06 İyun 2026 08:10
147
İQTİSADİYYAT
A- A+
"Cənub qaz dəhlizi"nin ehtiyat mənbəyi

"Cənub qaz dəhlizi"nin ehtiyat mənbəyi


"Şahdəniz"  üzrə Hasilatın Pay Bölgüsü Sazişinin imzalanmasından 30 il ötür


2026-cı il dünyanın nəhəng karbohidrogen yataqlarından biri olan "Şahdəniz"in yubiley ilidir. Belə ki, 30 il əvvəl - 1996-cı il iyunun 4-də Bakıda SOCAR və xarici şirkətlər arasında Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Saziş (HPBS) imzalanıb. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin il oktyabrın 17-də qüvvəyə minib.

"Şahdəniz" həmin yataqdır ki, Azərbaycanı dünyada qaz ixracatçısı kimi tanıdıb. Bu gün şaxələnərək dünyanın 16 ölkəsinə qaz nəql edən "Cənub qaz dəhlizi"nin əsas ehtiyat mənbəyi məhz bu yataqdır.

"Şahdəniz" layihəsinin  operatoru olan BP-dən aldığımız məlumatda vurğulanır ki, bu, dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir və şirkətin indiyə qədər kəşf etdiyi ən böyük qaz yatağıdır. 20 ilə yaxındır bu yataq Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyəni təhlükəsiz və etibarlı şəkildə qazla təchiz edir. 2020-ci ilin dekabrında "Cənub qaz dəhlizi"nin tamamlanması nəticəsində "Şahdəniz" Xəzərdən minlərlə mil uzaqda yerləşən Avropa istehlakçılarını qazla təmin etməklə Avropa üçün yeni enerji təchizatı mənbəyinə çevrilib.

Xatırladaq ki, "Şahdəniz" Xəzər dənizinin dərinsulu şelfində, Bakıdan 70 kilometr cənub-şərqdə yerləşir və yatağın ərazisində suyun dərinliyi 50 metrdən 600 metrədək dəyişir, sahəsi isə 140 kvadratkilometrdən çoxdur.

1999-cu ildə kəşf edilmiş yataqda ilkin hesablamalara görə, təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı var. "Şahdəniz"dən ilk hasilat  2006-cı ildə əldə edilib. Bu o deməkdir ki, həm də yataqdan ilk hasilatın 20 ili tamam olur.

"Şahdəniz"in  "yaş"ı  çox olmasa da, salnaməsi zəngindir. Belə ki, 2013-cü il dekabrın 17-də "Şahdəniz" konsorsiumu yatağın işlənməsinin ikinci mərhələsi üçün yekun investisiya qərarını elan etdi. İkinci faza 2018-ci ildə hasilata başladı. 

Keçən il "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından ümumilikdə təxminən 27 milyard standart kubmetr qaz və təxminən 4 milyon ton (təqribən 32 milyon barel) kondensat hasil olunub. İlk hasilat başlayandan carı ilin birinci rübünün sonunadək yataqdan 271 milyard kubmetr qaz və təxminən 53 milyon ton kondensat çıxarılıb.

"Şahdəniz"in quyuları özünün məhsuldarlığı ilə də seçilir. BP-nin dünya üzrə ən yüksək hasilat göstəricisinə malik 20 quyusundan 17-si bu yataqdadır. Bu isə yataq layının yüksək keyfiyyətini və əməliyyat mükəmməlliyini aydın şəkildə nümayiş etdirir. 

Hazırda "Şahdəniz" yatağının ən məhsuldar quyusundan hasilat gündə 28 min barel neft ekvivalentinə çatır. İndiyə qədər "Şahdəniz"də ümumilikdə 34, o cümlədən "Şahdəniz-1"də 11, "Şahdəniz-2"də 23 quyu qazılıb. Bu quyulardan 32-si hazırda istismardadır.

2006-cı ildə istifadəyə verildikdən etibarən CQBK, eləcə də genişləndirilmiş CQBK vasitəsilə daxili bazarlar da daxil olmaqla təxminən 271 milyard kubmetr "Şahdəniz" qazı ixrac edilib. Cari ilin birinci rübünün sonuna "Şahdəniz" layihəsi üzrə fəaliyyətlərə ümumilikdə 31 milyard dollar əsaslı xərclər çəkilib.

"Şahdəniz" layihəsi texniki təhlükəsizlik üzrə də yüksək göstəricilər əldə edib. Bu həm də ətraf mühitə məsuliyyətlə yanaşan bir layihədir. İndiyədək layihə çərçivəsində 16 Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi və 98 dəniz, quru və sahilyanı ərazilər üzrə monitorinq tədqiqatları aparılıb.  

Beləliklə, "Şahdəniz" yatağının kəşf edilməsi və işlənməsi Azərbaycanın regional və beynəlxalq miqyasda iri qaz təchizatçısı kimi artan rolunu gücləndirərək ölkənin qarşıdan gələn onilliklər ərzində neft və qaz gəlirlərinin artmasına zəmin yaradıb. Bu layihə Azərbaycanı ən irihəcmli birbaşa xarici investisiya ilə təmin edib və  iqtisadiyyatımızı daha da gücləndirib. Ölkəmiz quruda yerləşən yeni obyektlərə, dəniz qurğularına və ixrac infrastrukturuna sahib olub. Bunların hamısı qabaqcıl texnologiyalardan istifadə olunmaqla beynəlxalq standartlara uyğun inşa edilib.

"Şahdəniz" üzrə sazişin imzalanmasının 30-cu ildönümü Azərbaycanın neft-qaz səna-yesinin yeni tarixində mühüm bir mərhələdir. Bu, təkcə SOCAR, BP və "Şahdəniz" sazişi üzrə digər tərəfdaşlar üçün deyil, bütün xalqımız üçün tarixi əhəmiyyət daşıyan bir gündür.


 Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səhnə işığında keçən ömür

09:15
06 İyun

Masallıda kütləvi veloyürüş keçirilib

09:10
06 İyun

Təbiətin şıltaqlığı pambıqçıları qorxutmur

09:05
06 İyun

Dost gəlişi bayram olur

09:00
06 İyun

ADAU-da akademik Məmmədtağı Cəfərovun 90 illiyi qeyd edilib

08:55
06 İyun

Gəncədə "Heydər Əliyev məktəbi" layihəsinə start verilib

08:50
06 İyun

Zəmilərin sakitliyi pozuldu

08:45
06 İyun

Qərbi Azərbaycanın düşüncə və mədəniyyət tariximizdə yeri

08:40
06 İyun

Ermənistanın 7 iyun sınağı

08:35
06 İyun

Rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün mühümdür

08:30
06 İyun

Artıq müvəqqəti sığınacaqların deyil, firavan gələcəyin xronikası yazılır

08:25
06 İyun

Azərbaycanın enerji manifesti: suveren iradənin təntənəsi

08:20
06 İyun

Məşhur Çin şirkəti Azərbaycanla əlaqələr qurmaqda maraqlıdır

08:15
06 İyun

"Cənub qaz dəhlizi"nin ehtiyat mənbəyi

08:10
06 İyun

Parlamentin növbədənkənar sessiyası öz işinə başladı

08:05
06 İyun

Azərbaycanın enerji və inkişaf modeli

08:00
06 İyun

Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında

01:54
06 İyun

Su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında

01:53
06 İyun

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib  

22:28
05 İyun

Putin Zelenski ilə mümkün görüş barədə danışıb  

22:01
05 İyun

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

21:54
05 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!