08 Avqust 2024 02:44
137
İQTİSADİYYAT
A- A+

"Gürcüstan və Azərbaycanla dəmir yolunda sərnişindaşımanın başlanacağına ümid edirik"

 

"Ankara ümid edir ki, Azərbaycan və Gürcüstan Türkiyə ilə dəmir yolunda sərnişindaşımanın təşkili məsələsində Bolqarıstandan nümunə götürəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu Cənub-Şərqi Anadolunun Tatvan bölgəsinə Ankaradan turist qatarının göndərilməsi mərasimində bildirib.

Nazir xatırladıb ki, İstanbul və Sofiya arasında qatarlar uğurla hərəkət edir. "Ümid edirik ki, yaxın vaxtlarda Azərbaycan və Gürcüstandan da oxşar təkliflər gələcək və Qarsa sərnişindaşıma layihəsini həyata keçirəcəyik", - deyə Ə.Uraloğlu qeyd edib.

Uraloğlu diqqəti əsas halqası Bakı-Tbilisi- Qars dəmir yolu olan Orta dəhlizin əhəmiyyətinə yönəldib. "Bu dəhliz sayəsində Çindən gedən qatar artıq Londona çata bilir. Bu təşəbbüs Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi konsepsiyanın bir hissəsidir", - deyə türkiyəli nazir vurğulayıb.

O qeyd edib ki, 22 il ərzində Türkiyənin dəmir yolu sisteminin modernləşdirilməsinə və inkişafına 57 milyard dollar xərclənib. "Əgər 2002-ci ildə ölkəmizin dəmir yollarının uzunluğu 10948 kilometr təşkil edirdisə, 2023-cü ilin sonuna olan məlumata görə, bu rəqəm 3 min kilometr artıb ki, bunun da 2251 kilometri yüksəksürətli qatarlar üçündür", - deyə nazir bildirib.

Onun sözlərinə görə, 2053-cü ilə qədər Türkiyədə dəmir yollarının ümumi uzunluğu 29 min kilometrə çatacaq. "Biz 20 və 50 il üçün planlar tərtib edirik", - deyə nazir bildirib.

Uraloğlu həmçinin bildirib ki, Ankara və İzmir arasında sürətli qatar layihəsinin 2026-cı ilə qədər başa çatdırılması planlaşdırılır ki, bu da sərnişin qatarlarının saatda 350 km sürətlə hərəkət etməsinə imkan verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video