08 İyul 2026 12:15
139
CƏMİYYƏT
A- A+
Baş Prokurorluq Avropa Şurasının aidiyyəti monitorinq və ekspert mexanizmləri ilə əməkdaşlığa xüsusi önəm verir

Baş Prokurorluq Avropa Şurasının aidiyyəti monitorinq və ekspert mexanizmləri ilə əməkdaşlığa xüsusi önəm verir


Ölkəmizdə səfərdə olan Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri Canluka Espozito ilə Baş prokurorun birinci müavini Elçin Məmmədov arasında görüş keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Elçin Məmmədov Azərbaycan ilə Avropa Şurası arasında qarşılıqlı hörmət və konstruktiv əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin əhəmiyyətini vurğulayaraq, insan hüquq və azadlıqlarının müdafiəsi də daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə dialoq və təcrübə mübadiləsinin faydalı olduğunu bildirib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Avropa Şurasının aidiyyəti monitorinq və ekspert mexanizmləri, o cümlədən GRECO və MONEYVAL ilə əməkdaşlığa xüsusi önəm verir, onların tövsiyələrinin icrası istiqamətində aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş fəaliyyət həyata keçirilir.

Həmçinin vurğulanıb ki, COP29 çərçivəsində Baş Prokurorluğun təşkilatçılığı ilə keçirilmiş “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda yüksəksəviyyəli tədbirdə Canluka Espozitonun iştirakı və çıxışı iki qurum arasında əməkdaşlığın inkişafına töhfə verib.

Canluka Espozito səmimi qəbula görə təşəkkürünü bildirərək, Avropa Şurası ilə Azərbaycanın Baş Prokurorluğu arasında mövcud əməkdaşlığın əhəmiyyətini qeyd edib və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını ifadə edib.

O, Baş Prokurorluğun “Ekstradisiya haqqında” Avropa Konvensiyası çərçivəsində mərkəzi orqan kimi fəaliyyətinin beynəlxalq hüquqi əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, Konvensiyanın transmilli cinayətkarlıqla mübarizədə əsas beynəlxalq hüquqi alətlərdən biri olaraq aktuallığını qoruduğunu bildirib.

Görüşdə terrorçuluq, kibercinayətkarlıq və digər transmilli cinayətlərlə mübarizədə beynəlxalq əməkdaşlığın, o cümlədən elektron sübutların əldə edilməsi və mübadiləsi sahəsində müasir hüquqi mexanizmlərin tətbiqinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, ekoloji cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq və Baş Prokurorluğun bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin GRECO, MONEYVAL, CCPE və Avropa Şurasının digər aidiyyəti platformaları ilə əməkdaşlığın qanunvericiliyin təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi, habelə təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub, o cümlədən Azərbaycan Respublikasının Baş Prokurorluğunun T-CY Komitəsi də daxil olmaqla, müvafiq əməkdaşlıq mexanizmləri çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsinə hazır olduğu ifadə edilib.

Görüşdə Avropa Şurasının Bakı Ofisinin rəhbəri Petr Zix də iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əymən Əs-Safadi: Azərbaycanla investisiya sahəsində əlaqələrimizi gücləndirmək niyyətindəyik

13:55
08 İyul

Nazir: Orta Dəhliz İordaniyadan olan investorlar üçün cəlbedici imkanlar yarada bilər

13:50
08 İyul

Azərbaycan ilə Avropa Şurası arasında hüquq və ədliyyə sahəsində həyata keçirilən uzunmüddətli əməkdaşlıq vurğulanıb

13:45
08 İyul

Xocavəndin Guneyxırman və Quzeyxırman kəndlərinə ilk köç gerçəkləşib, 39 ailə yurduna qovuşub

13:40
08 İyul

İordaniya XİN başçısı: Azərbaycanla imzaladığımız saziş əməkdaşlığın genişləndirilməsinə müsbət təsir edəcək

13:35
08 İyul

Ceyhun Bayramov: Azərbaycan nümayəndə heyəti İordaniyaya səfər edəcək

13:30
08 İyul

Xocavənddə taxıl sahələri 8773 hektar artıb

13:25
08 İyul

Ceyhun Bayramov: İordaniya-Azərbaycan münasibətlərinin inkişafında ölkə liderlərinin rolu böyükdür

13:20
08 İyul

Ceyhun Bayramov iordaniyalı həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb

13:14
08 İyul

İşsiz və işaxtaran şəxslər enerji sektorunda yeni iş imkanları əldə ediblər

13:05
08 İyul

Ekspert: Sosial şəbəkələrdə yaşın yoxlanılması uşaqların müdafiəsi baxımından vacib addımdır

12:55
08 İyul

Tramp İspaniya ilə bütün ticari əlaqələri kəsdiyini bildirib

12:45
08 İyul

Quru Qoşunlarında əməliyyat təlimi təşkil edilib

12:35
08 İyul

Akaba körfəzində nadir dəniz canlısı müşahidə edilib

12:30
08 İyul

Azərbaycan və İordaniya arasında vizasız rejim elan olunub, yeni sazişlər imzalanıb

12:25
08 İyul

Ali Məhkəmə Plenumunun növbəti iclası olub

12:20
08 İyul

Baş Prokurorluq Avropa Şurasının aidiyyəti monitorinq və ekspert mexanizmləri ilə əməkdaşlığa xüsusi önəm verir

12:15
08 İyul

QHT-lərin dövlətin rəqəmsal inkişaf siyasətinə dəstəyi

12:10
08 İyul

Geoloq: Xəzərin geri çəkilməsi nəticəsində mövcud dəniz dibi davamlı şəkildə dəyişir

12:07
08 İyul

Ekspert: Rəqəmsal inkişafda QHT-lərin və vətəndaş cəmiyyətinin rolu artırılmalıdır

12:05
08 İyul

SEPAH ABŞ-nin Bəhreyn və Küveytdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb

12:00
08 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!