06 Oktyabr 2026 09:10
613
İQTİSADİYYAT
A- A+
Bu il Goranboyda pambıq bol olacaq

Bu il Goranboyda pambıq bol olacaq


Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" aqrar sektorun dayanıqlı və innovasiya əsaslı inkişafı, istehsal potensialının artırılması və müasir texnologiyaların tətbiqinin genişləndirilməsi istiqamətində mühüm hədəflər müəyyən edir. 

Dövlət proqramının əsas prioritetləri sırasında kənd təsərrüfatında intensiv və rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi, məhsuldarlığın yüksəldilməsi, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar dəyər zəncirinin inkişaf etdirilməsi, emal və logistika imkanlarının artırılması, yerli istehsal və ixrac potensialının gücləndirilməsi xüsusi yer tutur. Bu baxımdan, Goranboy rayonunda dövlət proqramının icrası istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. Xüsusilə rayonda pambıqçılığın inkişafına diqqətlə yanaşılır. Hər il bu sahədə uğurlu göstəricilərə nail olan ağ qızıl ustaları bu il də sahələrdə bol məhsul yetişdirmişlər. Keçən il  1 983,3 hektar pambıq əkən rayon sakinləri ümumilikdə 6029,61 ton pambıq tədarük edərək hər hektardan 30,4 sentner məhsul əldə etdilər. 

Cari ildə bu rəqəmi artırmaq əzmində olan rayon sakinləri bütün imkanlardan səmərəli istifadə etməklə daha çox məhsul tədarük etməyi qarşılarına məqsəd qoymuşlar. Bunun üçün rayondakı iri pambıqçılıq təsərrüfatları əkin sahələrini bir qədər də genişləndirmişlər. "Azərpambıq" MMC 615,6 hektarda, "Prime Cotton" MMC 426,5 hektarda, "EDEN Aqro" MMC 304 hektarda, "Goran-Cotton" MMC 146,5 hektarda pambıq əkmişdir. 

Rayonda pambıq əkən ayrı-ayrı fermerlər də bu il  bol məhsul yetişdirməyi qarşılarına məqsəd qoymuşlar. Məsələn, Şəhriyar Həmidov 49 hektarda, Elşad Səfərv 18 hektarda, Səadət Mirzəyeva 14,4 hektarda keçənilki göstəricini yeniləmək üçün əllərindən gələni əsirgəmirlər.  

Qeyd edək ki, rayon icra hakimiyyəti pambıqçılığın inkişafını sürətləndirmək üçün təsərrüfatlara hər cür dəstək göstərir. Tez-tez pambıqçılıqla məşğul olan təsərrüfatlarda olan rayon rəhbərliyi və mütəxəssislər fermerlərlə görüşür, mövcud vəziyyətlə yaxından tanış olurlar.  Elə bu günlərdə rayon rəhbərliyi mütəxəssislərlə, eləcə də pambıqçılıqla bağlı yaradılmış qərargahın üzvləri ilə birlikdə Şəhriyar Həmidova məxsus pambıq sahələrində mövcud vəziyyətlə tanış olmuşdur. Baxış zamanı təsərrüfatın mövcud istehsal imkanları, tətbiq olunan aqrotexniki tədbirlər, məhsuldarlığın artırılması istiqamətində görülən işlər və növbəti mərhələdə həyata keçirilməsi nəzərdə tutulan işlər barədə məlumat əldə etmişlər. Tanışlıq  zamanı təsərrüfatın genişləndirilməsi ilə bağlı layihə də nəzərdən keçirilmişdir. Qeyd edilmişdir ki, mövcud əkin sahəsinin əlavə 26 hektar artırılaraq ümumilikdə 75 hektara çatdırılması nəzərdə tutulmuşdur. Bunun icrası nəticəsində hər hektardan məhsuldarlığın 55 sentnerə, ümumi məhsul istehsalının isə 210,7 tondan 412,5 tona çatdırılması nəzərdə tutulmuşdur. Bundan başqa, istehsal prosesində müasir aqrar yanaşmaların tətbiqinin genişləndirilməsi, resurslardan səmərəli istifadə və məhsuldarlığın yüksəldilməsi ilə bağlı məsələlər də müzakirə edilmişdir. Bildirilmişdir ki, pambıqçılığın inkişaf etdirilməsi Goranboy rayonunun aqrar potensialından səmərəli istifadə olunmasına, əkin sahələrinin genişləndirilməsinə, məhsuldarlığın artırılmasına və kənd təsərrüfatı istehsalının yüksəldilməsinə töhfə verə bilər.


S.ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mədəniyyətlərarası dialoq beynəlxalq təhlükəsizliyə təsir göstərir  

14:35
28 Oktyabr

Qlobal miqyasda nümunəvi dövlətçilik modeli  

14:23
28 Oktyabr

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 19,8 dəfə üstələyir  

14:04
28 Oktyabr

Prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın milli birliyini və beynəlxalq mövqeyini ortaya qoydu  

13:54
28 Oktyabr

 Çoxqütblü diplomatiyanın Azərbaycan nümunəsi

13:51
28 Oktyabr

Bahar Muradova: Azərbaycanda qızların təhsilinə dəstək proqramlarından 730 nəfər bəhrələnir

13:38
28 Oktyabr

Mədəniyyətlərarası Dialoq Forumunda qadınların və qızların imkanlarının genişləndirilməsi müzakirə olunub - YENİLƏNİB

13:22
28 Oktyabr

Azərbaycanın xarici dövlət borcu 304 milyon dollar azalıb

13:17
28 Oktyabr

Azərbaycanın daxili dövlət borcu 1,5 milyard manat azalıb  

12:37
28 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:31
28 Oktyabr

Aydan Ramazanova: Heydər Əliyev Fondu beynəlxalq layihələrlə təhsilin əlçatanlığını və inklüzivliyi dəstəkləyir

12:29
28 Oktyabr

Qədim Roma şüşəsinin rəng dəyişdirmə sirri açılıb  

12:26
28 Oktyabr

Azərbaycanın dövlət borcu 23,8 milyard manatdır  

12:15
28 Oktyabr

Hörmüz boğazının şərqində neft tankeri minaya düşüb  

12:13
28 Oktyabr

Rusiya səmasında 531 dron vurulub: yaralananlar və dağıntılar var  

12:01
28 Oktyabr

İƏT-in Baş katibi: Məkkə Konvensiyasının ratifikasiyasını təmin etməliyik  

11:43
28 Oktyabr

Neftçalada dövlət proqramının icrası ilə bağlı fermerlərlə görüş keçirilib  

11:43
28 Oktyabr

Qazax gənci idi, Qarabağ şəhidi oldu  

11:41
28 Oktyabr

Azərbaycan Prezidenti: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir

11:39
28 Oktyabr

Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə yönəlmiş fəaliyyəti İslam həmrəyliyi siyasətinin mühüm istiqamətlərindən biridir

11:37
28 Oktyabr

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

11:33
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!