03 Iyul 2024 16:34
251
Mədəniyyət
A- A+

Cəlilabadda ilk dəfə Neolit dövrünə aid kəndin izləri aşkarlanıb

 

Cəlilabad rayonunda 3 ildir ki, araşdırılan qədim yaşayış məskəni Paşatapə abidəsində ilk dəfə olaraq qədim kənd izləri aşkarlanıb. Qazıntılar zamanı çiy kərpicdən inşa edilmiş yaşayış evlərində həm də dini ayinlərin icra olunması üçün xüsusi yerlər də üzə çıxıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən Paşatəpə qədim yaşayış məskənində ilk qazıntılara 2022-ci ildə başlanılıb. Arxeoloji qazıntılar zamanı hər mövsüm olduğu kimi, bu il də maraqlı maddi mədəniyyət nümunələrinin tapılması buranın tarixi əhəmiyyətini daha da artırıb. Bu il ilk dəfə olaraq ərazidə Neolit dövrünə aid kəndin izləri aşkarlanıb. Bu kəndin əsas özəlliklərindən biri evlərin çiy kərpicdən inşa olunmasıdır.

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vəfa Mahmudova bildirib ki, ərazidə çoxsaylı yaşayış evlərinin qalıqlarının üzə çıxması burada bir məhəllənin olduğunu deməyə əsas verir.

“Paşatəpə yaşayış yeri bizim eradan əvvəl VI minilliyin birinci yarısına aid edilir. Bu il abidədə qazıntılar zamanı bitki qarışıqlı çiy kərpicdən hazırlanmış evlərin yerləri, təsərrüfat quyuları aşkarlanıb. İlin ən maraqlı tapıntılarından biri yaşayış yerində dini ayin yerinin qeydə alınmasıdır. Bu il eyni zamanda kremasiya adəti ilə bağlı dəfn etməyə də rast gəlinib. Bütün bunlar Paşatəpə abidəsinin Neolit dövrünə aid kənd tipli yaşayış yeri olduğunu söyləməyə əsas verir”, - deyə Vəfa Mahmudova bildirib.

Tarixçilər hesab edirlər ki, tapılmış nümunələrin araşdırılması Muğan mədəniyyətində erkən əkinçilik, sənətkarlıq, eləcə də digər sahələrlə bağlı maraqlı məlumatları üzə çıxara bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video