13 İyun 2026 16:47
627
DÜNYA
A- A+
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır  

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır  


“SpaceX” şirkətinin səhmlərinin ilkin kütləvi təklifi (IPO) nəticəsində tarixdə ilk trilyonçu olan amerikalı sahibkar İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazım olar.

AZƏRTAC xəbər verir ki, bu, “New York” jurnalında yazılmış məqalədə öz əksini tapıb. Bu nəhəng rəqəmin miqyasını izah etmək üçün jurnal qeyd edib ki, Mask trilyon dollar əsginası saniyədə bir əsginas olmaqla fasiləsiz saymağa başlasa, bu proses təxminən 31 min 700 il çəkər. Həmçinin bu əsginaslar bir-birinin üzərinə yığılsaydı, təxminən 67 min 866 mil hündürlüyündə bir qüllə əmələ gətirərdi. Bu pullarla 450-dən çox Olimpiya üzgüçülük hovuzunu doldurmaq olar.

Əgər bir trilyon dollar ABŞ-dəki təxminən 128 milyon ailə arasında bölüşdürülərsə, hər ailəyə təxminən 7800 dollar düşərdi. Bu isə hər nəfərə təxminən 3000 dollara yaxın məbləğ deməkdir.

“9i Capital Group” şirkətinin baş icraçı direktoru Kevin Tompson deyib ki, insanların əksəriyyəti bir trilyon dolların miqyasını dərk etmir. Belə ki, xalis sərvət nağd pul likvidliyindən fərqlidir. Xalis sərvət sahibinə aktivlərini qoruyaraq, eyni zamanda, böyük həcmdə borc alma və investisiya əldə etmək imkanı verir.

Bir trilyon dollar həcmində sərvət bir çox ölkənin illik ÜDM-nə bərabərdir. Bu da o deməkdir ki, İlon Mask artıq ortaölçülü milli iqtisadiyyatlara bərabər maliyyə gücünə sahibdir. Məsələn, bu sərvət İsveçrə kimi ölkələrin illik ümumi daxili məhsuluna (təxminən 970 milyard dollar) yaxındır. Onun sərvəti, həmçinin təxminən 1,2 trilyon dollar həcmdə iqtisadiyyata malik Niderland iqtisadiyyatına da yaxınlaşır.

Bununla yanaşı, jurnal əlavə edib ki, İlon Maskın sərvətinin böyük hissəsi nağd pul şəklində bank hesablarında olan vəsait deyil, “Tesla” və “SpaceX” kimi şirkətlərdəki səhmlərinə bağlıdır. Bundan əlavə, səhmlərin kütləvi şəkildə dərhal satılmasına mane olan birja və IPO məhdudiyyətləri səbəbindən, o, böyük miqdarda səhmi bir anda nağd pula çevirə bilməz. Bu da o deməkdir ki, göstərilən rəqəm onun mövcud likvid pul vəsaitindən daha çox, sahib olduğu aktivlərin bazar dəyərini əks etdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

11:23
26 İyul

Xəzər dənizində zəlzələ olub

11:01
26 İyul

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları

10:56
26 İyul

WSJ: ABŞ–İran müharibəsi aylarla davam edə bilər

10:31
26 İyul

ABŞ uranı ələ keçirmək üçün İrana minlərlə əsgər göndərə bilər

10:19
26 İyul

“Yay Fest”də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib

10:10
26 İyul

Kiyevə ballistik raket zərbələri endirilib, dağıntılar var

09:14
26 İyul

İstanbul hava limanı gündəlik 1623 aviareys sayı ilə Avropada birinci olub

09:07
26 İyul

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!