06 İyun 2026 09:00
136
CƏMİYYƏT
A- A+
Dost gəlişi bayram olur

Dost gəlişi bayram olur


Mingəçevirin nümayəndə heyəti Belarusun Polotsk şəhərinə səfər edib


Belarus Respublikasının Polotsk şəhərində keçirilən "Şəhər günü" tədbirlərinə Mingəçevirin nümayəndə heyəti də qatılıb. Polotsk Rayon İcraiyyə Komitəsinin sədri Vasili Şilovun dəvəti ilə həyata keçirilən səfərdə Mingəçevir şəhərini şəhər icra hakimiyyəti başçısının müavini Fərid Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. 

Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov və "Mingəçevir Tekstil" MMC-nin direktoru Əli Əsədovun da iştirak etdikləri səfər çərçivəsində nümayəndə heyəti Polotsk şəhərinin rəhbərliyi ilə görüş keçirərək şəhərlər arasında mövcud əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərini müzakirə edib. Görüşlər zamanı iqtisadiyyat, sənaye, kommunal təsərrüfat, təhsil, mədəniyyət və digər sahələrdə qarşılıqlı təcrübə və gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb. 

Nümayəndə heyəti həmçinin "Şəhər günü" münasibətilə təşkil olunan rəsmi qəbulda, mədəni-kütləvi tədbirlərdə, sərgilərdə və bayram proqramına daxil edilmiş digər tədbirlərdə iştirak edib. Səfər zamanı Polotsk şəhərinin tarixi-mədəni irsi və sosial-iqtisadi inkişaf göstəriciləri ilə yaxından tanışlıq imkanı da olub. 

Qeyd edək ki, Mingəçevir və Polotsk şəhərləri arasında qardaşlaşma və əməkdaşlıq münasibətləri uzun illərdir uğurla davam edir. Nümayəndə heyətinin bu səfəri iki şəhər arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, iqtisadi, humanitar və mədəni əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.


Lazım QULİYEV,    

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!