08 İyul 2026 13:25
293
İQTİSADİYYAT
A- A+
Xocavənddə taxıl sahələri 8773 hektar artıb

Xocavənddə taxıl sahələri 8773 hektar artıb


Xocavənd rayonunda taxıl biçini mütəşəkkil qaydada davam edir. İşğaldan azad edilmiş torpaqların yenidən kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması nəticəsində rayonda əkin sahələri əhəmiyyətli dərəcədə genişlənib. Fermerlər məhsulun vaxtında və itkisiz yığılması üçün sahələrdə intensiv iş aparırlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni qəbul olunan 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramında taxılçılıqda məhsuldarlığın artırılması, müasir aqrotexnologiyaların tətbiqinin genişləndirilməsi və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi Xocavənd rayonunda da əsas hədəflər kimi müəyyən edilib.

Xocavənd Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Sulhəddin Ələsov bildirib ki, hazırda biçin kampaniyası davam edir: "Xocavənd rayonu ərazisində ümumilikdə 15 min 775 hektar taxıl sahəsi var. Bunun 1200 hektarı suvarılan, qalan hissəsi isə dəmyə əkinlərdir. Taxıl sahələrinin 5 min 949 hektarında arpa, qalan hissəsində isə buğda becərilib. Arpa biçini artıq başa çatıb və hər hektardan orta hesabla 22 sentner məhsul əldə olunub. Bu, ötən illə müqayisədə 5 sentner çoxdur. Hazırda buğda biçini davam edir, sahələrə 39 kombayn cəlb olunub. Buğda sahələrində də orta məhsuldarlıq 22 sentner təşkil edir. Əsas məqsədimiz Dövlət Proqramında qarşıya qoyulan məhsuldarlıq hədəflərinə nail olmaqdır. Əkin sahələrinin 8 min 773 hektarı işğaldan azad edilmiş ərazilərin payına düşür. Bunun 1375 hektarı arpa, 7397 hektarı isə buğda sahələridir".

Rayonda taxıl istehsalçıları məhsulun optimal müddətdə yığılmasının məhsuldarlığın qorunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirirlər.

Fermer İlyas Mamedov bildirir ki, bol məhsul var: "Ötən ilin payızında 3 min 730 hektar sahədə taxıl səpini aparmışıq. Bunun 278 hektarı arpa, qalan hissəsi isə buğdadır. Hazırda biçin davam edir. Arpa sahələrində biçini başa çatdırmışıq, bir neçə gündür buğda yığımına başlamışıq. Artıq 2 min hektara yaxın sahədə biçin yekunlaşıb. Məhsul boldur və çalışırıq ki, bütün sahələrdə yığımı vaxtında başa çatdıraq".

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin əkin dövriyyəsinə qaytarılması Xocavənddə taxılçılığın inkişafına yeni imkanlar yaradıb. Yeni Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə rayonda məhsuldarlığın yüksəldilməsi, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi və taxıl istehsalının daha da artırılması qarşıya qoyulan əsas hədəflərdəndir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşada “Sözün həsrəti –Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub

20:14
19 İyul

Baş Dövlət Yol Polisi İdarəsindən xəbərdarlıq

15:37
19 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsi başa çatıb

14:03
19 İyul

Azərbaycan nümayəndə heyəti BMT tədbirlərinə qatılıb

13:58
19 İyul

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:39
19 İyul

Azərbaycan Cənubi Qafqazda ən sürətli internetə malikdir

13:19
19 İyul

Rusiyanın Stavropol diyarında dron hücumundan sonra fövqəladə vəziyyət elan edilib

12:52
19 İyul

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq

12:49
19 İyul

Kiyevə raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib

11:38
19 İyul

Fransa-İngiltərə oyunu çempionat tarixində üçüncü yer uğrunda ən çox qol vurulan matç olub

10:43
19 İyul

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

09:13
19 İyul

Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər hava zərbələrinə məruz qalıb - Hadisə yerindən FOTOREPORTAJ YENİLƏNİB

08:03
19 İyul

İngiltərə Fransaya qalib gələrək dünya üçüncüsü olub

07:31
19 İyul

Almaniya Kansleri Fridrix Merts istefaya çağırıldı

23:45
18 İyul

Vaqif Poeziya Günlərində “Sözün gülüşü – Şuşa hekayələri” adlı tamaşa təqdim edilib

23:43
18 İyul

Vaqif Poeziya Günləri çərçivəsində “Şuşa gecələri – interaktiv poeziya saatı" təşkil edilib

20:49
18 İyul

XİN: Gəmi kapitanının cənazəsi ölkəmizə yola salınıb

19:37
18 İyul

Almaniyanın “Cicero” jurnalı: Avropa Cənubi Qafqazı Mərkəzi Asiyaya açılan strateji qapı kimi yenidən kəşf edir

14:17
18 İyul

Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

12:53
18 İyul

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

12:32
18 İyul

BMT sammitində Azərbaycanın sülh təcrübəsindən danışılıb

11:19
18 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!