04 Iyul 2024 22:13
177
CƏMİYYƏT
A- A+

Ədliyyə naziri İraqın nümayəndə heyəti ilə görüşüb

 

Ədliyyə naziri Fərid Əhmədov ölkəmizdə səfərdə olan İraq Respublikası Ali Məhkəmə Şurasının sədri Faiq Zidanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Nazir ölkələr arasında həm ikitərəfli, həm də beynəlxalq müstəvidə əməkdaşlığın inkişaf etdirildiyini vurğulayıb. Fərid Əhmədov ölkəmizdə elektron məhkəmə və elektron icra sisteminin tətbiq edilməsi, hakimlərin hazırlığı və ədliyyə sahəsində görülən digər işlər barədə məlumat verib. Nazir qeyd edib ki, iki ölkə arasında hüquqi sahədə əlaqələrin inkişafı üçün geniş imkanlar var. İraq nümayəndə heyətinin rəhbəri Faiq Zidan səmimi qəbula görə öz minnətdarlığını ifadə edib. Bu səfərin ölkələr arasında hüquqi sahədə həyata keçirilən ilk səfər olduğunu vurğulayan qonaq məhkəmə və ədliyyə sahəsində əməkdaşlığın qurulmasında, eləcə də ölkəmizin təcrübəsinin öyrənilməsində qarşılıqlı səfərlərin vacibliyini qeyd edib. Həmçinin görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video