmədə təsdiq olacaqlarını bildikləri üçün məhkəmə başlamamışdan yalan məlumatlar yayıb, hay-həşir salmaqla dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların diqqətini əsl mətləbdən yayındırmağa əsassız cəhdlər edirlər. Demək olar ki, Ermənistan mətbuatı və hökuməti bu işə səfərbər olublar. Məhkəmənin ilk iclasında təqsirləndirilən şəxslərin verdiyi ifadələr soyuq su effekti yaratdı. Ermənistan mətbuatının və baş nazir Nikol Paşinyanın yaydığı yalan məlumatlar, ölkəmiz əleyhinə yönəlik saxta ittihamlar bumeranq kimi öz başlarına düşdü.
Məhkəmədə Arayik Harutyunyan söz alaraq deyib: "Təcridxanada bizim məlumat almaq, etiraz etmək imkanlarımız olub. Həmçinin Ermənistan mediasında və digər kütləvi informasiya vasitələrində bizim saxlanma şəraitimiz daim müzakirə olunur. Başa düşdüyüm qədərilə Ermənistan Respublikasının baş naziri bəyan edib ki, bizə qarşı psixoloji təzyiq və həmçinin psixotrop dərmanlardan istifadə edilməsi barədə fikirləri var. Mən ən çox bizim doğmalarımız, yaxınlarımız barədə narahatlıq keçirirəm. Bəyan etmək istəyirəm ki, mən saxlanma şəraitinə dair qanunla tanışam. Təcridxanada bütün qanunlara əməl olunur, Beynəlxalq Qırmızı Xaç Komitəsi vaxtaşırı olaraq bizi ziyarət edir. Bizim ailə üzvlərimizlə telefon zəngi imkanlarımız olur. İstintaq dövründə də müstəntiqlər tərəfindən hüquqlarımız təmin olunub. Vəkillər həmişə istintaqda iştirak ediblər. Xüsusilə qeyd etmək istəyirəm ki, bizə qarşı hər hansı bir təzyiq olmayıb. İstintaq zamanı bizimlə hər zaman qanun çərçivəsində davranıblar".
Təqsirləndirilən şəxs Davit Babayan da saxlanma şəraitindən razı olduğunu, ona və digər təqsirləndirilən şəxslərə təzyiq göstərilmədiyini deyib.
Etiraflar...
Məhkəmədə sərbəst ifadə verən təqsirləndirilən şəxs Lyova Mnaksakanyan Ermənistan nizami ordusunun tərkibində Azərbaycana qarşı müharibədə iştirakını təsdiq edib: "Ermənistan nizami ordusunun tərkibində Azərbaycana qarşı müharibədə iştirak etmişəm. Bundan başqa, demək istəmirəm əmr nə haqqındadır, bunu hamınız bilirsiniz".
Lyova Mnaksakanyan həmçinin 2016-cı ilin Aprel döyüşləri barədə də danışıb və Ermənistanın qondarma rejimi silahla təmin etdiyini bildirib: "Mənim 2016-cı il əməliyyatlarına cəlb olunmağıma zərurət olmayıb. Əgər olsaydı, təbii ki, cəlb olunacaqdım. Bir çox taktiki, kəşfiyyat silahları və radio elektron qurğularımız var idi ki, onlardan Ermənistanda da olub və biz o silahları Ermənistandan almışıq".
Arayik Harutyunyan "Qarabağ ordusu"nun təlimlərini müşahidə etdiyini bildirərək təlimlərə Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyanın rəhbərlik etdiyini, habelə Azərbaycanın dərinliklərinə zərbələr endirilməsi barədə qərarların Ermənistandan verildiyini etiraf edib: "Təlimlərə rəhbərliyi Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyan edirdi. Bu da gizlin proses deyil, hamının gözünün qarşısında olan bir şey idi. Yayın sonunda Qarabağa Nikol Paşinyan gəldi. Mən onu "ordu bölmələri"nə qədər müşayiət etmişəm. O, vəziyyətlə tanış oldu. Eşidirdim, görürdüm ki, "silahlı qüvvələr"də nə baş verir... Ermənistan mətbuatında da bu barədə dəfələrlə qeyd olunub, deyilib ki, Qarabağda olan ermənilərin təhlükəsizliyinə görə Ermənistan məsuliyyət daşıyır. Ermənistan silahlı qüvvələri, "Qarabağ müdafiə ordusu" da ora daxil idi. Deməli, Ermənistan təhlükəsizliklə bağlı məsələlərə görə məsuliyyət daşıyır. Sentyabrın 27-də sizə məlumdur ki, genişmiqyaslı müharibə başladı. "Qarabağın qanunları"na uyğun olaraq, biz hərbi vəziyyət elan etməli idik və onu da etdik. "Parlament"də məlumat verildi ki, müharibə başlayıb. "Qarabağ ordusu"nun rəhbərliyi tərəfindən elan olunmuş hərbi qulluğa çağırış başladı. Mənə aydın idi ki, bunun nəticəsi necə olacaq... Azərbaycanın dərinliklərində hərbi obyektlərə zərbələr endirmək barədə qərar qəbul olunmuşdu. Raket və yaxud da artilleriya qurğularından. Əsasən, siyasi hərbi vertikal "Qarabağ müdafiə ordusu"nun "qərargah rəisi"ndən başlayırdı, yuxarıdan aşağı. Levon Mnatsakanyanın bir qədər əvvəl verdiyi ifadələrdən artıq mənə aydın oldu ki, istintaqın xəbəri var ki, o, hansı səlahiyyətlərə malik idi və nə edə bilərdi. Mən bilmirdim ki, kimin hansı səlahiyyətləri var, hansı silahlardan istifadə olunmalıdır, olunacaq və sair. Mən Onik Qasparyandan soruşanda ki, bu qərarlar əsaslandırılmışdırmı, o mənə dedi ki, bəli, Azərbaycanın hava limanları bizim əsas hədəfimizdir və biz o hədəfləri məhv etməliyik. Deyilmişdi ki, elə təəssürat yaranmalıdır, elə etməliyik ki, guya bu zərbələr Qarabağ tərəfindən endirililr".
Təqsirləndirilən şəxs Arkadi Qukasyan qondarma rejimin "büdcə"sinin Ermənistanın tərəfindən formalaşdırıldığını etiraf edib. O, ifadəsində Ermənistan tərəfindən ayrılan vəsaitin "kredit" adlandırıldığını, lakin həmin "kredit"in faizsiz və müddətsiz olduğunu bildirib.
Görünür ki, Bakıda keçirilən məhkəmə Ermənistan hökumətini çətin duruma qoyub. Artıq etiraflar və həqiqətləri öz yalanları ilə ört-basdır edə bilmirlər. Çünki təqsirləndirilən şəxslər hərbi cinayətləri etiraf edir, hətta Azərbaycan tərəfinə məlum olmayanları da səsləndirirlər.
Elşən QƏNİYEV,
"Azərbaycan"
Şimali Makedoniya DİN: Yanğında 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 50 nəfər ölüb
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Zelenski: Ukrayna müvəqqəti işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımır
Azərbaycan boksçuları Macarıstanda 1 qızıl, 2 gümüş medal qazanıblar
“Diplomatic World Sweden” saytı “Yaşıl enerji dəhlizi” layihəsi haqqında yazıb
ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb
Media: ABŞ Sənadakı husilərin siyasi şurasının qərargahını hədəfə alıb
Bilmək istəyirəm
Heydər Əliyev seyrəngahı Novruza hazırlaşır
Zəfər estafeti
Tranzit imkanları Azərbaycanı tezliklə dünya ticarətinə yön verən ölkəyə çevirəcək
"Cənub qaz dəhlizi"nin birləşdirici halqası
Saatlıda pambığın becərilməsində yeni texnologiyaların tətbiqindən danışılıb
Yerlərdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində ağacəkmə aksiyaları keçirilir
Dövlətin daha bir sosial layihəsi - "Himayədar ailə" qayğı modeli
Qərbi Azərbaycana qayıdış mövzusu Gəncədə də gündəmdən düşmür
Kəndlinin yeni ili bahardan başlayır
Yanlış yolla addımlayan Ermənistanı qarşıda uçurumlar gözləyir
Ermənistan "sülh" oyunu oynayır
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!