06 İyun 2026 08:55
636
Mədəniyyət
A- A+
ADAU-da akademik Məmmədtağı Cəfərovun 90 illiyi qeyd edilib

ADAU-da akademik Məmmədtağı Cəfərovun 90 illiyi qeyd edilib


Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) görkəmli alim, Əməkdar elm xadimi, akademik Məmmədtağı Cəfərovun anadan olmasının 90 illiyi qeyd edilmişdir. 

Tədbir iştirakçıları əvvəlcə akademikin məzarını ziyarət edərək onun xatirəsini yad etmiş, məzarı önünə gül dəstələri düzmüşlər. Sonra tədbir iştirakçıları universitetdə Məmmədtağı Cəfərovun ömür və yaradıcılıq yolunu əks etdirən sərgi ilə tanış olmuşlar. 

Tədbiri giriş sözü ilə ADAU-nun rektoru Zəfər Qurbanov açaraq akademikin Azərbaycanda aqrar elm və təhsilin inkişafına verdiyi töhfələrdən danışmış, alimin zəngin elmi irsi və fundamental tədqiqatlarının uzun illər Azərbaycanda aqrar elmin inkişaf istiqamətlərinin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırmışdır.

Akademik Məmmədtağı Cəfərovun həyat və yaradıcılığına həsr olunan videoçarxın nümayişindən sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov,  Milli Məclisin deputatları Naqif Həmzəyev və Müşfiq Cəfərov, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərov, AMEA-nın müşaviri, akademik Adil Qəribov, ADAU-nun kafedra müdiri, professor Hasil Fətəliyev çıxış edərək Məmmədtağı Cəfərovun yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssislərinin hazırlanmasında və aqrar təhsilin inkişafında göstərdiyi xidmətlərdən danışmışlar. 

Çıxış edən Şəlalə Cəfərova həyat yoldaşına göstərilən ehtirama və diqqətə görə təşkilatçılara və iştirakçılara minnətdarlığını ifadə etmiş, belə tədbirlərin görkəmli alimlərin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılmasında mühüm əhəmiyyət daşıdığını qeyd etmişdir. 


S.YUNİSOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

02:42
15 İyul

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşüb

22:27
14 İyul

Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb

21:43
14 İyul

Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

20:26
14 İyul

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

18:46
14 İyul

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir

18:38
14 İyul

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında 26 məsələyə baxılıb

18:36
14 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

18:14
14 İyul

Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir

18:09
14 İyul

Müstəqil xarici siyasətin dəyişməz prinsipləri

17:54
14 İyul

Baş nazir Əli Əsədov “Damen Shipyards Group” şirkətinin baş icraçı direktoru ilə görüşüb

17:49
14 İyul

Milli Məclisin sədri Qətərə səfər edib

17:25
14 İyul

Azərbaycan və Slovakiyanın daxili işlər nazirləri əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar

17:19
14 İyul

IV Şuşa Qlobal Media Forumu başa çatıb

16:21
14 İyul

ŞUŞADAN DÜNYAYA BAXIŞ

16:00
14 İyul

Xocavənd rayonunun Xocavənd kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır

15:48
14 İyul

Slovakiya Prezidenti Prezident İlham Əliyevə qonaqpərvərliyə görə təşəkkür edib

15:31
14 İyul

Bərpaolunan enerji istehsalı üzrə tarixdə ən sürətli artım qeydə alınıb - Hesabat

15:16
14 İyul

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

15:07
14 İyul

Prezident İlham Əliyev Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları Şuşadan dünyaya bəyan etdi  

15:06
14 İyul

DSMF sədri Bakıda növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib

15:01
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!