25 Sentyabr 2022 01:05
920
İQTİSADİYYAT
A- A+
Ərzaq təhlükəsizliyi dövlətin diqqətində olan əsas məsələdir

Ərzaq təhlükəsizliyi dövlətin diqqətində olan əsas məsələdir

 

Quşçuluğun inkişafında elmi əsaslara üstünlük veriləcək

 

Azərbaycanda aparılan aqrar islahatların əsas hədəfi ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bu istiqamətdə görülən işlər  öz müsbət nəticəsini verir. Ötən əsrin 90-cı illərində ölkənin ticarət şəbəkələrində satılan kənd təsərrüfatı məhsullarının mütləq əksəriyyətini idxal olunan mallar təşkil edirdisə, indi satışda olan məhsulların çoxu yerli istehsaldır. 
Son dövrlər aqrar sektordan əldə edilən məhsulların çəkisi sürətlə artır. Bu gün demək olar ki, yerli istehsal daxili tələbatı ödəməklə ixraca da imkan yaradır. Qeyri neft-qaz sektoruna məxsus malların ixracda çəkisinin yüksək olması da bununla bağlıdır.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-avqust aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7428,8 milyon manat təşkil etmişdir ki, onun da 3341,1 milyon manatı heyvandarlıq, 4087,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı  istehsalı 3,2, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,7, bitkiçilik məhsulları üzrə isə 3,6 faiz artmışdır.
Cari ilin 8 ayının statistikası göstərir ki, bu dövrdə ölkədə quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 2,9 faiz artaraq 364,2 min ton, yumurta istehsalı 4,2 faiz artaraq 1323,3 milyon ədəd olub. İndi ölkədə istehsal olunan quş əti və yumurta əhalinin tələbatının 80 faizdən çoxunu ödəyir. Məqsəd qarşıdakı illərdə daxili tələbatı tam ödəməklə ixraca da nail olmaqdır. 
Hazırda ölkədə quşçuluğun inkişafına da xüsusi diqqət yetirilir. Bu günlər Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə "Azərbaycan Quş əti, Yumurta İstehsalçılar və İxracatçıları Assosiasiyası" İctimai Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Belə ki, məqsəd təşkilati-hüquqi formasından asılı olmayaraq, ölkə ərazisində qeydiyyata alınmış müəssisə və təşkilatlar arasında əməkdaşlığın qurulması, həmçinin əməkdaşlıq nəticəsində quşçuluq fəaliyyətinin daha da inkişaf etdirilməsinə elmi əsaslarla dəstək göstərməkdir.
Eləcə də məqsəd quş əti, yumurta istehsalı və ixracı ilə məşğul olan fərdi sahibkarlar, həmçinin hüquqi şəxslərin maraqlarının qorunması istiqamətində təsərrüfat subyektlərinin uzunmüddətli və hərtərəfli iqtisadi əlaqələrinin inkişafına yardım etməkdir. Eyni zamanda təsərrüfat subyektləri arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə təcrübə mübadiləsi seminar, konfrans, sərgi, yarmarka və işgüzar görüşlərin təşkil olunmasına yardım göstərməkdir. Bundan başqa, ixtisaslaşmış kadrların hazırlanması məqsədilə mütəxəssislərlə birgə təlimlərin keçirilməsi, müasir metodların tətbiqi ilə quşçuluq sahəsində təlim və təcrübə mübadiləsinin aparılması, həyata keçiriləcək  layihələrin koordinasiyası üzrə birgə fəaliyyətin göstərilməsi, məsləhət-informasiya xidmətinin təşkili nəzərdə tutulur.
Tərəflər həmçinin subyektlərdə riskləri qiymətləndirməklə qabaqlayıcı tədbirlərin görülməsi üçün bütün yaş qrupları üzrə quş yemlərinin keyfiyyət göstəricilərinin təyin edilməsi və analizlərinin aparılması, yeni tərkibdə istehsal olunan quş yemlərinin sınağının keçirilməsi, respublikaya damazlıq məqsədilə gətirilən yeni xətt və krosların sınağı istiqamətində əməkdaşlıq edəcəklər. Bununla bərabər, yerli şəraitdə adaptiv xüsusiyyətlərin öyrənilməsi, mövcud genofondun qorunması və ikimərhələli seleksiya-damazlıq proqramlarının hazırlanması, yüksək məhsuldar quşların yeni xətt və kroslarının yaradılması, cins quşların damazlıq pasportu (şəhadətnaməsi) və damazlıq ehtiyatlarının sertifikatlaşdırılması, yerli quş cins, xətt və kroslarının patentləşdirilməsi və qorunması, damazlıq yumurtanın inkubasiya keyfiyyətinin təyin edilməsi, fermerlərə konsaltinq xidmətlərinin göstərilməsi təmin ediləcək. Tərəflər eləcə də Ümumdünya Quşçuluq Elmi Assosiasiyası ilə əməkdaşlığın qurulmasına dəstək, beynəlxalq konqreslərdə, konfranslarda və sərgilərdə işçi qrupların iştirakının təmin olunması, dünya quşçuluq təsərrüfatları ilə əlaqələrin yaradılması istiqamətlərində monitorinqlərin keçirilməsi ilə bağlı razılığa gəliblər.

Rüstəm KAMAL,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

22:06
13 İyun

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

21:17
13 İyun

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

20:34
13 İyun

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

20:24
13 İyun

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

20:09
13 İyun

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb  

19:51
13 İyun

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

19:15
13 İyun

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub 

18:36
13 İyun

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

17:56
13 İyun

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”  

17:39
13 İyun

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

17:26
13 İyun

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

17:03
13 İyun

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

16:58
13 İyun

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır  

16:47
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

16:36
13 İyun

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO  

15:59
13 İyun

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib

15:48
13 İyun

Şuşa Bəyannaməsi inteqrasiyanı təşviq edən strateji baxış sənədidir  

15:36
13 İyun

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti hər il daha da artır   

15:22
13 İyun

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub

15:21
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub  

15:20
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!