05 İyun 2026 08:50
130
SİYASƏT
A- A+
Böyük qayıdışın şəhərsalma nümunəsi

Böyük qayıdışın şəhərsalma nümunəsi


Azərbaycan tarixboyu yalnız zəngin mədəniyyəti, ədəbiyyatı və musiqisi ilə deyil, həm də özünəməxsus şəhərsalma və memarlıq ənənələri ilə də seçilib. Ölkənin müxtəlif bölgələrində yerləşən qədim qalalar, karvansaralar, məscidlər, yaşayış məhəllələri və müasir urbanizasiya nümunələri torpaqlarımızda şəhər mədəniyyətinin əsrlər boyu formalaşdığını göstərir. 

Bu gün Azərbaycan şəhərlərinə nəzər saldıqda keçmişlə gələcəyin bir arada yaşadığını görmək mümkündür. Bir tərəfdə qədim memarlığın canlı şahidi olan tarixi abidələr, digər tərəfdə isə müasir texnologiyalar əsasında inşa edilən yeni yaşayış kompleksləri, yollar, parklar və ictimai məkanlar dayanır.

Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunması da məhz bu inkişafın və yeni mərhələnin göstəricisidir. Bu qərar ölkədə şəhərsalma sahəsində tarixi ənənələrin qorunması, milli memarlıq irsinin yaşadılması, eyni zamanda müasir və dayanıqlı yanaşmaların tətbiqinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sərəncam yalnız memarlıq sahəsinə diqqətin artırılması deyil, həm də insan amilinə əsaslanan şəhər konsepsiyasının inkişaf etdirilməsi məqsədi daşıyır. Çünki müasir dövrdə şəhərsalma artıq təkcə binaların tikilməsi və küçələrin planlaşdırılması demək deyil. Bu sahə insanların yaşayış keyfiyyətini yüksəldən sosial, mədəni, iqtisadi və ekoloji faktorların bir sistem daxilində birləşdirilməsini nəzərdə tutur.

Azərbaycanın şəhərsalma tarixi qədim dövrlərə gedib çıxır. Tarixi mənbələr göstərir ki, ölkəmizin müxtəlif bölgələrində yerləşən şəhərlər zaman-zaman ticarət, sənətkarlıq və mədəniyyət mərkəzləri kimi inkişaf edib. Qədim İpək yolunun üzərində yerləşən Azərbaycan şəhərləri Şərqlə Qərbi birləşdirən mühüm məkanlardan biri olublar. Bu səbəbdən ölkənin şəhərsalma ənənələri həm Şərq memarlığının incəliklərini, həm də müxtəlif sivilizasiyaların təsirlərini özündə birləşdirib. Bakı, Şəki, Gəncə, Naxçıvan və Şuşa kimi şəhərlərin memarlıq siması bu zəngin tarixin izlərini bu gün də qoruyub saxlayır.

Ölkəmizin şəhərsalma sahəsində son illərdə həyata keçirdiyi ən böyük layihələrdən biri Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma prosesidir. Uzun illər işğal altında qalan bu ərazilər azad edildikdən sonra regionda tamamilə yeni şəhərsalma konsepsiyası əsasında geniş quruculuq işlərinə başlanılıb. Bu bölgədə həyata keçirilən layihələr yalnız dağıdılmış şəhərlərin bərpası deyil, eyni zamanda müasir standartlara uyğun, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarına əsaslanan yeni yaşayış məkanlarının yaradılması deməkdir.

"Böyük qayıdış" proqramı çərçivəsində artıq Qarabağ və Şərqi Zəngəzurda şəhərlər yenidən qurulur. Bu proses təkcə insanların doğma torpaqlarına qayıtması deyil, həm də həmin ərazilərdə həyatın yenidən canlanması, sosial və iqtisadi fəaliyyətin bərpası anlamına gəlir. Dövlət tərəfindən həyata keçirilən layihələr nəticəsində bölgədə yeni yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, inzibati binalar, yollar və kommunikasiya xətləri inşa edilir. Ən vacib məqamlardan biri isə odur ki, bütün bu işlər müasir şəhərsalma prinsiplərinə uyğun şəkildə həyata keçirilir.

Qarabağ və Şərqi Zəngəzurda şəhərsalma layihələri hazırlanarkən yalnız mövcud ehtiyaclar deyil, gələcək inkişaf perspektivləri də nəzərə alınır. Bu baxımdan şəhərlərin baş planlarının hazırlanması xüsusi əhəmiyyət daşıyır. Ağdam, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Füzuli, Laçın, Şuşa və Qubadlı şəhərlərinin baş planları artıq təsdiq olunub. Xocalı, Xankəndi, Xocavənd və Ağdərənin də baş planları hazırlanıb. Baş planlar şəhərlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən əsas sənədlər hesab olunur. Burada yaşayış zonaları, ictimai və inzibati binalar, nəqliyyat infrastrukturu, yaşıl ərazilər, sənaye və turizm zonaları, sosial xidmət sahələri və ekoloji tarazlıq kimi məsələlər kompleks şəkildə nəzərə alınır.

Bu şəhərlər arasında Ağdərə xüsusi diqqət çəkir. Prezident İlham Əliyev yanvarın 13-də Ağdərə şəhərinin Baş planı ilə tanış olub. Baş plana əsasən, şəhərin ərazisi genişləndirilərək müasir yaşayış məkanına çevriləcək. Hazırda 444 hektar olan şəhər ərazisinin 522 hektara çatdırılması nəzərdə tutulur. Eyni zamanda 20 illik perspektiv dövr üçün Ağdərədə əhalinin sayının 14 min nəfərə çatacağı proqnozlaşdırılır. Baş planın konseptual sxeminə şəhər mərkəzi, fərdi və azsıxlıqlı yaşayış sahələri, ictimai-işgüzar zonalar və çoxfunksiyalı məkanlar daxildir.

Qubadlı şəhəri də "Böyük qayıdış" proqramının əsas ünvanlarından biridir. Şəhərin Baş planının təsdiq olunması burada da geniş quruculuq işlərinin aparılmasına zəmin yaradıb. Yaxın dövrdə Ağdərə və Qubadlı şəhərlərinə köç prosesinin həyata keçirilməsi planlaşdırılır. Bu isə minlərlə ailənin uzun illərdən sonra doğma torpaqlarına qayıdacağı deməkdir. Dövlət tərəfindən həmin şəhərlərdə müasir yaşayış şəraitinin yaradılması üçün zəruri addımlar atılır. Yeni məktəblər, səhiyyə müəssisələri, mədəniyyət obyektləri, parklar və nəqliyyat infrastrukturu şəhərlərin gələcək inkişafının əsasını təşkil edir.

Şəhərsalma sahəsində həyata keçirilən layihələrin ən mühüm tərəflərindən biri ekoloji tarazlığın qorunmasına verilən diqqətdir. Müasir urbanizasiya prosesində yaşıl ərazilərin artırılması, enerji səmərəliliyinin təmin olunması və dayanıqlı infrastrukturun qurulması əsas prioritetlərdən hesab olunur. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrdə də bu prinsiplər xüsusi yer tutur. Bölgədə alternativ enerji mənbələrinin tətbiqi, yaşıllıq zonalarının salınması və ekoloji cəhətdən təhlükəsiz tikinti materiallarından istifadə şəhərlərin dayanıqlı inkişafına xidmət edir.

Mütəxəssislərin fikrincə, müasir şəhərsalma yalnız bugünkü ehtiyacları deyil, gələcək nəsillərin maraqlarını da nəzərə almalıdır. Bu baxımdan Azərbaycanda həyata keçirilən layihələr uzunmüddətli inkişaf strategiyasına əsaslanır. Yeni salınan şəhərlərdə nəqliyyat axınının düzgün təşkili, piyadalar üçün rahat mühitin yaradılması, ictimai məkanların artırılması və rəqəmsal texnologiyaların tətbiqi şəhər həyatının daha komfortlu qurulmasına imkan verir. "Ağıllı şəhər" konsepsiyası çərçivəsində kommunal xidmətlərin rəqəmsallaşdırılması, təhlükəsizlik sistemlərinin qurulması və enerjiyə qənaət texnologiyalarının tətbiqi də mühüm istiqamətlərdəndir.

Bu gün ölkəmizin müxtəlif bölgələrində aparılan quruculuq işləri, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələri ölkənin memarlıq və şəhərsalma tarixində yeni bir mərhələ yaradır. Azərbaycanın şəhərsalma və memarlıq ənənələri əsrlərin sınağından keçərək bu günə gəlib çatıb. İndi isə həmin ənənələr müasir texnologiyalar və yeni urbanistik yanaşmalarla birləşərək ölkənin gələcəyini formalaşdırır. Tarixi irsin qorunması ilə müasir inkişafın vəhdəti şəhərlərimizə yeni nəfəs verir. "Şəhərsalma və Memarlıq İli" isə bu istiqamətdə görülən işlərin daha geniş miqyas almasına, şəhər mədəniyyətinin inkişafına və ölkəmizin daha müasir, daha dayanıqlı şəhərlər ölkəsinə çevrilməsinə mühüm töhfə verəcək.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 100 dollara satılır

09:52
05 İyun

Bu gün Ümumdünya Ətraf Mühit Günüdür

09:41
05 İyun

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

09:23
05 İyun

İsrail və “Hizbullah” Livanın cənubunda hücumları davam etdirir

09:12
05 İyun

Tramp Putin və Zelenskinin görüşməsi ehtimalından məmnun olduğunu bildirib

09:01
05 İyun

Xətt-oyma sənətinin yaradıcısı

09:00
05 İyun

Ömrünün sonunadək tarın sehrindən çıxmadı

08:55
05 İyun

Böyük qayıdışın şəhərsalma nümunəsi

08:50
05 İyun

Azərbaycan memarlığı: keçmişdən müasirliyə

08:45
05 İyun

Qlobal neft böhranı elektrikli avtomobillərə tələbatı rekord həddə çatdırıb

08:40
05 İyun

Ölkəmizin qlobal enerji siyasətinin mühüm subyektlərindən biri olduğu növbəti dəfə təsdiqləndi

08:35
05 İyun

AÇG-də daha bir yenilik

08:30
05 İyun

Azərbaycan Avropa ilə Asiya arasında mühüm enerji körpüsünə çevrilib

08:25
05 İyun

Azərbaycan-Avropa İttifaqı münasibətləri yeni mərhələyə keçir

08:20
05 İyun

Böyük qayıdışın hüquqi təməli: dayanıqlı məskunlaşmaya aparan yol

08:15
05 İyun

Yeni dövlət proqramı kənd təsərrüfatının inkişafını sürətləndirəcək

08:10
05 İyun

Peşələri aydınlıqdır

08:05
05 İyun

Nümunəyə çevrilən inkişaf

08:00
05 İyun

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 2025-ci il 7 noyabr tarixli 333 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

01:29
05 İyun

“Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:29
05 İyun

Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub  

23:41
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!