05 İyun 2026 08:15
181
SİYASƏT
A- A+
Böyük qayıdışın hüquqi təməli: dayanıqlı məskunlaşmaya aparan yol

Böyük qayıdışın hüquqi təməli: dayanıqlı məskunlaşmaya aparan yol


Dövlət sosial siyasətini yeni mərhələnin tələblərinə uyğun qurur


Ermənistanın işğalçılıq siyasəti nəticəsində yüz minlərlə soydaşımız doğma yurdundan didərgin düşərək uzun illər məcburi köçkün həyatı yaşamışdır. İnsanlar evləri ilə yanaşı, illərlə formalaşmış sosial mühitlərini, təsərrüfatlarını, məşğulluq imkanlarını və həyat tərzlərini  də itirmişlər. Buna baxmayaraq, dövlətimiz həmin insanların taleyini heç vaxt diqqətdən kənarda qoymamış, onların sosial müdafiəsini fəaliyyətinin əsas prioritetlərindən birinə çevirmişdir.

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosial müdafiə siyasəti Prezident İlham Əliyevin rəhbərliyi dövründə genişləndirilərək sistemli xarakter aldı. Təsadüfi deyil ki, 2004-2019-cu illər ərzində məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı dövlətimizin başçısı tərəfindən 75 fərman və sərəncam imzalandı, Milli Məclis tərəfindən 11 qanun qəbul edildi, Nazirlər Kabineti isə 224 qərar və sərəncam təsdiqlədi. Bütün bunlar dövlətin məcburi köçkün probleminə uzunmüddətli və strateji yanaşmasının göstəricisidir.

İlkin mərhələdə həyata keçirilən mühüm layihələrdən biri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması idi. Bu istiqamətdə ölkənin müxtəlif bölgələrində 121 yeni qəsəbə və yaşayış kompleksi tikilərək istifadəyə verildi. Nəticədə 62 mindən çox ailənin, yəni 300 mindən artıq vətəndaşın yaşayış şəraiti köklü şəkildə yaxşılaşdırıldı. Çadır düşərgələrinin ləğvi, vaqon şəhərciklərində və yararsız tikililərdə yaşayan insanların yeni ev və mənzillərlə təmin olunması dövlətimizin sosial siyasətinin  mühüm nailiyyətlərindən biri kimi tarixə düşdü. 2007-ci ildə bütün çadır düşərgələrinin və 2016-cı ildə sonuncu "fin" tipli qəsəbənin ləğv edilməsi məcburi köçkünlərin həyatında yeni mərhələnin başlanğıcı demək idi.

Amma dövlət qayğısı yalnız ev və mənzil təminatı ilə məhdudlaşmadı. Məcburi köçkün ailələrinə vahid aylıq müavinət ödənildi, təhsil və vergi güzəştləri tətbiq olundu, ünvanlı sosial yardım proqramları həyata keçirildi, minlərlə insan məşğulluq layihələrinə cəlb edildi. Əmək qabiliyyətli məcburi köçkünlərin 161 min nəfəri daimi işlə, 200 min nəfəri isə müxtəlif dövrlərdə müvəqqəti işlə təmin olundu. Sahibkarlığın inkişafı məqsədilə minlərlə ailəyə güzəştli kreditlər ayrıldı. Bütün bunların əvəzində məcburi köçkünlər arasında yoxsulluğun səviyyəsi təxminən 8 faizə qədər azaldı.

Bu siyasətin mühüm istiqamətlərindən biri də təhsil sahəsi idi. Dövlət məcburi köçkün ailələrinin övladlarının təhsil imkanlarının məhdudlaşmasına imkan vermədi. Minlərlə gənc ali təhsil almaq imkanı əldə etdi. Hazırda ali məktəblərə qəbul olunmuş minlərlə tələbənin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Bu isə insan kapitalının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

44 günlük Vətən müharibəsində qazanılan qələbə isə ölkəmizin qarşısında tamamilə yeni reallıq yaratdı. Artıq dövlətin əsas vəzifəsi məcburi köçkünlük şəraitini idarə etmək deyil, insanların doğma torpaqlarına qayıdışını və həmin torpaqlarda dayanıqlı həyat qurmasını təmin etmək idi. Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması, 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı"nın təsdiq olunması bu yeni mərhələnin hüquqi və strateji əsaslarını müəyyənləşdirdi.

Son 4 il ərzində "Böyük qayıdış" proqramının həyata keçirilməsi məqsədi ilə dövlət büdcəsindən 28 milyard manata yaxın vəsait ayrılıb. Bu vəsait hesabına Qarabağ və Şərqi Zəngəzurda onlarca yaşayış məntəqəsi yenidən qurulub, müasir infrastruktur yaradılıb, yollar, məktəblər, xəstəxanalar və sosial obyektlər tikilib. Bu gün artıq 85 minə yaxın vətəndaş həmin ərazilərdə yaşayır, çalışır və təhsil alır.

Məhz bu mərhələdə keçmiş məcburi köçkünlərin doğma yurdlarında dayanıqlı məskunlaşmasının hüquqi əsaslarının daha da təkmilləşdirilməsi zərurəti meydana çıxdı.  Milli Məclisin komitəsində müzakirə olunan qanun layihələri də bu ehtiyacdan irəli gəlirdi.

Məlumdur ki, qayıdış prosesinin mühüm istiqamətlərindən biri keçmiş məcburi köçkünlərin konstitusion mülkiyyət hüquqlarının təmin edilməsidir. Uzun illər insanlar öz evlərindən və əmlaklarından məhrum qalmışlar. Yeni hüquqi mexanizmlər onların yalnız yaşayış sahələri ilə təmin edilməsini deyil, həmin yaşayış sahələrinin tamhüquqlu mülkiyyətçisinə çevrilməsini nəzərdə tutur. Bu hüquqi yenilik tarixi ədalətin bərpası, insan hüquqlarının təmin olunması və vətəndaşların doğma torpaqlara bağlılığının möhkəmləndirilməsi deməkdir. İnsan öz evinin sahibi olduqda həmin ərazinin inkişafında daha fəal iştirak edir, gələcəyini həmin torpaqla bağlayır və dayanıqlı yaşayış modeli formalaşır.

Milli Məclisdə müzakirə edilən dəyişikliklər Mənzil Məcəlləsini, "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunları əhatə edir. Bu dəyişikliklər məcburi köçkünlük dövründən Böyük qayıdış mərhələsinə keçidin hüquqi çərçivəsini müəyyənləşdirir. Məqsəd uzun illər işğal şəraitində formalaşmış hüquqi mexanizmləri yeni reallıqlara uyğunlaşdırmaqdır. Dövlət keçid dövründə sosial müdafiə tədbirlərinin davam etdirilməsini də təmin edir. Bu yanaşma onu göstərir ki, dövlət sosial öhdəliklərindən imtina etmir, əksinə, onları yeni mərhələnin tələblərinə uyğunlaşdırır. Əgər əvvəlki dövrdə əsas məqsəd məcburi köçkünlərin sosial müdafiəsini təmin etmək idisə, bu gün prioritet onların doğma torpaqlarda iqtisadi və ictimai həyata tam inteqrasiyasıdır.

Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni yaşayış məntəqələri yalnız evlərdən ibarət deyil. Burada məktəblər, uşaq bağçaları, tibb müəssisələri, xidmət mərkəzləri, rəqəmsal infrastruktur və yeni iş yerləri yaradılır. Məqsəd insanların rahat, təhlükəsiz və perspektivli həyatının təmin edilməsidir. Məşğulluq proqramları, sahibkarlığın inkişafı, özünüməşğulluq layihələri və peşə hazırlığı kursları insanların iqtisadi fəallığını artırır. Beləliklə, sosial yardım alan vətəndaş modeli tədricən iqtisadi inkişafın fəal iştirakçısı modelinə çevrilir.

"Böyük qayıdış" proqramı Azərbaycanın həyata keçirdiyi ən böyük sosial və iqtisadi transformasiya layihəsidir. Bu proqram insanların öz evlərinə qayıdışı ilə yanaşı, bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasını da nəzərdə tutur. Yeni yollar, beynəlxalq hava limanları, enerji layihələri, sənaye zonaları, "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyaları regionun gələcək inkişafının əsasını təşkil edir. Qarabağ və Şərqi Zəngəzur yaxın illərdə ölkənin yeni iqtisadi inkişaf mərkəzlərindən birinə çevriləcək. Eyni zamanda Böyük qayıdış milli həmrəyliyin, dövlət-vətəndaş birliyinin və tarixi ədalətin bərpasının parlaq nümunəsi kimi tarixə düşəcək. Uzun illər doğma torpaqlarına qovuşmaq arzusu ilə yaşayan insanlar artıq öz yurdlarında yeni həyat qururlar.

Bu gün həyata keçirilən hüquqi islahatlar, qəbul olunan yeni qanunlar və reallaşdırılan dövlət proqramları göstərir ki, Azərbaycan məcburi köçkünlük dövrünü geridə qoyaraq dayanıqlı məskunlaşma və inkişaf mərhələsinə daxil olub. Böyük qayıdış təkcə insanların doğma torpaqlarına dönüşü deyil, həm də müasir Azərbaycanın ən böyük sosial, iqtisadi və mənəvi qələbələrindən biridir. Bu proses gələcək nəsillərə güclü dövlətin və milli birliyin möhtəşəm nəticəsi kimi ötürüləcək.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xətt-oyma sənətinin yaradıcısı

09:00
05 İyun

Ömrünün sonunadək tarın sehrindən çıxmadı

08:55
05 İyun

Böyük qayıdışın şəhərsalma nümunəsi

08:50
05 İyun

Azərbaycan memarlığı: keçmişdən müasirliyə

08:45
05 İyun

Qlobal neft böhranı elektrikli avtomobillərə tələbatı rekord həddə çatdırıb

08:40
05 İyun

Ölkəmizin qlobal enerji siyasətinin mühüm subyektlərindən biri olduğu növbəti dəfə təsdiqləndi

08:35
05 İyun

AÇG-də daha bir yenilik

08:30
05 İyun

Azərbaycan Avropa ilə Asiya arasında mühüm enerji körpüsünə çevrilib

08:25
05 İyun

Azərbaycan-Avropa İttifaqı münasibətləri yeni mərhələyə keçir

08:20
05 İyun

Böyük qayıdışın hüquqi təməli: dayanıqlı məskunlaşmaya aparan yol

08:15
05 İyun

Yeni dövlət proqramı kənd təsərrüfatının inkişafını sürətləndirəcək

08:10
05 İyun

Peşələri aydınlıqdır

08:05
05 İyun

Nümunəyə çevrilən inkişaf

08:00
05 İyun

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 2025-ci il 7 noyabr tarixli 333 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

01:29
05 İyun

“Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 306 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:29
05 İyun

Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub  

23:41
04 İyun

Rusiya Prezidenti: Ermənistanın hazırkı xarici siyasi kursunda qeyri-adi heç nə yoxdur

23:23
04 İyun

Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib  

23:16
04 İyun

Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır  

22:57
04 İyun

Erdal Özkaya: Süni intellekt kibertəhdidlərin həyata keçirilməsi sürətini 29 saniyəyədək azaldıb  

22:51
04 İyun

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir  

22:46
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!