08 İyul 2026 11:35
422
Mədəniyyət
A- A+
Daşkənddə “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” kitab-albomu təqdim olunub

Daşkənddə “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” kitab-albomu təqdim olunub


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin müəllifi olduğu, Azərbaycan və özbək dillərində nəşr edilmiş “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” kitab-albomu iyulun 7-də Özbəkistanın paytaxtı Daşkənddə ictimaiyyətə təqdim olunub.

QMİ-nin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimində Özbəkistan Prezidentinin müşaviri Şuhrat Qaniyev, Millətlərarası münasibətlər və xaricdəki həmvətənlərin məsələləri komitəsinin sədri Qahramon Sarıyev, dövlət və ictimaiyyət nümayəndələri, elm və mədəniyyət xadimləri, bu ölkədə yaşayan azərbaycanlılar, həmçinin burada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi çıxış edib. Natiqlər bildiriblər ki, kitab-albom Azərbaycan ilə Özbəkistan arasında tarixi dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərini, iki xalqın ortaq mənəvi dəyərlərini və dini əlaqələrini əks etdirən əhəmiyyətli nəşrdir.

Ümumilikdə 216 səhifədən ibarət olan kitab-albomda Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış qardaşlıq münasibətlərinin dövlətlərarası əməkdaşlığın müttəfiqlik səviyyəsinə yüksəlməsinə verdiyi töhfələr və dini-mənəvi əlaqələrin inkişafı əksini tapıb. Nəşrdə, həmçinin şeyxülislam Allahşükür Paşazadənin müxtəlif illərdə Azərbaycanda və Özbəkistanda keçirilən tədbirlərdəki çıxışları, məruzələri, məktubları, konfrans materialları və zəngin fotoşəkillər toplanıb.

Kitabın nəşrinə məsul şəxs QMİ sədrinin birinci müavini, müfti Salman Musayev, tərtibçisi isə QMİ Mətbuat xidmətinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Rəhimə Dadaşovadır.

Təqdimat mərasimində çıxış edən şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ortaq tarixə, dini və mənəvi dəyərlərə söykənir. O, müasir Özbəkistanın inkişafını, İslam sivilizasiyasının tədqiqi və təbliği istiqamətində həyata keçirilən layihələri yüksək qiymətləndirib.

Şeyxülislam qeyd edib ki, yalnız əsl liderlər xalqın milli-mənəvi irsinin qorunmasına və dünyada tanıdılmasına davamlı töhfə verirlər. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev bu baxımdan iki qardaş xalqın ortaq dəyərlərinin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm xidmətlər göstərirlər.

Sonda bildirilib ki, “Qardaşlıq və Müttəfiqliyin Zirvəsi” kitab-albomu Azərbaycan ilə Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin, həmçinin ortaq dini-mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşada “Sözün həsrəti –Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub

20:14
19 İyul

Baş Dövlət Yol Polisi İdarəsindən xəbərdarlıq

15:37
19 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsi başa çatıb

14:03
19 İyul

Azərbaycan nümayəndə heyəti BMT tədbirlərinə qatılıb

13:58
19 İyul

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:39
19 İyul

Azərbaycan Cənubi Qafqazda ən sürətli internetə malikdir

13:19
19 İyul

Rusiyanın Stavropol diyarında dron hücumundan sonra fövqəladə vəziyyət elan edilib

12:52
19 İyul

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq

12:49
19 İyul

Kiyevə raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib

11:38
19 İyul

Fransa-İngiltərə oyunu çempionat tarixində üçüncü yer uğrunda ən çox qol vurulan matç olub

10:43
19 İyul

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

09:13
19 İyul

Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər hava zərbələrinə məruz qalıb - Hadisə yerindən FOTOREPORTAJ YENİLƏNİB

08:03
19 İyul

İngiltərə Fransaya qalib gələrək dünya üçüncüsü olub

07:31
19 İyul

Almaniya Kansleri Fridrix Merts istefaya çağırıldı

23:45
18 İyul

Vaqif Poeziya Günlərində “Sözün gülüşü – Şuşa hekayələri” adlı tamaşa təqdim edilib

23:43
18 İyul

Vaqif Poeziya Günləri çərçivəsində “Şuşa gecələri – interaktiv poeziya saatı" təşkil edilib

20:49
18 İyul

XİN: Gəmi kapitanının cənazəsi ölkəmizə yola salınıb

19:37
18 İyul

Almaniyanın “Cicero” jurnalı: Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir

14:17
18 İyul

Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

12:53
18 İyul

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

12:32
18 İyul

BMT sammitində Azərbaycanın sülh təcrübəsindən danışılıb

11:19
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!