02 Avqust 2024 02:18
343
CƏMİYYƏT
A- A+
"Gənc bərpaçıların inkişafı üzrə tədris proqramı"na dair Anlaşma Memorandumu imzalanıb

"Gənc bərpaçıların inkişafı üzrə tədris proqramı"na dair Anlaşma Memorandumu imzalanıb

 

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və "Atelier Erich Pummer" şirkəti arasında "Gənc bərpaçıların inkişafı üzrə tədris proqramı" haqqında Anlaşma Memorandumu imzalanıb. Bu barədə Qoruq idarəsindən bildirilib.

Anlaşma Memorandumu müvafiq olaraq "İçərişəhər" DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə, AzMİU-nun rektoru Gülçöhrə Məmmədova və "Atelier Erich Pummer" şirkətinin rəhbəri, bərpaçı-memar Erix Pummer tərəfindən imzalanıb.

Sözügedən proqramın məqsədi gənc bərpaçıların akademik, praktiki bilik və səriştələrinin artırılması, onlara beynəlxalq təcrübənin aşılanması məqsədilə tərəfdaşların səylərini birləşdirməkdir.

İmzalanmış üçtərəfli Anlaşma Memorandumuna əsasən, tərəfdaşlar tərəfindən "Gənc bərpaçıların inkişafı üzrə tədris proqramı"nın iştirakçıları üçün İçərişəhərdə nəzəri və praktiki məşğələlərin tədrisi moduluna başlanılacaqdır. Tədris modulunda Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Memarlıq abidələrinin bərpası və mühafizəsi" ikili diplom magistr dərəcəsi üzrə təhsil alan tələbələrlə yanaşı, Tarixi Abidələrin Bərpası Məktəbinin (Mak'TAB) dinləyiciləri də iştirak etmək imkanı əldə edəcəklər. Qeyd edək ki, Mak'TAB gənc bərpaçılara qabaqcıl bərpa metodlarının təlimi üzrə təcrübənin öyrədilməsini həyata keçirir.

Anlaşma Memorandumundan irəli gələn bu vacib əməkdaşlıq nəticəsində qarşıya qoyulan hədəf gənc bərpaçı milli kadr potensialının gücləndirilməsi, beynəlxalq tələblərə cavab verən yerli mütəxəssislərin yetişdirilməsi, eləcə də ölkənin zəngin tarixi-mədəni irsinin qorunması, xüsusilə işğaldan azad edilmiş Qarabağ bölgəsində aparılan bərpa işlərinə dəstək olmaq və töhfə verməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

10:58
30 Oktyabr

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

10:55
30 Oktyabr

Avropa İttifaqı ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndirir

10:50
30 Oktyabr

Yaşıl patentlərin sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb

10:30
30 Oktyabr

Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

10:29
30 Oktyabr

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI

10:22
30 Oktyabr

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

10:11
30 Oktyabr

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNƏCƏK

10:04
30 Oktyabr

DİN: Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

09:34
30 Oktyabr

Sağlamlıq turizmi üzrə 200-ə yaxın mütəxəssis Şuşada bir araya gəlib 

09:20
30 Oktyabr

ABŞ-də prezidentlik yarışının son həftəsi

09:15
30 Oktyabr

ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsinin üzvləri İlahiyyat İnstitutunda olublar

09:10
30 Oktyabr

Bərdənin mülki şəhidləri anılmışdır

09:05
30 Oktyabr

İşğalın və Zəfərin fotosalnaməçisi

09:00
30 Oktyabr

Hakim partiyanın qələbəsi Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayırıcı xətlər yaratmaq cəhdlərinə böyük zərbə oldu

08:55
30 Oktyabr

Xalqın iradəsi qarşısında böyük güclər də gücsüzdür

08:50
30 Oktyabr

Qərb COP29 üçün Azərbaycana "sağ ol" deməkdənsə...

08:45
30 Oktyabr

Doğma yurdlarına dönən soydaşlarımızın məşğulluğu da təmin edilir

08:40
30 Oktyabr

Zəfər yolu ilə Şuşaya doğru

08:35
30 Oktyabr

Bir gündə düşmənin 2 Su-25 təyyarəsi, 3 tankı, 2 "Smerç"i, 10 topu məhv edilib

08:30
30 Oktyabr

Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirdi

08:25
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!