26 Sentyabr 2026 13:22
216
SİYASƏT
A- A+
Etimadın real kapitala çevrildiyi məkan: Bakı investorları bir araya gətirib

Etimadın real kapitala çevrildiyi məkan: Bakı investorları bir araya gətirib


Dünyada qeyri-müəyyənliyin artdığı, ticarət və investisiya axınlarının yeni istiqamətlər axtardığı bir dövrdə kapital üçün əsas meyarlar getdikcə daha çox sabitlik, etibarlılıq və uzunmüddətli perspektivlərlə müəyyən olunur. Bu baxımdan Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin beynəlxalq investorlarla əməkdaşlığında yeni mərhələnin göstəricisi kimi qiymətləndirilməlidir. Forum artıq yalnız Azərbaycanın investisiya imkanlarının təqdim olunduğu platforma deyil, qlobal kapitalın konkret layihələr və uzunmüddətli tərəfdaşlıqlar ətrafında bir araya gəldiyi strateji məkana çevrilir.

    Builki tədbirin miqyasını anlamaq üçün Forumda təmsil olunan beynəlxalq maliyyə institutlarının çəkisinə diqqət yetirmək kifayətdir. Tədbirdə 3 000-dən çox iştirakçı qeydiyyatdan keçib, 70 ölkədən 803 xarici nümayəndə Bakıya gəlib. Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqunun əsas iştirakçı siyahısında isə 48 müxtəlif qurum və investisiya platformasını təmsil edən 100-ə yaxın nümayəndə yer alır. Forumda təmsil olunan investisiya qurumlarının idarə etdiyi aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarını ötür, eyni zamanda ümumilikdə təxminən 2,8 trilyon ABŞ dolları həcmində suveren fondların, dövlət qurumlarının və pensiya fondlarının kapitalını təmsil edən institutlar tədbirdə fəal iştirak edirlər. Siyahıda dünyanın ən böyük aktiv idarəetmə şirkəti olan və idarə etdiyi aktivlərin həcmi 15,3 trilyon dollara çatan "BlackRock", onun tərkibinə daxil olan "Global Infrastructure Partners" (GIP), 2,2 trilyon dollar aktiv idarə edən və 62,6 trilyon dollarlıq aktivə kastodial xidmət göstərən BNY, eləcə də 1,5 trilyon dollar həcmində aktivlərə rəhbərlik edən PGIM kimi nəhənglər yer alır. ARDNF, "BlackRock" və GIP arasında üç-dörd il ərzində GIP-in idarə etdiyi fondlara və birgə investisiya imkanlarına 1,5 milyard dollaradək vəsaitin yatırılması, habelə data mərkəzləri, süni intellekt və hava limanı infrastrukturu üzrə imkanların araşdırılmasına dair niyyət protokolunun imzalanması bu marağın əməli müstəviyə keçdiyini göstərir.

     Ötən il keçirilmiş I Forumda ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişlərinin imzalanması və bunun 7 milyard dollarından çoxunun qeyri-neft sektoruna yönəlməsi etimaddan konkret tərəfdaşlığa keçidin əsasını qoymuşdu. İkinci Forum isə bu etimadı daha da dərinləşdirir. Prezident İlham Əliyev forum çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə çıxış edərkən bildirib: "Artıq ölkədə çox yaxşı bir investisiya mühiti var. Azərbaycana son 20 ildə 350 milyard ABŞ dollar investisiya yatırılıb və bunun yarısı xarici investisiyalardır".

     Dövlətimizin başçısı sənayeləşməyə xüsusi diqqət yetirildiyini, bu yaxınlarda müvafiq dövlət proqramının qəbul olunduğunu xatırladaraq neft-qaz sektorunun da iqtisadiyyatın mühüm hissəsi olaraq qaldığını, buradan əldə olunan gəlirlər hesabına iqtisadiyyatın digər sahələrinə yenidən investisiyaların yatırılacağını vurğulayıb. 

     Prezident investorlar üçün xüsusi maraq kəsb edən əsas məqamları açıqlayarkən müasir çağırışlara və texnoloji dəyişikliklərə çevik reaksiyanın vacibliyinə diqqət çəkib: "Biz bir çox körpülər, limanlar və gəmilər tikə bilərik. Amma biz rəqəmsallaşma, gömrük administrasiyası ilə bağlı müasir trendlərlə ayaqlaşmırıqsa və yükdaşımaların emal prosedurunu daha da asan etməsək uduzacağıq. Digər məsələ, elektrikötürmə xətləridir və burada çox böyük potensial var".

      Azərbaycanın neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları və gübrələr ixrac etdiyini söyləyən Prezident bildirib biz regionda nadir ölkələrdən biriyik ki, bunların hamısını ixrac edirik: "Biz istəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək, xüsusilə də Avropa bazarına”. 

     Azərbaycanın beynəlxalq investorlar üçün əhəmiyyətini artıran əsas amillərdən biri ölkənin regional və qlobal iqtisadin əlaqələr sistemində dəyişən roludur. Qlobal təchizat zəncirlərinin yenidən qurulduğu bir dövrdə Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan yalnız tranzit coğrafiyası deyil, istehsal və rəqəmsal dəyər zəncirlərinin mərkəzinə çevrilir. Bu prosesdə Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən Orta dəhliz aparıcı drayver rolunu oynayır. Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi, Bakı Beynəlxalq Dəniz Limanının genişləndirilməsi, Ələt Azad İqtisadi Zonasının inkişafı və formalaşmaqda olan Zəngəzur dəhlizi – TRIPP bağlantısı regionda yeni investisiya mühiti formalaşdırır.

    Ölkəmizin strateji mövqeyi və unikal qovşaq rolundan bəhs edən Prezident İlham Əliyev vurğulayıb: "Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazdadır, amma Mərkəzi Asiya regionunda tamhüquqlu üzv olduq. Əlbəttə ki, idarəçilik, inzibatçılıq, nəqliyyatın rəqəmsallaşması, gömrük qaydaları, hansılar ki, investorlar üçün çox açıq, aşkar, aydındır, tənzimləyici çərçivə – bütün bunlar bizim potensialımızı gücləndirir. Bizim regionda geosiyasi vəziyyət dəyişsə, 5 il əvvəlki vəziyyətə qayıtsa, biz yenə də təchizatçılar üçün çox cəlbedici olacağıq". 

     Bütün bunlar göstərir ki, Azərbaycan xarici investorlar üçün yalnız 10 milyonluq daxili bazar deyil, Mərkəzi Asiyadan Avropaya qədər uzanan nəhəng iqtisadi coğrafiyaya çıxış imkanı deməkdir. Nəqliyyat və enerji dəhlizlərinin, rəqəmsal infrastrukturun və müasir idarəetmə mexanizmlərinin vəhdəti ölkəmizi qlobal kapitalın uzunmüddətli və etibarlı sığınacağına çevirir. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun yekunları ölkənin milli iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektoruna innovativ texnologiyaların cəlb edilməsinə və Azərbaycanın Avrasiyanın əsas iqtisadi-logistik mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Etimadın real kapitala çevrildiyi məkan: Bakı investorları bir araya gətirib

13:22
26 Sentyabr

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB

12:39
26 Sentyabr

“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub

12:15
26 Sentyabr

Bilmək istəyirəm

11:10
26 Sentyabr

Dövlət Duması seçkilərinin nəticələri açıqlandı

11:05
26 Sentyabr

İran ABŞ-yə Hörmüz boğazının yenidən açılması planını təklif edib

11:00
26 Sentyabr

"İlk üçlükdə yer almaq məni çox sevindirir"

10:55
26 Sentyabr

"Bura Bakıdır və trasda hər an hər şey dəyişə bilər"

10:50
26 Sentyabr

"Formula-1" Azərbaycan Qran-prisində sürət daha da artır

10:45
26 Sentyabr

Şəhərlərin abadlığı həyətlərin səliqəsindən və yaşıllığından başlayır

10:40
26 Sentyabr

Xahiş etdim, əməl olundu

10:35
26 Sentyabr

Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib

10:30
26 Sentyabr

"Abidələrimizdə yaşayan tariximiz"

10:25
26 Sentyabr

Şəhərin tıxacını yalnız dövlət qurumları yox, hamılıqla həll etməliyik

10:20
26 Sentyabr

Ailəmiz dövlət qayğısı ilə əhatə olunub

10:15
26 Sentyabr

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib YENİLƏNƏCƏK

10:14
26 Sentyabr

Şəhidlər heç vaxt unudulmur

10:10
26 Sentyabr

Masallı rayon rəhbərliyi Bakıda şəhid məzarlarını ziyarət edib

10:05
26 Sentyabr

Milli Qəhrəman Fazil Mehdiyevin xatirəsi ehtiramla yad edildi

10:00
26 Sentyabr

Vətən müharibəsini simvolizə edən 44 rəsm əsəri nümayiş etdirilmişdir

09:55
26 Sentyabr

"Sən mənimlə həmişə fəxr edəcəksən"

09:50
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!