05 İyun 2026 08:20
154
SİYASƏT
A- A+
Azərbaycan-Avropa İttifaqı münasibətləri yeni mərhələyə keçir

Azərbaycan-Avropa İttifaqı münasibətləri yeni mərhələyə keçir


2026-2030-cu illəri əhatə edən Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb


Müasir dünya nizamının ciddi təlatümlərlə və geosiyasi gərginliklərlə üzləşdiyi bir dövrdə Azərbaycan özünün müstəqil, qətiyyətli və milli maraqlara əsaslanan xarici siyasət kursunu inamla davam etdirir. Bu siyasətin mühüm istiqamətlərindən biri olan Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətləri inkişaf yolu keçərək bu gün tamamilə yeni, strateji mərhələyə qədəm qoyur. 

Münasibətlərdəki bu yeni strateji reallıq elə bu günlərdə Bakıda keçirilən vacib görüşlə daha bir real nəticəsini verib. Belə ki, 2-3 iyun 2026-cı ildə Bakı şəhərində Azərbaycan ilə Avropa İttifaqının nümayəndə heyətləri arasında yeni hərtərəfli saziş layihəsi üzrə həlledici danışıqlar aparılıb. Konstruktiv ruhda keçən  müzakirələrin mühüm nəticəsi olaraq, 2026-2030-cu illəri əhatə edən Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb.

Yeni hərtərəfli saziş üzrə aparılan danışıqlar çərçivəsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələri Avropa İttifaqından olan həmkarları ilə birlikdə saziş layihəsinin müxtəlif bölmələri üzrə məhsuldar müzakirələr aparıblar. Bir sıra istiqamətlərdə irəliləyişlər əldə edilib və danışıqların növbəti mərhələləri ilə bağlı planlar müəyyən edilib.

Görüşün yekununda tərəflər yeni ikitərəfli saziş layihəsi üzrə danışıqların həm onlayn, həm də fiziki görüşlər formatında intensiv şəkildə davam etdirilməsi barədə tam razılığa gəliblər.


Səmimi və şəffaf fəaliyyət


Rəsmi Bakının beynəlxalq arenada nümayiş etdirdiyi etibarlı tərəfdaş imici və qətiyyətli mövqeyi Brüsseli regiondakı köhnəlmiş stereotiplərdən əl çəkməyə və yeni reallıqları qəbul etməyə vadar edir.

 Azərbaycan hər zaman tərəfdaşlıq münasibətlərində səmimi və şəffaf fəaliyyət prinsiplərinə sadiq qalsa da, bunu da demək lazımdır ki, ötən illər ərzində Avropa İttifaqı daxilindəki müəyyən dairələrin ölkəmizin uğurlarına qarşı qeyri-konstruktiv və ikili-standartlı mövqe tutduğunun şahidi olmuşuq. Xüsusilə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsindən sonra Ermənistanla münasibətlərin normallaşdırılması prosesində Aİ-nin bəzi addımları regional sülhə töhfə vermək məqsədindən uzaq olub.

Bu qəbuledilməz fəaliyyətin ən bariz nümunəsi Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində yerləşdirilən Aİ-nin müşahidəçi missiyasıdır. Adı "mülki" olsa da, mahiyyətcə kəşfiyyat alətinə çevrilən bu qrup "binokl diplomatiyası" həyata keçirərək regionda gərginlik yaratmaqdan başqa işə yaramır. 

O da reallıqdır ki, Brüsselin bu cür qərəzli və tarazlığı pozan addımları ikitərəfli münasibətlərə kölgə salsa da, Bakının iradəsinə və qətiyyətinə heç zaman təsir edə bilməyib.

Qərb tərəfindən tətbiq edilən bütün siyasi təzyiqlərə və qeyri-obyektiv yanaşmalara rəğmən, Azərbaycan öz milli maraqlarını qətiyyətlə qoruyub. Rəsmi Bakı heç bir kənar təsirə boyun əyməyərək, Cənubi Qafqazda əsas güc olduğunu və beynəlxalq ədalətə əsaslanan siyasət yürütdüyünü həyata keçirdiyi əməli addımlarla sübut edir.


Etibarlı tərəfdaş


Zaman keçdikcə dərinləşən qlobal siyasi-iqtisadi böhranlar və xüsusilə Qərbin iqtisadi təhlükəsizlik qayğıları Avropa İttifaqını yürütdüyü yanlış siyasətdən əl çəkməyə məcbur etdi.  Brüssel anladı ki, regionun əsas logistik və enerji ünvanı məhz Azərbaycandır. 

Bu gün Azərbaycan regional və qlobal səviyyədə etibarlı enerji tərəfdaşı kimi çıxış edir.  Ölkəmizin ən böyük üstünlüklərindən biri odur ki, heç vaxt öz zəngin enerji resurslarından digər dövlətlərə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etməyib. Hazırda Azərbaycan qazını idxal edən 16 ölkədən 10-nun məhz Avropa İttifaqının üzvü olması bu reallığın daha bir təsdiqidir.

Eyni zamanda beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Avropa ilə Asiyanı birləşdirən Orta dəhlizin aparıcı qüvvəsidir. Yüklərin sürətli və təhlükəsiz daşınması, həmçinin logistik şaxələndirmə baxımından Aİ-nin Azərbaycana olan ehtiyacı qaçılmazdır.

Bu reallıq mayın 5-də Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Bakıya səfəri zamanı da etiraf olundu. Kaya Kallas Prezident İlham Əliyevlə görüşündə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirərək, münasibətləri yeni səviyyəyə qaldırmaqda maraqlı olduqlarını bəyan etdi. 

Sözügedən görüşdə Prezident İlham Əliyev ölkəmizlə Avropa İttifaqı arasında enerji, bağlantılar, təhlükəsizlik, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivlərinə toxundu. Dövlətimizin başçısı Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri, eyni zamanda ölkəmizin enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu vurğuladı.

O da vurğulandı ki, hazırda Azərbaycanla Avropa İttifaqının gündəliyində rəqəmsal transformasiya, süni intellekt, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər var.

Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın, eləcə də bu ilin 11 mart tarixində  Aİ Şurasının prezidenti Antonio Koştanın ölkəmizə səfərləri Brüsselin Bakı ilə münasibətlərə yüksək qiymətinin göstəricisidir. 

Prezident İlham Əliyevlə Aİ Şurasının prezidenti Antonio Koştanın mətbuata birgə  bəyanatında Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyəti vurğulanaraq, təhlükəsizlik, enerji və nəqliyyat sahələri də daxil olmaqla, son dövrdə keçirilmiş yüksəksəviyyəli görüşlərin müsbət dinamikasına əsaslanaraq siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqlik ifadə olunub. 

Liderlər uzunmüddətli vacib enerji tərəfdaşlığını xatırladaraq, Avropanın enerji təchizatının şaxələndirilməsində etibarlı tərəfdaş kimi Azərbaycanın rolunu xüsusi qeyd ediblər. 

Göründüyü kimi, Azərbaycan dövlətinin milli maraqlara əsaslanan mövqeyi və qətiyyətli iradəsi Aİ-ni birtərəfli yanaşmalardan uzaqlaşaraq qarşılıqlı faydalı əməkdaşlıq müstəvisinə keçməyə sövq edib. İyunun ilk günlərində Bakıda 2026-2030-cu illəri əhatə edən Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsinin ilkin olaraq razılaşdırılması da bunu sübut edir. 

Bütün bunlar onu da təsdiqləyir ki, qarşılıqlı etimada əsaslanan yeni münasibətlər həm Bakının, həm də Brüsselin ortaq regional maraqlarına xidmət edən yeganə düzgün yoldur.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xətt-oyma sənətinin yaradıcısı

09:00
05 İyun

Ömrünün sonunadək tarın sehrindən çıxmadı

08:55
05 İyun

Böyük qayıdışın şəhərsalma nümunəsi

08:50
05 İyun

Azərbaycan memarlığı: keçmişdən müasirliyə

08:45
05 İyun

Qlobal neft böhranı elektrikli avtomobillərə tələbatı rekord həddə çatdırıb

08:40
05 İyun

Ölkəmizin qlobal enerji siyasətinin mühüm subyektlərindən biri olduğu növbəti dəfə təsdiqləndi

08:35
05 İyun

AÇG-də daha bir yenilik

08:30
05 İyun

Azərbaycan Avropa ilə Asiya arasında mühüm enerji körpüsünə çevrilib

08:25
05 İyun

Azərbaycan-Avropa İttifaqı münasibətləri yeni mərhələyə keçir

08:20
05 İyun

Böyük qayıdışın hüquqi təməli: dayanıqlı məskunlaşmaya aparan yol

08:15
05 İyun

Yeni dövlət proqramı kənd təsərrüfatının inkişafını sürətləndirəcək

08:10
05 İyun

Peşələri aydınlıqdır

08:05
05 İyun

Nümunəyə çevrilən inkişaf

08:00
05 İyun

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 2025-ci il 7 noyabr tarixli 333 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

01:29
05 İyun

“Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:29
05 İyun

Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub  

23:41
04 İyun

Rusiya Prezidenti: Ermənistanın hazırkı xarici siyasi kursunda qeyri-adi heç nə yoxdur

23:23
04 İyun

Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib  

23:16
04 İyun

Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır  

22:57
04 İyun

Erdal Özkaya: Süni intellekt kibertəhdidlərin həyata keçirilməsi sürətini 29 saniyəyədək azaldıb  

22:51
04 İyun

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir  

22:46
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!