11 İyun 2025 08:15
1189
İQTİSADİYYAT
A- A+
Franklin Offshore Caspian Ltd - Azərbaycanın Xəzərdə enerji və dəniz sənayesi üzrə etibarlı tərəfdaşı

Franklin Offshore Caspian Ltd - Azərbaycanın Xəzərdə enerji və dəniz sənayesi üzrə etibarlı tərəfdaşı


"Franklin Offshore International"  qlobal neft və qaz sənayesində ixtisaslaşmış, yükqaldırma və sabitləmə sistemləri üzrə qabaqcıl həllər təqdim edən beynəlxalq şirkətdir. Dəniz neft və qaz sənayesində strateji texnologiyalara tələbat artdığı bir dövrdə "Franklin Offshore International" dünyanın müxtəlif bölgələrində mühüm rol oynamağa davam edir. 

1996-cı ildə Sinqapurda təsis edilən bu beynəlxalq şirkət "rigging və mooring" sistemləri, eləcə də sualtı texnologiyalar sahəsində qabaqcıl həllər təqdim edərək qlobal enerji layihələrinin ayrılmaz tərəfdaşına çevrilib. Məlumat üçün bildirək ki, "rigging" avadanlıqları yüklərin qaldırılması, daşınması və təhlükəsiz şəkildə yertində saxlanması, "mooring" avadanlıqları isə dənizdə üzən gəmi və ya platformaların müəyyən bir yerdə sabit dayanması üçündür. "Franklin Offshore" qrupunun Avstraliya, İndoneziya, Cənubi Koreya, Azərbaycan, Qətər, Hollandiya və Amerika Birləşmiş Ştatlarında strateji mövqedə yerləşən əməliyyatları var. Şirkət  dünyanın kabellə hörülmüş ən uzun polad  məlif slingi, eləcə də kabellə hörülmüş  ən böyük diametrli ip istehsalı ilə Ginnesin "Rekordlar" kitabına daxil olub.

Şirkətin Xəzər hövzəsində fəaliyyət göstərən "Franklin Offshore Caspian Ltd" filialı isə Azərbaycanın mühüm enerji layihələrində iştirak edir və regionda sənayenin  inkişafına töhfə verir. "Franklin Offshore Caspian Ltd" regionun mürəkkəb dəniz şəraitində təhlükəsiz və səmərəli işlərin aparılması üçün müasir texnologiyalar və beynəlxalq standartlara uyğun avadanlıqlardan istifadə edir. Filial həm yerli, həm də beynəlxalq layihələrdə fəal iştirak edir və Azərbaycanın enerji sektorunun inkişafında mühüm rol oynayaraq öz xidmətlərinin keyfiyyəti və təhlükəsizlik standartları ilə fərqlənir. Bu da müştəri məmnuniyyətinə və uzunmüddətli əməkdaşlıqların təmin edilməsinə səbəb olur. İnnovativ yanaşmaları və yüksək peşəkarlıq səviyyəsi şirkətin regionda rəqabət qabiliyyətini artırıb və onun üçün yeni əməkdaşlıq imkanları açıb. Bu səbəbdən də indi şirkət həm yerli, həm də beynəlxalq layihələrdə texniki bilik və təcrübəsini uğurla tətbiq edərək, enerji sektorunda etibarlı tərəfdaş kimi tanınır. 

Rəqabətin getdikcə artdığı indiki zamanda əsasən dünyanın enerji sektorunda texnologiyaya açıq, müştəri etibarını qazanmış və regionun spesifik tələblərini dərindən anlayan şirkətlər uğur qazanır. "Franklin Offshore Caspian Ltd" məhz belə şirkətlərdəndir. Onun fəaliyyəti ölkəmizin mühüm sənaye sahələrində beynəlxalq standartlara uyğun şəkildə irəlilədiyini aydın göstərir. Qurum ilin əvvəlindən  bir neçə böyük layihəni uğurla tamamlayaraq sektorun inkişafına əhəmiyyətli töhfə verib. Və həmin uğur onun  bir müddət əvvəl Bakı Ekspo Mərkəzində keçirilən "Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi"ndə xidmətləri və gələcək planları ilə təqdim olunmasına yol açıb. Şirkət üç  gün ərzində burada öz yeniliklərini və təcrübəsini bölüşdü, texniki imkanlarını nümayiş etdirdi, sektorun digər iştirakçıları ilə əlaqələrini gücləndirdi. Üstəlik də  enerji  sənayesində aktual mövzularda fikir mübadiləsi apardı.

Sərginin keçirildiyi 2-4 iyun günlərində "Franklin Offshore Caspian Ltd"nin pavulyonunu ziyarət edərkən şirkətin regional direktoru Elnur Əliyevlə söhbət edib fikirlərini  bölüşməyi xahiş etmişdik.  "1997-ci ildə şirkətin Azərbaycanda rəsmi nümayəndəliyi yaradılıb. Artıq 30 ilə yaxındır ki, şirkət ölkədə fəaliyyət göstərir. Şirkətimizin buradakı əsas fəaliyyət istiqamətləri dəniz və dənizçilik mühəndisliyi, gəmiqayırma və gəmi tikintisi, neft-qaz platformalarının inşası, təmiri və xidməti, eləcə də xüsusi yükqaldırma və ekspertiza xidmətləridir. Sərgi zalında bizə ayrılmış pavilyonda nümayiş etdirdiyimiz stenddə şirkətimizin bəzi məhsul və xidmətləri ilə tanış olmaq mümkündür. Həmin məhsulların əksəriyyəti ölkə daxilində istehsal olunur. Yeri gəlmişkən, hazırda bizim Qaradağ rayonunun ərazisində iri istehsal müəssisəmiz fəaliyyət göstərir. Bununla yanaşı, şirkətin digər ölkələrdəki zavodlarında istehsal olunan məhsullarını da Azərbaycana idxal edib onların satışını həyata keçiririk. Hazırda şirkətin Azərbaycan nümayəndəliyində 100-dən artıq əməkdaş çalışır. Şirkətimiz Azərbaycanda BP, SOCAR, "Total-Abşeron", "Caspian Drilinq", "Bos Şelf", ASCO və digər şirkətlərlə uğurla əməkdaşlıq edir", - deyə direktor söyləmişdi.

2021-ci ildən etibarən Azərbaycanın müdafiə sənayesi sektoru ilə əməkdaşlıq çərçivəsində bir sıra layihələri həyata keçirən şirkətin icraçı direktoru  qarşıdakı illərdə bu sahədə əməkdaşlıqlarını genişləndirəcəklərinə ümid etiyini vurğulayaraq əlavə etdi: "Şirkətimiz ilk vaxtlarda bu mötəbər tədbirdə xüsusi fəallığı ilə seçilib. Müəyyən fasilədən sonra yenidən burada iştirakımızla qürur duyuruq. Sərginin təşkilatçılığı olduqca yüksək səviyyədədir. Bir qədər əvvəl  ölkə Prezidenti İlham Əliyev bura gələrək sərgi ilə yaxından tanış oldu, dəyərli fikir və tövsiyələrini verdi. Cənab Prezidentin çıxışına diqqətlə qulaq asdıq, olduqca faydalı məlumatlar aldıq. Ümid edirəm ki, biz də bu möhtəşəm sərgidən maksimum faydalanacağıq". 

"Xəzər  Neft və Qaz Sərgisi"ndəki uğurlu iştirakı bir daha göstərdi ki, "Franklin Offshore Caspian Ltd" innovasiyaya açıq və əməkdaşlığa hazır şirkətdir. O, bu tədbirdə real təcrübəsini, texniki bacarıqlarını və gələcəyə dair vizyonunu nümayiş etdirdi. Bu isə o deməkdir ki, şirkət Xəzər regionunda mühüm sənaye oyunçusu kimi artıq özünü təsdiqləyib və təkcə indiki bazara deyil, gələcək ehtiyaclara da hazırdır. Çünki neft və qaz kimi strateji sahələrdə etibar, peşəkarlıq və davamlı texnoloji inkişaf əsas şərtlərdir. "Franklin Offshore Caspian Ltd" bu prinsipləri yalnız kağız üzərində deyil, real layihələrdə və gündəlik əməliyyatlarında sübut edən şirkətlərdəndir. Xəzər regionu üçün mühüm texniki xidmətlər təqdim edən bu qurum həm ağır sənaye proseslərinin təhlükəsizliyini təmin edir, həm də Azərbaycanın enerji sektorunun dayanıqlığına öz töhfəsini verir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

22:06
13 İyun

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

21:17
13 İyun

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

20:34
13 İyun

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

20:24
13 İyun

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

20:09
13 İyun

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb  

19:51
13 İyun

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

19:15
13 İyun

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub 

18:36
13 İyun

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

17:56
13 İyun

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”  

17:39
13 İyun

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

17:26
13 İyun

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

17:03
13 İyun

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

16:58
13 İyun

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır  

16:47
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

16:36
13 İyun

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO  

15:59
13 İyun

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib

15:48
13 İyun

Şuşa Bəyannaməsi inteqrasiyanı təşviq edən strateji baxış sənədidir  

15:36
13 İyun

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti hər il daha da artır   

15:22
13 İyun

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub

15:21
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub  

15:20
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!