28 Iyul 2024 08:35
90
SİYASƏT
A- A+

Böyük qayıdışın təhlükəsizliyi etibarlı təmin olunur

 

Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə qarşıya qoyulan tapşırıqların peşəkarlıqla icrasını Daxili İşlər Nazirliyinin əməkdaşları davam etdirirlər. 

Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, keçirilən tədbirlərlə 19-26 iyul tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 24 avtomat silahı, 1 pulemyot, 9 tüfəng,

28 qumbara, 29 alışdırıcı, 441 mərmi, 5 süngü-bıçaq, 93 patron darağı, 3118 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Şuşa rayonu ərazisindən 1 pulemyot,  50 qumbara, 7 partlayıcı, 3 mərmi və 320 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən 8 avtomat, 3 tüfəng,

64 mərmi, 121 qumbara, 11 patron darağı, 2 alışdırıcı, 30 ədəd kustar üsulla hazırlanmış partlayıcı qurğu, 20 ədəd kapsul detonatoru, 3 şaşka, 57 ədəd barıt atımı, 1 ədəd mina detektoru, 1040 ədəd müxtəlif çaplı patron, Kəlbəcər rayonu ərazisindən isə

1 avtomat silahı, 3 ədəd patron darağı və 59 ədəd patron aşkar edilərək götürülüb.

 

R.BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video