08 İyul 2026 12:55
250
CƏMİYYƏT
A- A+
Ekspert: Sosial şəbəkələrdə yaşın yoxlanılması uşaqların müdafiəsi baxımından vacib addımdır

Ekspert: Sosial şəbəkələrdə yaşın yoxlanılması uşaqların müdafiəsi baxımından vacib addımdır


Sosial şəbəkələrdə uşaqların qeydiyyatı zamanı yaşın yoxlanılması mexanizminin tətbiqi, bununla bağlı qanunvericiliyə edilən dəyişikliklər uşaqların hüquqlarının müdafiəsi baxımından çox vacib və vaxtında atılmış addımdır. Uzun illərdir uşaq hüquqlarının müdafiəsi sahəsində çalışıram. Həm rəhbərlik etdiyimiz qeyri-hökumət təşkilatının fəaliyyəti, həm beynəlxalq uşaq təşkilatlarında iştirakımız, həm də Uşaq Qaynar Xətt xidməti vasitəsilə ailələr və uşaqlarla birbaşa iş təcrübəmiz göstərir ki, rəqəmsal mühit artıq uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Ümidli” Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin rəhbəri, uşaq hüquqlarının müdafiəsi üzrə ekspert Kəmalə Aşumova səsləndirib.

O bildirib ki, sosial şəbəkələr və rəqəmsal platformalar uşaqlara təhsil almaq, ünsiyyət qurmaq və öz bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanlar yaradır. Lakin bununla yanaşı, kiberzorakılıq, cinsi istismar məqsədilə əlaqələrin qurulması, zərərli məzmun, dezinformasiya və psixoloji təzyiq kimi ciddi risklər də mövcuddur. Bu risklər artıq təkcə ölkəmizdə deyil, bütün dünyada narahatlıq doğuran problemlər sırasındadır. Məhz buna görə də dövlətin uşaqların yaş xüsusiyyətlərinə uyğun təhlükəsiz rəqəmsal mühit yaratmaq məqsədilə hüquqi mexanizmlər formalaşdırması olduqca əhəmiyyətlidir.

“Bəzən qanunvericilikdə "məhdudiyyət" ifadəsi yanlış anlaşılır və sanki uşaqların internetdən uzaqlaşdırılması kimi qiymətləndirilir. Halbuki məqsəd qadağa tətbiq etmək deyil. Məqsəd valideyn məsuliyyətini gücləndirmək, ailədaxili ünsiyyəti möhkəmləndirmək, uşaqlarda rəqəmsal mühitdən təhlükəsiz istifadə vərdişlərini formalaşdırmaq, eyni zamanda, platforma sahiblərinin də məsuliyyətini artırmaqdır. Bu mexanizmlərin tətbiqi zamanı şəxsi məlumatların məxfiliyinin qorunması əsas prinsiplərdən biri olmalıdır. Yaşın təsdiqlənməsi prosesində minimum həcmdə məlumatın toplanması və həmin məlumatların təhlükəsizliyinin təmin edilməsi xüsusi diqqət tələb edir.

Yaşın yoxlanılması mexanizminin əsas məqsədi uşaqların yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında nəzarətsiz qeydiyyatının və istifadəsinin qarşısını almaq, onların psixoloji və mənəvi inkişafına mənfi təsir göstərə biləcək məzmunlardan qorunmasını təmin etməkdir. Eyni zamanda, bu mexanizm uşaqların hüquqlarının qorunmasına görə bütün tərəflərin – ilk növbədə valideynlərin, platforma sahiblərinin və bu sahədə fəaliyyət göstərən qurumların məsuliyyətini artırmağa xidmət edir”, - deyə ekspert vurğulayıb.

K.Aşumova bildirib ki, bu yanaşma beynəlxalq təcrübə ilə tam uzlaşır və son illərdə bir çox ölkələrdə uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması məqsədilə oxşar hüquqi mexanizmlər tətbiq edilir. Müxtəlif dövlətlərdə yaş həddi 15, 16 və ya 18 yaş müəyyən edilsə də, bu fərqlər uşaqların psixoloji və fizioloji inkişaf xüsusiyyətləri nəzərə alınmaqla müəyyənləşdirilir. Qanunun effektivliyi isə yalnız nəzarət və sanksiyalarla deyil, preventiv tədbirlər və maarifləndirmə ilə təmin oluna bilər. Məqsəd uşaqları internetdən uzaqlaşdırmaq deyil, onların rəqəmsal mühitdən təhlükəsiz istifadəsini təmin etməkdir.

“BMT-nin Uşaq Hüquqları Konvensiyasına və Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında" Qanununa əsasən, 18 yaşına çatmamış şəxslərin müdafiəsi valideynlərin, qəyyumların və dövlətin məsuliyyətidir. Bu baxımdan yeni mexanizmlər valideynləri uşaqları ilə birlikdə rəqəmsal savadlılığı artırmağa təşviq edir. Valideyn nəzarəti sərt qadağalara deyil, qarşılıqlı etimad, açıq ünsiyyət və qayğı prinsiplərinə əsaslanmalıdır ki, uşaq qarşılaşdığı təhlükə və ya problemləri çəkinmədən valideyni ilə bölüşə bilsin. Belə imkanın olmadığı hallarda erkən müdaxilə və dəstək mexanizmləri, o cümlədən Uşaq Qaynar Xətti kimi anonim müraciət xidmətlərinin daha geniş tanıdılması xüsusi əhəmiyyət daşıyır”, - deyə o əlavə edib.

Ekspert bildirib ki, qanunun uğurlu tətbiqi üçün rəqəmsal savadlılığın artırılması əsas şərtlərdən biridir. Valideynlərin maarifləndirilməsi ilə yanaşı, rəqəmsal təhlükəsizlik və rəqəmsal savadlılıq məktəb proqramlarının mühüm tərkib hissəsinə çevrilməli, aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları monitorinq, maarifləndirmə və ictimai məlumatlandırma fəaliyyətini gücləndirməlidirlər. Bu cür fəaliyyət uşaqlarda məsuliyyətli rəqəmsal davranış vərdişlərinin formalaşmasına xidmət edir. Xüsusilə 10 yaşdan yuxarı uşaqlarda bu bacarıqların inkişafı vacibdir, daha kiçik yaşlı uşaqların rəqəmsal təhlükəsizliyində isə əsas məsuliyyət valideynlərin üzərinə düşür.

“Yalnız məhdudiyyətlərlə istənilən nəticəyə nail olmaq mümkün deyil. Uşaqlara idman, incəsənət, yaradıcılıq, dil kursları və ailə ilə birgə fəaliyyət kimi alternativ inkişaf imkanları yaradılmalıdır. Bu, onların sosiallaşmasını gücləndirməklə yanaşı, telefon, kompüter və internetdən asılılıq riskini də azaldır. Xüsusilə aztəminatlı ailələrin və əlilliyi olan uşaqların rəqəmsal imkanlara çıxışı təmin edilməli, internetin təhsil, bacarıqların inkişafı və cəmiyyətə inteqrasiya üçün yaratdığı imkanlardan səmərəli istifadə olunmalıdır. Rəqəmsal imkanların real həyat təcrübəsi ilə uzlaşdırılması isə uşaqların fiziki, psixoloji və sosial inkişafına müsbət təsir göstərir”, - deyə K.Aşumova fikrini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşada “Sözün həsrəti –Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub

20:14
19 İyul

Baş Dövlət Yol Polisi İdarəsindən xəbərdarlıq

15:37
19 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsi başa çatıb

14:03
19 İyul

Azərbaycan nümayəndə heyəti BMT tədbirlərinə qatılıb

13:58
19 İyul

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:39
19 İyul

Azərbaycan Cənubi Qafqazda ən sürətli internetə malikdir

13:19
19 İyul

Rusiyanın Stavropol diyarında dron hücumundan sonra fövqəladə vəziyyət elan edilib

12:52
19 İyul

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq

12:49
19 İyul

Kiyevə raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib

11:38
19 İyul

Fransa-İngiltərə oyunu çempionat tarixində üçüncü yer uğrunda ən çox qol vurulan matç olub

10:43
19 İyul

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

09:13
19 İyul

Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər hava zərbələrinə məruz qalıb - Hadisə yerindən FOTOREPORTAJ YENİLƏNİB

08:03
19 İyul

İngiltərə Fransaya qalib gələrək dünya üçüncüsü olub

07:31
19 İyul

Almaniya Kansleri Fridrix Merts istefaya çağırıldı

23:45
18 İyul

Vaqif Poeziya Günlərində “Sözün gülüşü – Şuşa hekayələri” adlı tamaşa təqdim edilib

23:43
18 İyul

Vaqif Poeziya Günləri çərçivəsində “Şuşa gecələri – interaktiv poeziya saatı" təşkil edilib

20:49
18 İyul

XİN: Gəmi kapitanının cənazəsi ölkəmizə yola salınıb

19:37
18 İyul

Almaniyanın “Cicero” jurnalı: Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir

14:17
18 İyul

Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

12:53
18 İyul

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

12:32
18 İyul

BMT sammitində Azərbaycanın sülh təcrübəsindən danışılıb

11:19
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!