26 Sentyabr 2026 10:15
1453
Oxucu məktubları
A- A+
Ailəmiz dövlət qayğısı ilə əhatə olunub

Ailəmiz dövlət qayğısı ilə əhatə olunub


Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ yanaşılır. 

Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayon icra hakimiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən müraciətlər vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Mən Qarabağ döyüşlərində iştirak edib yaralanmışam, 1-ci qrup əliləm. Ailə üzvlərim çox olduğundan dolanışığımız olduqca çətinləşib. Bu barədə rayon icra hakimiyyətinə müraciət etdim. Çox çəkmədi ki, rayon icra hakimiyyətinin rəhbəri və şəhər bələdiyyəsinin sədri evimə gəlib, vəziyyətimlə maraqlandılar. İcra başçısı aidiyyətı qurumların nümayəndələrinə tapşırıqlar verdi, az bir zamanda çətinliklərimiz aradan qaldırıldı. Bir müddətdən sonra şəhər bələdiyyəsi ailəmizi nəzarətə götürdü. Bundan başqa, bir sıra məsələlərin həlli istiqamətində də bizə köməklik göstərildi. 

Məlumat üçün qeyd edim ki, 2019-cu ildə rayon rəhbərliyi tərəfindən yaşadığım evin dam örtüyü də tamamilə yenilənmiş, otaqlarda döşəmə dəyişdirilmiş, köhnə qapılar yenisi ilə əvəz olunmuş, həyətə çınqıl döşənmişdir. Evin giriş hissəsinə beton tökülmüşdür. 

Hörmətli redaksiya! Müharibə veteranlarına göstərilən diqqət və  qayğıya görə ölkə rəhbərinə dərin minnətdarlığımızı bildiririk.

 

İlham HACIYEV,

Qazax şəhər Əliağa Şıxlinski küçəsinin sakini, 1-ci qrup əlil

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ZƏFƏR gündəliyi

08:50
23 Oktyabr

Putin Rusiyanın Ukrayna münaqişəsinə dair üçtərəfli danışıqlara hazır olduğunu bildirib  

08:46
23 Oktyabr

İtkin düşmüş şəxslər üzrə BMT çərçivəsində xüsusi mexanizmin yaradılması zəruridir

08:40
23 Oktyabr

"Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının nəticələri təqdim edilib

08:30
23 Oktyabr

İslam maliyyəsi: şəffaf, rəqabətədavamlı və səmərəli

08:20
23 Oktyabr

Makronun ictimai etimad göstəriciləri Fransada siyasi vəziyyətin ağırlaşdığını göstərir

08:10
23 Oktyabr

Ölkəmiz regionda sabitliyi təmin edib

08:00
23 Oktyabr

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
23 Oktyabr

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə

00:58
23 Oktyabr

E.M.Yusubovun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında

00:57
23 Oktyabr

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 sentyabr tarixli 476-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:56
23 Oktyabr

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!